Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə55/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

 
201
rin görülməsinə heyrət etməyə bilmirsən. Əziz Əliyevin, Mirzə 
İbrahimovun, Həsən Həsənovun, Rəsul Rzanın, Səməd Vurğu-
nun, Süleyman Rüstəmin və onlardan sonrakı nəslin nümayən-
dələrindən Ənvər Məmmədxanlının, Qılman Musayevin və baş-
qalarının hesabatlarına baxanda, görürsən ki, orada bir kommu-
nist ideologiyası olsa da, milli məsələyə münasibətin izləri daha 
qabarıq hiss olunur.  
Bu məsələ ilə bağlı Sovet Azərbaycanı rəhbərliyinin Mos-
kva ilə çox maraqlı yazışması var. Hadisələr öz gərginlik nöq-
təsinə daxil olduqdan sonra – 1940-cı ildən etibarən Sovet 
Azərbaycanı  rəhbərliyi, xüsusilə Mir Cəfər Bağırovun, Xalq 
Komissarları Sovetinin sədri Teymur Qarayevin imzaları ilə 
Moskvaya çoxlu materiallar göndərilmişdi.  
Son bir neçə ildə Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxi-
vində Stalinin fondunda olan sənədlərin bir hissəsi açıldı. Bu 
fond “558-ci fond” və ya “Stalinin Xüsusi Fondu” adlanır. Ora-
da Bağırovun Bakıdan Stalinə, Molotova, Beriyaya, Malenkova 
göndərdiyi məktublarını izləmək olur.  
1945-ci ildə Moskvaya hər gün, bəzən gündə iki dəfə 
məktublar göndərilirdi. Bütün bu məktubların arxasında duran 
ideya Moskvanı bu işi həyata keçirməyin vacib olduğuna inan-
dırmaqdan ibarət idi. Eyni zamanda Sovet Azərbaycanı rəhbər-
liyinin proseslərə belə  dərindən, ürəkdən, bir az da həyəcanla 
yanaşması Moskvanın münasibətini dəyişdi. Bunu da sənədlər-
dən izləmək olur.  
Köhnə Tarix Arxivi Rusiya Dövlət Sosial-Siyasi Tarix 
Arxivinə  və Rusiya Dövlət  Ən Yeni Tarix Arxivinə bölünüb. 
Biri 1953-cü ilə  qədərki, digəri isə ondan sonrakı dövrü əhatə 
edir. Bu arxivdə iki il əvvəl açılmış “Molotov Fondu” (“83-cü 
fond”) və “128-ci fond” da “Stalin fondu” kimi son dərəcə 
maraqlıdır.  
Məlum olduğu kimi, “Komintern” ləğv edildikdən sonra 
onun yerində Xarici Siyasət Komissiyası yaranmış  və 1940-cı 
illərin sonuna kimi fəaliyyət göstərmişdi. Bu komissiyanın fon-


 
202
dunda  İranda gedən sol hərəkatla, oradakı proseslərlə bağlı 
müstəsna dərəcədə maraqlı məlumatlar toplanmışdır. Məsələn, 
Demokrat Firqəsinin yarandığı dövrdə Tudə Partiyasının məsə-
ləyə münasibəti ilə bağlı, həmin dövrdə – 1945-ci ilin payızında 
İranda marksist hərəkatın və marksist partiyanın taleyi ilə bağlı 
Xarici Siyasət Komissiyasına ünvanlanmış məlumatlar var.  
Mən məsələni kommunist ideologiyası müstəvisinə  çək-
mək və ona sırf bu mövqedən yanaşmaq istəmirəm. Sənədlərə 
diqqət yetirəndə hətta Tudə Partiyasının rəhbərliyindəki şəxslərin 
də  məsələyə münasibətində  fərqlər, uyğunsuzluqlar olduğu aş-
kara çıxır. Bu fərqi görməmək, sadəcə olaraq, mümkün deyil.  
Azərbaycan Demokrat Firqəsinin yaranmasına, muxtariy-
yət ideyasına qarşı  əsaslandırılmış formada çıxan Tudə Par-
tiyasının rəhbərlərindən biri Avanesyan idi. Hətta onun xüsusi 
bir məktubu da var və orada yazır: “Bağırovla Pişəvərinin məq-
sədi 5 milyonluq Cənubi Azərbaycanla 3 milyonluq Şimali 
Azərbaycanı birləşdirib Ukraynanın qarşısına çıxmaqdır. Biz 
bununla bağlı Sovet rəhbərliyinə vaxtında məlumat verdik”.  
Əlbəttə, Cənubi Azərbaycandakı proseslərin baş tutmama-
sının səbəbi Avanesyan və digərlərin bunu sovetlərə  xəbər 
verməsi deyildi.  
Başqa bir mühüm mənbə Rusiya Dövlət  Ən Yeni Tarix 
Arxivindədir. Burada Pişəvərinin 1950-60-cı illərə aid xüsusi 
qovluğu var. Pişəvəri haqqında Avanesyanın və digərlərinin 
böhtan xarakterli məktubları çox olduğundan, ona xüsusi bir 
qovluq ayrılıb. Hələ 1920-ci illərdən etibarən Pişəvəri haqqında 
nə bilirdilərsə, onların hamısı bu qovluqda toplanıb. Hətta Pişə-
vərinin ölümündən sonra onun həyat yoldaşının Moskvaya 
getməsi ilə bağlı dəfələrlə Sovet rəhbərliyinə yazdığı müraciət 
məktubları da burada saxlanılır.  
Ən nəhayət, bizim bu problemi işıqlandırmaq üçün toxun-
duğumuz mənbə ABŞ-ın mənbələri olmuşdur.  
Biz burada ictimai fikri izləsək, qəribə bir dəyişikliyinin 
şahidi olarıq. Hələ müharibənin sonunda İranlılar elə bilirdilər 


 
203
ki, İranda nə baş verirsə, hamısını İngiltərə törədir. Amma onlar 
zamanın dəyişkənliyini düz tutmurdular. İctimai fikirdə  İranın 
keçmiş tarixində  İngiltərənin rolu son dərəcə böyük olmuşdu. 
Odur ki, İranlılar qəbul edə bilmirdilər ki, dünyanın taleyinin 
həllində  İngiltərə artıq öncül mövqeyini itirib və bu mövqeyi 
ABŞ tutub.  
Ona görə  də ABŞ Dövlət Departamentinin arxivində  də 
çoxlu materiallar var. Son bir neçə ildə Mərkəzi Kəşfiyyat İda-
rəsinin arxivləri açılmışdır. Amerikaya son səfərimdə bir neçə 
gün həmin arxivlərdə işləmək imkanım oldu. Mən deyərdim ki, 
Mərkəzi Kəşfiyyat Agentliyi (o vaxt belə adlanırdı) bəlkə  də 
gedən prosesləri izləyən ən birinci qurumlardan idi və idarəyə 
çevrildikdən sonra da bu birinciliyini qoruyub saxlayırdı.  
Bu idarə eyni zamanda İranda Tudə Partiyasında gedən 
prosesləri çox diqqətlə izləyirdi. Bu gün Mərkəzi Kəşfiyyat İda-
rəsinin Tudə Partiyası haqqında hazırladığı raportlar açılıb və 
bunlar son dərəcədə  əvəzsiz materiallardır. Nümunə kimi qeyd 
edim ki, Mərkəzi Kəşfiyyat  İdarəsinin iki il bundan əvvəl “qa-
dağanlıq” möhürünü üzərindən götürdüyü Tudə Partiyasının he-
sabat materiallarında Azərbaycandakı vəziyyət də açıqlanırdı. 
 
Prosesin həlledici mərhələləri 
 
Mövzunun və prosesin həlledici mərhələləri nədən ibarətdir?  
İdeya Sovet Azərbaycanı rəhbərlərinin Sovet İttifaqı rəh-
bərlərini təkidlə inandırmaları  nəticəsində  Cənubi Azərbaycan 
məsələsini Qərbi Ukrayna ilə  Qərbi Belorusiya məsələlərinin 
həlli kimi həll etməkdən ibarət idi. Hətta bəlli bir tarix də var 
idi: 1941-ci il noyabrın 7-8-nə – Böyük Oktyabr sosialist inqi-
labına qədər Cənub məsələsi həll edilib qurtarmalı idi. Bunun 
üçün artıq razılıq da alınmış, işə başlanılmışdı. 1940-cı ildə təx-
minən 3600-ə qədər mütəxəssis – sovet partiya, xüsusi xidmət, 
mətbuat orqanlarının işçiləri, müəllimlər, həkimlər hazırlanmış-
dı. Artıq 1939-cu ildə Ukrayna ilə Belorusiya məsələsi həll 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə