Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə63/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

 
229
dim dövrdə əmələ gəldiyini və ya ümumiyyətlə, millətlərin baş-
lanğıcını görməyə əsas vermir. 
XX əsrin 60-cı illərindən vüsət almağa başlayan nəzəriy-
yələrə görə etnogenezis, milli kimlik və millətçilik bir qurma-
dır, inşa edilir, konstruksiya olunur. Bu konstruksiyanı hazırla-
yanlar intellektuallar və siyasi liderlərdir. Bu, milli konstruksi-
yanın kökündə müəyyən qədər  əsaslı, daha çox isə uydurma 
olan, düzəldilən tarixi miflər dayanır. Sonra bunlara yavaş-
yavaş yeniləri əlavə olunur: milli dil, bayraq, himn, gerb, milli 
bayramlar və s. Ümumiyyətlə, xalqların kimlik, özünüdərk tari-
xini yazarkən, dərinlərə getdikcə təhriflər artır. 
Bir qrup insanları birləşdirmək va ya başqa qrup insanları 
təcrid etmək məqsədi ilə siyasi liderlər kollektiv kimliyi dəyişdi-
rir, onu manipulyasiya edir. Bu işdə “məsələni əsaslaşdıran”, işin 
memarları  və inşaatçıları intellektuallardır. Burada dil nəzəriy-
yələri, tarixə yeni baxış və təhsil  sistemi əsas instrumentlərdir.  
Şübhəsiz ki, ən maraqlı cəhətlərdən biri də dini kimliklər-
lə milli kimliklərin bir-birini gücləndirməsi, bəzən də  zəiflət-
məsidir. Maraqlıdır ki, güclü və ya iddialı xalqlar yeni dini 
qəbul edərkən öz etnik kimliklərini və siyasi maraqlarını ortaya 
qoyub bir dini təftiş edir. Bizansda ortodoks xristianlıq, İranda 
şiəlik, ermənilərdə monoteizm kimi cərayanlarn möhkəmlən-
məsi deyilənləri  nümayiş etdirə bilər. 
Hal-hazırda yeni Avropa kimliyi yaranmaqdadır. Lakin 
bu, asan deyil. Avropa konstitutsiyasının qəbul olunmasındakı 
uğursuzluqlar, Böyük Britaniyanın kənarda durması  və s. Mi-
sallar Avropa kimliyinin inşasında xristianlıqdan  əlavə yeni 
ideyalara, miflərə və rəmzlərə ehtiyac hiss olduğunu göstərir.  
Amerika Birləşmiş  Ştatlarının tarixi avropalıların oraya 
köç etməsindən başladı. Bundan sonra Amerika tarixi koloniza-
siya, sonra müstəqillik uğrunda mübarizə, sonra Şimal-Cənub 
müharibəsi və s. kimi dövrlərə bölündü. Yaxud türklərin Kiçik 
Asiyada tarixi ilə bağlı sxemə baxaq: türklərin bu ərazilərə gəli-
şi, sonra Səlcuqlar, bəyliklər, Osmanlı, Türkiyə Cümhuriyyəti... 


 
230
Ancaq Bizans tarixinin və daha qədimlərin Bu türk tarixinə 
dəxli yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycan tarixinə (Azər-
baycan xalqının tarixinə) baxsaq, sual yaranır ki, bu tarix 
Manna, Midiya, yoxsa Türk Xaqanlığından başlanmalıdır? Bu 
məsələ bu gün də arasıkəsilməz mübahisələrin və barışıq yolu 
olmayan söz-qələm davasının kökündə durur. 
Fərdin milli kimliyi qəbul etməsi onu müəyyn dərəcədə 
məhdudlaşdırsa da, müəyyən ayrılıq, özgəlik, nifaq ünsürlərini 
gücləndirsə də, bu mənsubiyyətin üstünlükləri də var. Maraqlı 
miflər, tarix, ədəbiyyat və mədəniyyət qorunur, kimlik böhranı 
yaranmır,müəyyən müqavimət gücü artır.     
Etnogenezis və milli kimlik mövzusu o qədər rəngbə-
rəng, o qədər qəribədir ki, o qədər nəzəriyyələr var ki, bəyən-
mək və ya mübahisə etmək üçün geniş meydan açılır. Avropa-
da, Amerikada bu sahədə onlarla elmi jurnallar ciddi fəaliyyət 
göstərir. Yüzlərlə konfrans materialları və monoqrafiyalar mey-
dandadır, xüsusən son onillikdə fundamental tədqiqat  əsərləri 
yazılıb. Eric Hobsbawm, Benedict Anderson? Hans Kohn, John 
Armstrong, Ernest Gellner, Anthony D. Smith, Hugh Seton-
Watson, Thomas H. Ericsen, Paul James, George White, Pat-
rick Geary kimi alimlərin tədqiqatları millət, millətçilik, etno-
genezis, milli kimlik məsələlərinin tədqiqində, yeni fikir və 
cərəyanların formalaşmasında mühüm rol oynamaqdadır. Vaxt 
qıtlığı bu məsələlərə dərindən baş vurmağa imkan vermir.   
Bu mövzuya müxtəlif formalarda, daha konkret məsələlər 
ətrafında, yəqin ki, dəfələrlə qayıdacağıq. Ona görə, Süleyman 
müəllimin bu mövzunu müzakirəyə  gətirmək təşəbbüsünü 
alqışlamaq lazımdır.  
Buyurun Süleyman müəllim! 
 


 
231
SÜLЕYMАN SƏRDАR оğlu ƏLIYАRLI 
 
18 dеkаbr 1930-cu 
ildə Kаryаgin (indiki Bеy-
ləqаn) rаyоnunun  Şаhsе-
vən kəndində dünyаyа gə-
lib. Оrtа məktəbi dоğulub 
böyüdüyü kənddə bitirib. 
1948-ci ildə  Аzərbаycаn 
Dövlət Univеrsitеtinin tа-
riх bölümünə  dахil  оlub. 
Birinci kursdаn sоnrа  Mоskvа Dövlət Univеrsitеtinə köçü-
rülüb. Ali təhsilini 1954-cü ildə fərqlənmə diplоmu ilə bitirib. 
5 il Аzərbаycаn  ЕА  Tаriх  İnstitutundа  çаlışıb. 1956-59-cu 
illərdə аspirаnturаda təhsil alıb. Аspirаnturаnın sоn kursun-
dаn Bаkı Dövlət Univеrsitеtinin Аzərbаycаn tаriхi kаfеdrаsı-
nа müəllim vəzifəsinə  dəvət  еdilib. Bu günə  qədər həmin 
kаfеdrаdа  çаlışır. 1978-2001-ci illərdə  həmin kаfеdrаnın 
müdiri olub. 
1962-ci ildə  tаriх  еlmləri üzrə  nаmizədlik, 1976-cı ildə 
isə  dоktоruq dissеrtаsiyаıarı müdаfiə  еdib. 1965-ci ildən 
dоsеnt, 1980-ci ildən prоfеssоr еlmi adını alıb.  
150-dən artıq elmi əsərin, o cümlədən 12 mоnоqrаfiyа 
və kitаbın müəllifidir. Bunlаrdаn 7-si хаrici ölkələrdə  çаp 
еdilmişdir. “Mənim həyаt kitаbım” adlandırdığı 870 səhifəlik 
«Аzərbаycаn tаriхi» əsərinin I cildi 1996-cı ildə nəşr edilib. 
Еlmi araşdırmalarını  hər zаmаn kоnyukturаdаn uzаq 
tutmаğа  və  Аzərbаycаnın tаlеyüklü milli prоblеmləri ilə uz-
lаşdırmаğа çаlışıb. 1969-cu ildə Аzərbаycаnın Rusiyаyа guyа 
könüllü birləşməsi tеzisinə  qаrşı  çıхаrаq,  оnun hərbi işğаl 
еdilməsini, Rusiyа  mеtrоpоliyаsının iqtisаdi müstəmləkəsinə 
çеvrildiyini yаzdığına görə  Аzərbаycаn KP-nın təqiblərinə 
məruz qаlıb. 1983-84-cü illərdə  Аzərbаycаn  еtnоgеnеzinin 
ümumtürk tаriхi köklərə  dаyаndığını  аrаşdırаrаq çаp  еtmiş, 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə