Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə58/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

 
211
Cəmil HƏSƏNLİ: 
 
–Yox! Sadəcə olaraq, hadisələrin sonrakı gedişi, Vaşinq-
tonun dirənişi onları geri çəkilməyə məcbur etdi.  
 
Amerikasayağı şantaj siyasəti 
 
Burada bir məlumatı da sizin diqqətinizə çatdırmaq istəyi-
rəm. 1946-cı ilin mart ayında Amerika səfiri yazırdı: “İranda 
elə bir vəziyyət yaranmışdı ki, bu gün-sabah Təbriz Xalq Qoşu-
nunun və onların işərisində olan Sovet zabitlərinin hücum edib 
Tehranı tutacağını gözləyirdilər”.  
Martın 2-də vaxt tamam oldu, amma Sovet qoşunları çıx-
madı. Hərbi texnika, ordu yük maşınlarına yükləndi. Diplomat-
lar onların Sovet sərhədinə gedəcəyini düşünsələr də, maşınlar 
şimala doğru hərəkət etməyə başladı.  
Bu hadisələrin baş verdiyi vaxtlarda ABŞ səfiri Dövlət ka-
tibinə yazırdı: “Şah və Baş nazir paytaxtdan qaçmaq istəyirlər. 
Əgər bunlar paytaxtadn qaçsalar, biz onlara müşayiətçi verək-
mi?” Yəni Tehranda vəziyyət o qədər gərgin idi ki, onlar hətta 
paytaxtı qoyub qaçmağı düşünürdülər. Bu məqamda ABŞ orta-
ya çıxdı. Sovet qoşunlarının martın 2-də  İranı  tərk etmədiyini 
görən Trumen martın 5-də Stalinə belə bir nota göndərdi: “Biz 
ümid edirik ki, siz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə 
yetirəcəksiniz”. Lakin bu notaya heç bir cavab verilmədi və bu, 
Vaşinqtonu daha da həyəcanlandırdı.  
Martın 7-8-də  Ağ Evdə gizlin bir müşavirə çağırıldı. Bu 
müşavirədə məruzəçi Dövlət katibi Ceyms Birns idi və burada 
Sovetlərə olan münasibətlər köklü surətdə müzakirə edildi. Mü-
zakirə zamanı Birns demışdi: “Biz Şərqi Avropada Sovetlərə 
yetərincə güzəştə getmişik. Bu məsələdə biz Sovetlərə heç bir 
güzəştə gedə bilmərik. Heç bir halda biz Sovetləri Yaxın Şərqin 
neftlə zəngin rayonlarına buraxmamalıyıq. Azərbaycan məsələ-
si ərazi məsələsi deyil, neft məsələsidir. Ona görə də nəyin ba-
hasına olursa-olsun Sovetləri buradan qovub çıxarmalıyıq”. Ye-


 
212
kun belə oldu: “Fəqət Sovetləri buradan çıxarmağa bizim yetə-
rincə gücümüz yoxdur. Bizim həmin regionda lazımi qədər 
ordumuz, kommunikasiyalarımız, bazalarımız yoxdur”.  
Bu müzakirələrin gedişində  məşhur Amerika sovetoloq-
ları  iştirak eirdilər (Onlardan bəziləri, məsələn, Çarlz Bobber 
sonra SSRİ-də  səfir oldu). Çarlz Bobber belə bir təklif verdi: 
“Bu dəqiqə ABŞ-ın əlində olan ən böyük ordu, ən böyük silah 
atom silahıdır. Niyə bu məsələdən istifadə olunmasın?”  
Buna Amerika siyasətində  şantaj siyasəti deyilir. Bobber 
təklif etdi ki, SSRİ-nin xarici işlər naziri Qromıko Ağ Evə çağı-
rılsın və ona dəqiq şəkildə bildirilsin ki, 48 saat ərzində Sovet 
qoşunları  İran Azərbaycanından çıxmasa, biz Sovet İttifaqının 
müxtəlif coğrafi nöqtələrinə  hərbi-nüvə  zərbələri endirəcəyik. 
Düzdür, bu gün həmin faktların olub-olmamasını yetərincə təs-
diq edən sənədlər nə Amerikada, nə də Rusiyada tapılıb.  
Belə bir məlumat da var ki, 1957-ci ildə Trumen “New 
York Times” qəzetinə müsahibə verib və bu əhvalatı belə xatır-
ladıb: “O vaxt İranda Stalinlə danışıqlar zamanı mən onu atom 
silahı ilə hədələdim, o, məni başa düşdü”.  
Ancaq bu da maraqlıdır ki, bir gün sonra Trumen təkzib 
verdi. 
 
“Əfqanıstanda Azərbaycan analoqu” 
 
İkincisi, Sovet qoşunları Əfqanıstana girəndə, 1979-cu il-
də senator Ceksonun “Times” jurnalında “Əfqanıstanda Azər-
baycan analoqu” adlı bir məqaləsi çıxıb. Məqalənin mahiyyəti 
ondan ibarətdir ki, 1946-cı ildə Trumen necə hərəkət etdisə, ha-
zırkı Amerika rəhbərliyi də eyni cür hərəkət etməlidir.  
1946-cı ildə Sovet qoşunlarının təcili olaraq İrandan çıxa-
rılması haqqında  əmr verildi. Bu, evakuasiyaya bənzəmirdi. 
Çünki evakuasiya üçün müəyyən vaxt verilir. Hətta əmrdə bəzi 
ərazilər xüsusi qeyd edilib və  həmin məntəqələrin həmin gün 
tərk edilməsi göstərilib. Qoşunların çıxması  Təbriz liderlərinə 
son dərəcə ağır təsir göstərdi. Sovet nümayəndələri ilə görüşlər-


 
213
də Pişəvəri, Cavid, Şəbüstəri, Mirzə İbrahimov, Ağasəlim Ata-
kişiyev və Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Ey-
yub Səlimov iştirak edirdilər. Həmin görüşdə bu məlumatı din-
ləyəndən sonra Pişəvəri demişdi: “Gedin rəhbərlərinizə deyin 
ki, onlar çox vicdansız adamlardır. Başımıza müsibətlər açdı-
nız. Mən sizi tanıyırdım. Amma öz xalqımın düşdüyü ağır və-
ziyyət məni bu siyasətə qoşulmağa məcbur etdi”.  
Buradan da görünür ki, Pişəvərinin  əsas məqsədlərindən 
biri Azərbaycanın müstəqilliyi məsələsi idi. Bəs bu gətirib nəyə 
çıxardı? 
 
Stalinin Pişəvəriyə rəsmi məktubu 
 
 
Demək olar ki, biz həmin dövrdə milli hərəkat liderləri ilə 
Moskvanın münasibətlərini araşdırıb yoxlasaq, Stalin onlardan 
heç birinə  şəxsi məktub yazmayıb. Amma bu tənqid o qədər 
ciddi idi ki, mayın 8-də Stalin Pişəvəriyə  rəsmi məktubla mü-
raciət etdi. O, məktubunda nəticələri izah etməyə çalışırdı. Stalin 
məktubda özü haqqında da bir az tərifli sözlər deyir, hətta özünü 
Şərqdə milli azadlıq inqilablarının yaradıcılarından biri kimi 
qələmə verirdi. Sonra isə öz hərəkətlərinə  bəraət qazandırmaq 
istəyirdi.  
Nəhayət, 1946-cı ilin payızında vəziyyət gərginləşirdi. Əs-
lində bu Bağırov –Pişəvəri münasibətlərinin göstəricisi idi. Sovet 
səfirliyi və konsulluğu Pişəvəri haqqında Moskvaya son dərəcə 
yanlış məlumatlar verirdi. Həmin dövrdə də hakimiyyətdə olan-
lar arasında münaqişəyə  zəmin yaranmışdı. Mir Cəfər Bağırov 
Mirzə  İbrahimova yazırdı: “Bu adamlar başa düşməlidirlər ki, 
xalq Pişəvəri ilə birlikdədir. Bu adamlar başa düşməlidirlər ki, 
zaman Pişəvəri adını simvola çevirib. İstəsələr də, istəməsələr də 
onlar Pişəvəri ilə hesablaşmalıdırlar. Pişəvəri XX əsrdə son dərə-
cə nadir adamlardandır. Biz bunu düzgün qiymətləndirməliyik”.  
Görünür, Bağırovun əlində müəyyən informasiya var idi. 
Ona görə də Mirzə İbrahimova yazır ki, Pişəvəriyə çatdır, mü-
hafizəçiləri ilə ehtiyatla davransın. Düzünü deyim ki, mən sə-
nədləri izləyəndə hətta məsələyə münasibətdə belə Bakı rəhbər-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə