Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə52/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

 
190
 
 
 
 
 
 
 
 
 
 
SƏKKİZİNCİ 
MƏCLİS 
 
 
 
 
 
 
 
 
 
 
2007-ci il martın 13-də Xəzər Universitəsində fəaliyyət 
göstərən “Elm və sənət məclisi”nin 8-ci toplantısı oldu. “So-
vet–Amerika qarşdurmasi: Azərbaycan böhranı  və soyuq 
müharibə” mövzusunun müzakirəsinə həsr olunmuş məclis-
də tanınmış tarixçi alimlər, müəllimlər, tələbələr və digər 
mütəxəssislər iştirak edirdilər.  
Məclisi giriş sözü ilə Universitetin rektoru, professor 
Hamlet İsaxanlı açdı. 
 


 
191
Qeyri-müəyyən Azərbaycan məsələsi 
 
Professor Hamlet İSAXANLI: 
 
–Əziz dostlar! 
“Elm və sənət məclisi”nin 
səkkizinci toplantısına xoş 
gəlmisiniz!  
Ola bilər ki, burada – 
məclisimizdə ilk dəfə  iştirak 
edənlər var. Ona görə də məlu-
mat verim ki, bizim məclis ötən 
ilin payızında fəaliyyətə başla-
dı, ilk məclislər – görüşlər təş-
kil olundu. Bu görüşlərdə, elmi 
seminarlarda müəyyən elm-sə-
nət sahəsi ilə bağlı mütəxəssis-
lər gəlib burada məruzə edirlər. 
Biz iştirakçılar da həmin məsə-
lələrlə bağlı müzakirələr aparı-
rıq. Məruzələr, müzakirələr bi-
zim “Xəzər Xəbər” jurnalında çap olunur. Üstəlik, hər 10 məc-
lisin materiallarının ayrıca bir kitab şəklində  nəşr olunmasını 
planlaşdırmışıq.  
Burada – bugünkü məclisimizdə böyük əksəriyyət mütə-
xəssislərdir – elm və sənət adamlarıdır, amma tələbələr də var. 
Ona görə  də  tələbələrə aydın olması üçün giriş sözümü bir 
qədər uzatmaq istəyirəm.  
Bugünkü məsələ çox sevdiyimiz Azərbaycanla, Azərbay-
can xalqı ilə bağlıdır. Azərbaycan məsələsi bir az qeyri-müəy-
yən ifadədir. Çünki siyasi və coğrafi baxımdan iki Azərbaycan 
var – biri şimaldakı müstəqil Azərbaycan Respublikası, digəri 
isə İranın tərkibindəki Azərbaycan. Bu iki ölkənin bugünü, gə-
ləcəyi, taleyi haqqında düşüncələrlə bağlı olan məsələyə “Azər-
baycan məsələsi” deyirik. Azərbaycan məsələsinin  ən qızğın 
vaxtı, ən çox ortaya çıxdığı bir dövr haqqında Cəmil müəllim - 
professor Cəmil Həsənli məruzə edəcək.  


 
192
“Azərbaycan” sözü əsasən 
İrandakı Azərbaycanla əlaqədar işlənilib 
 
Amma mən istəyirəm ki, “Şimali Azərbaycan”, “Cənubi 
Azərbaycan” ifadələrinə aydınlıq gətirək. Çünki bu ifadələrə 
müxtəlif ölkələrdə, müxtəlif insanlar arasında müxtəlif münasi-
bətlər olub. Məsələn, burada bir xalis fars əyləşmiş olsa, onun 
“Cənubi Azərbaycan” ifadəsindən, çox güman ki, xoşu gəlməz. 
Səbəb aydındır – “Azərbaycan” sözü tarixdə  əsasən  İrandakı 
Azərbaycanla  əlaqədar işlənilib. Yəni  ərəblər  İranı  və Qafqazı 
tutanda  İranın  şimal-qərb hissəsinə Azərbaycan deyirdilər.  Şi-
mala – bu taydakı Azərbaycana isə Ər-Ran (Arran) deyirdilər. 
Ərran (Aran) sözünün, Sara xanım Aşurbəylinin fikrincə, türk 
dilindən başqa dildə  təbii izahı yoxdur. Amma bu tayda – Şi-
malda get-gedə başqa adlar da işlənməyə başlandı: bir hissəyə 
Şirvan (orta əsrlərdə  Şarvan) dedilər. Sonra Qarabağ, Muğan 
kimi kəlmələr də işləndi. Amma Qafqazda və ya şimalda Azər-
baycan sözündən həm xalq, həm dövlət, həm dil adı kimi əsa-
sən 20-ci əsrin əvvəllərindən başlayaraq daha çox istifadə edil-
məyə başlandı. 19-cu əsrdə  Şimala münasibətdə Azərbaycan 
sözü çox az hallarda işlənilirdi. 
1828-ci ildən – Rusiya-İran müharibəsindən sonra, yəni 
azərbaycanlıların bir hissəsi – Qafqazda yaşayanlar rus təbəəsi 
olduqdan sonra Azərbaycan kəlməsi yavaş-yavaş buradakılara 
da aid edildi. Mirzə Kazım bəy 1851-ci ildə “Dərbəndnamə” və 
onun ruscaya tərcüməsi haqqında yazırdı: “Dеrbеndnаmе” – nа 
Аdеrbidjаnskоm yazıkе” – “Dərbəndnamə” Azərbaycan dilin-
dədir”. Bir başqa yerdə isə Mirzə Kazım bəy: “Аdеrbidjаnskiе 
tаtаrı” – “Azərbaycan tatarları” sözünü işlədir. Yəni artıq 
Azərbaycan adını dilimizə və xalqımıza, o cümlədən Qafqazda 
yaşayanlara aid etməyə başlamışdılar.  
 
 
 


 
193
Xiyabani yaratdığı dövlətin adını  
Azadistan qoymuşdu 
 
Şimalda rəsmi ölkə adı olaraq Azərbaycan sözü 1918-ci 
ildə Azərbaycan Demokratik Respublikası yaradılanda istifadə 
olundu. Yəni coğrafi termin haçalandı  və siyasiləşdi. Bu isə 
İran tərəfdə təəccüb və etiraz doğurdu – özü də İranda tək fars-
lar arasında yox, Azərbaycan türkləri arasında da. Onlar deyir-
dilər ki, Azərbaycan bu tərəfdir, buranın adıdır, siz niyə bu 
addan istifadə etmisiniz, ora üçün başqa ad tapa bilmirdinizmi? 
Azərbaycan sözü ətrafında bu cür mübahisə və incikliklər oldu, 
bu narahatlığı anlamaq üçün bir anlığa fərz edək ki, İranda 
Azərbaycan Respublikasına “Şimali  İran”,  İranın özünə isə 
“Cənubi  İran” desinlər...). Hətta  Şeyx Məhəmməd Xiyabani 
İran Azərbaycanında yaratdığı  qısaömürlü dövlətin adını Aza-
distan qoymuşdu. Nə üçün? Bunu müxtəlif cür izah edənlər var. 
Əhməd Kəsrəvi deyir ki, sadəcə olaraq Azərbaycan adını şimal-
da işlətdiklərinə görə, Xiyabani başqa bir ad fikirləşməli oldu 
və bu ad meydana gəldi. Əks halda yəqin ki, Azərbaycan kəl-
məsindən istifadə olunacaqdı.  
Bu gün “Şimali Azərbaycan”, “Cənubi Azərbaycan” ifa-
dələri işlədirik. Bu ifadələr daha çox II Dünya müharibəsindən 
sonra istifadə olunmağa başlandı. Cənubi Azərbaycanda baş 
vermiş hadisələr, ədəbiyyatımızda Cənubi Azərbaycan mövzu-
sunun ortaya çıxması da burada rol oynadı. Artıq “Şimali Azər-
baycan”, “Cənubi Azərbaycan” ifadələri coğrafi məna daşımaq-
la bərabər xalq arasında da siyasi məna daşımağa başladı. 
 
İran–Rusiya münasibətləri  
və Azərbaycan 
 
Bugünkü mövzumuzun əsasını  da  bu  məsələ  təşkil edir. 
Şimaldakı – Qafqazdakı türklər və İran daxilindəki türklər ara-
sındakı fərqlər, oxşarlıqlar, münasibətlər İran və Azərbaycan ta-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə