Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə59/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

 
214
liyi ilə Moskva rəhbərliyi arasında böyük fikir ayrılığı olduğu-
nu görə bildim. Məsələn, 1946-cı ilin dekabrına qədər Bakı rəh-
bərliyi elə bilirdi ki, fövqəladə bir vəziyyət yarananda Təbrizə 
kömək etmək olar. Ona görə də Tehran qoşunları Təbrizin üzə-
rinə gələndə Pişəvəri yazır ki, burada vəziyyət böhranlı vəziy-
yətə çatıb. Xahiş edirik, əlimizdə olan vasitələrdən, Bakı dairə-
sinin silah və sursatından istifadə etməklə Təbrizə kömək etmə-
yimizə icazə verin. Onların 276 nəfər gənc zabiti bizim kurslar-
da oxuyur. Onlar üçün artıq vətənlərinə xidmət etmək məqamı 
yetişib. Onları öz ölkələrinə göndərməyimizə icazə verin. Am-
ma Moskva mənəvi yardımdan başqa heç bir köməklik göstərə 
bilməyəcəyini bildirdi və bilavasitə Stalinin imzası ilə  sənəd 
göndərildi.  
Bu soyuq müharibənin ilk vaxtlarında Sovetlər məğlub 
oldu. 1946-cı ilin dekabrında – Azər ayının 21-də bu hərəkat 
məğlubiyyətə  uğradı. Təbrizdəki qələbə münasibəti ilə  hətta 
İran hakimiyyəti ziyafət verdi. Bunu özünün və Amerikanın 
qələbəsi adlandırdı. Bugünkü Amerika – İran qarşıdurması tari-
xin qəribə paradoksudur. Hər halda İran öz ərazisini qoruyub 
saxladığına görə Amerikaya minnətdar olmalıdır. Amerikanın 
Dövlət katibi azərbaycanlılara dil, mədəniyyət haqqı verilməsi-
ni qeyd etmişdi. İran hökumətinə demişdi ki, əgər siz bunu on-
lara verməsəniz, bu müzakirə beynəlxalq müzakirəyə çıxarılan-
da Azərbaycan tərəfi haqlı tərəf sayılacaq. Bu məsələdə Ame-
rika mədəni muxtariyyətin tərəfdarı idi. Amma İran siyasi dai-
rələri buna hazır deyildilər.  
 
Qalanın divarlarına qanları ilə  
“Yaşasın Azərbaycan!” yazmışdilar 
 
Bu hərəkatdan artıq 60 ildən çox zaman keçir. Bunun haq-
qında müxtəlif münasibətlər ortaya qoyulub – hadisələr haqqın-
da həqiqətə uyğun olan yazılarla yanaşı, böhtan xarakterli yazı-
lar da yazılıb. Amma mənim yanaşmam belədir ki, biz azərbay-
canlılar üçün bu mövzu son dərəcə həssas mövzudur. Xüsusilə 


 
215
bu gün Güney Azərbaycanda gedən proseslərin fonunda keçmi-
şə dönüş o nöqteyi-nəzərdən olmalıdır ki, onlar öz babalarının 
bu millətin azadlığı, müstəqilliyi uğrunda mübarizə apardığına 
əmin olsunlar. Şərq insanının özünü fəda etmək üsulları son də-
rəcə  qəribədir. Bu, bütünlüklə  Təbriz hərəkatına münasibətdə 
özünü göstərdi. Məsələn,  Ərk qalasında axıra qədər beş  nəfər 
fədai qalır. Onlar sona qədər vuruşurlar. Görün ideya bunlara 
nə dərəcədə hakim kəsilmişdi ki, qalanın divarlarına qanları ilə 
“Yaşasın Azərbaycan!” yazmışdılar.  
General Kəbirini və digər fədailəri dar ağacının qarşısına 
aparanda bu insanlar milli ideya uğrunda ölümün gözünün içə-
risinə dik baxırlar. Boynuna kəndir salınan adam deyir ki, mə-
nim övladımı gizlədin, başıma gələnləri ona deyərsiniz, o, mə-
nim intiqamımı alar. İnsanlar bunu dar ağacının önündə deyir-
dilər! Mən bunu bir fransız inqilabının tarixini oxuyanda gör-
müşdüm, bir də burada gördüm. Mənə elə gəlir ki, o psixoloji 
mühit öyrənilməlidir. Ümumiyyətlə, məncə, biz bu məsələ ilə 
bağlı ilk addımları atmışıq. Bu məsələlərin çoxlu qaranlıq tərəf-
ləri var. İnanın ki, bu mövzuda onlarla tədqiqat aparmaq olar. 
İşlənilməmiş sənədlər, arxivlər, fondlar açıldıqca nə qədər yeni-
yeni məlumatlar üzə çıxır...  
Deyəsən mənə ayrilmiş vaxdan bir az artiq danişdim. Çox 
sağ olun! Suallarınız olsa, cavab verməyə hazıram. 
 
Hərəkatın məğlubolma səbəbləri 
 
Professor Hamlet İSAXANLI: 
 
Çox sağ olun, Cəmil müəllim! 
Çox ləzzətlə, konseptual danışdınız. Hamı da ləzzətlə qu-
laq asırdı, heç kimin səsi çıxmırdı. Çox təşəkkür edirəm! 
İndi çoxlu suallar olacaq. Mənim iki sualım var, onları 
bir-bir verib cavab istəyəcəyəm.  Şübhəsiz ki, bu azadlıq hərə-
katı dediyimiz məsələ həmişə romantika ilə doludur və biz onu 
əslində olduğundan bir az da artıq  romantikləşdiririk. Amma 
məni bu məsələ maraqlandırır: “Azərbaycan məsələsi” ilə məş-


 
216
ğul olan tarixçilər deyirlər ki, hərəkatın məğlubolma səbəblə-
rindən biri də onun xalq hərəkatına çevrilməməsi idi. Düşünən 
adamlar əhalinin az hissəsini təşkil edirlər. Onlar inqilabı hazır-
layırlar. Burada isə hərəkatı bir tərəfdən Sovetlər, şimaldan get-
miş azərbaycanlılar, bir də oradakıların bir qismi təşkil edirdi. 
Amma deyirlər ki, bir neçə  səbəbə görə bu, xalq hərəkatına 
çevrilmədi. Din İranda həssas mövzudur, bu gün də belədir. 
Misallar göstərirdilər ki, bu hökumətin, Azərbaycan Demok-
ratik Firqəsinin siyasəti dinə sovetsayağı münasibət bəsləməkdə 
idi. O dövrdə birdən-birə Sovet İttifaqındakına bənzər dinə eti-
nasız görünən çoxlu dünyəvi addımlar atılmağa başlanmışdı.  
Digər tərəfdən, Sovetlərdə kolxoz qurulanda camaatın 
əlindən buğdanı alırdılar ki, şəhərə lazımdır. Pişəvəri zamanın-
da Cənubi Azərbaycanda da belə  işlər etdilər. Tacirlərin mal-
larının müsadirəsi ilə bağlı da əhvalatlar olmuşdu. Tehrandan 
Sovet qoşunları gedəndə hərəkatçılar müqavimət göstərmək is-
təsələr də, alınmadı. Çünki camaat artıq onları istəmirdi. Bu ba-
rədə nə deyə bilərsiniz? 
 
Təbriz meydanındakı saatı da 
Moskva vaxtı ilə düzəltmişdilər 
 
Professor Cəmil HƏSƏNLİ: 
 
–Birincisi, camaat barədə. Kəsrəvinin çox maraqlı bir fik-
ri var: “Təbriz meydanlarında  Şeyx Məhəmməd Xiyabaninin 
bəlağətli çıxışlarını dinləyib  əl çalmaqdan yorulmayan camaat 
şeyxin cənazəsini Təbriz küçələrində dolandıranda da əl çalırdı-
lar”. Əlbəttə, o, bunu ola bilər ki, bir az məcazi mənada işlədib.  
Yeri gəlmişkən, səbəblər yalnız məğlub olduqda araşdırı-
lır. Məsələn, Stalin deyir ki, Sovet xüsusi xidmət orqanları 
Salamulla Cavid haqqında qəribə şeylər hazırlamışdılar. Sovet-
lər öz məğlubiyyətini üzərinə qoymağa adam axtarırdılar. Ona 
görə Salamulla Cavidi tapdılar ki, guya şahla əlbir olub. Tama-
milə yanlış məlumat idi. O məlumatların heş biri özünü doğult-
mur. Arxivlər açılır, ancaq o barədə heç bir sənəd yoxdur. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə