Microsoft Word Elm-Senet. Kitab 2 Amine


CƏMİL POLADXAN oğlu HƏSƏNLİ



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə54/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

 
197
CƏMİL POLADXAN oğlu HƏSƏNLİ 
 
1952-ci ildə anadan olub.  
1972-ci ildə Bakı Dövlət 
Universitəsinin Tarix fakültə-
sini bitirib.  
1992-ci ildə doktorluq 
dissertasiyası müdafiə edib.  
1993-cü ildən BDU-nun 
professorudur. 
2000-ci ildən Azərbaycan 
Respublikası Milli Məclisinin 
deputatıdır.  
Əsas araşdırmaları Azər-
baycan Respublikası beynəl-
xalq münasibətlər sistemində, 
Güney Azərbaycan və soyuq müharibənin başlanması, II 
Dünya müharibəsi dövründə  və soyuq müharibənin  əvvəl-
lərində Sovet-Türkiyə münasibətləri mövzusundadır. 
Əsərləri Azərbaycan, rus, ingilis, türk, alman, fars və 
polyak dillərində nəşr olunub. 
 
*** 
Bu mövzu yalnız tariximiz deyil, 
 həm də taleyimizdir 
 
Professor Cəmil HƏSƏNLİ: 
 
Hörmətli qonaqlar! Xoş gördük hər birinizi! 
Xəzər Universitəsi son 15 il ərzində təkcə bir təhsil müəs-
sisəsi kimi yox, həm də bu çətin dövrdə Azərbaycanda formala-
şan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Həmişə Azər-
baycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin ən mühüm mə-
sələləri Xəzər Universitəsində müzakirə olunur. Bu cür müzaki-


 
198
rələrdə mən dəfələrlə iştirak etmişəm. Buna görə Xəzər Univer-
sitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm.  
Mövzu ilə bağlı müəyyən fikir və mülahizələrimi sizinlə 
bölüşməyə çalışacağam. Bu mövzu yalnız bizim tariximiz de-
yil, həm də taleyimizdir.  
Mən bu sahədə araşdırma apararkən, belə bir nəticəyə gəl-
dim ki, bu mövzunu heç kim özümüz kimi – azərbaycanlılar ki-
mi yaza bilməz. Ən azı ona görə ki, bu bizim taleyimizin elə bir 
dövrüdür ki, onu hissiz, həyəcansız yazmaq mümkün deyil. Bu 
sənədlərin arxasından insanların taleyi görünür və bu insanların 
keçdiyi həyat yolunu izlədikcə onların tarixin hansı mərhələlə-
rində, hansı şəraitdə yaşadıqları haqqında bizdə müəyyən təsəv-
vürlər yaranır.  
 
Bu mövzu sanki səhnəyə qoyulmuş  
dramatik bir əsərdir 
 
Burada bizim çox hörmətli, qocaman tarixçilərimiz əylə-
şib. “Sovet tarixi dövrü” deyilən bir dövr var idi. Orada tarixi 
əsərlərin içərisində insan taleyi görünmürdü. Bir növ anonim, 
şəxsiyyətlərsiz bir tarix yazıldığından  şəxsiyyətsiz bir tarix 
əmələ gəlirdi. Tarixi proseslər həmişə tarixi şəxsiyyətlərin mü-
şayəti ilə baş verir. 


 
199
Mən təxminən 10 ildir bu mövzunu işləməyə başlamışam. 
Bu mövzu mənim üçün sanki səhnəyə qoyulmuş dramatik bir 
əsər idi və bu əsərdə  hər kəs öz rolunu oynayırdı. Bu elə bir 
dövr idi ki, bizim istifadə etdiyimiz arxiv fondlarının bir çoxu-
na nömrə qoyulmamışdı, fondlaşdırılmamışdı. Yəni bu mate-
riallardan ilk istifadə edən biz olmuşuq.  
Son nəticədə bu tədqiqat təkcə Azərbaycanın yox, bütöv-
lükdə dünya tarix elminin cazibə mərkəzinə çevrildi, müəyyən 
marağa səbəb oldu. Şübhəsiz ki, mövzu həssas mövzudur. Bi-
zim münasibətimizlə  İranın münasibətində, qərblilərin müna-
sibətində, rusların münasibətində, amerikalıların münasibətində 
müəyyən fərqlər var. 
Azərbaycan tarixçilərinin kifayət qədər tənqid etdiyi İranlı 
bir tarixçı var –Seyid Əhməd Kəşrəvi. Əbəttə, biz onun fikirlə-
rinin bir çoxu ilə razılaşmırıq. Amma onun “Azərbaycanın 18 
illiyi” əsərində maraqlı bir fikri var. O yazır: “Bütün müsəlman 
dünyasının qibləsi Məkkədə olduğu halda, Azərbaycan öz müs-
təqilliyinə qovuşandan sonra Tehran həmişə ehtiyat edirdi ki, 
Təbriz öz qibləsini Bakıya çevirə bilər”. 
Əslində XX əsrdə  Cənub–Şimal mövzusuna diqqət yeti-
rəndə Əhməd Kəsrəvinin vaxtilə söylədiyi bu ideya, bu fikir ke-
çilən tarixi yola və  əldə olunan nəticələrə münasibətdə özünü 
müəyyən dərəcədə doğruldur.  
Cənubda nə vaxt bir oyanış, milli hərəkat başlayırdısa, 
hərəkatçılar həmişə şimala üz tuturdular.  
 
Qiymətli mənbələr,  
nadir sənədlər 
 
Mən mövzunun mənbələri haqqında məlumat vermək is-
təyirəm. Mövzunun ilk mənbəsi Azərbaycan Milli Hökumətinin 
sənədləridir. Mənə elə gəlir ki, bu sənədlər son dərəcə nadir sə-
nədlərdir. Bu sənədlər uzun illər nəinki, arxivlərin gizli fondla-
rında saxlanılır, hətta arxivlərə belə verilmirdi. Az-az sənədlə-


 
200
rin saxlanıldığı  Mərkəzi Komitənin “osobotdel” (xüsusi şöbə) 
deyilən  şöbəsində mühafizə olunurdu. Bu sənədlər Sovet İtti-
faqı dağılana qədər orada saxlanılırdı.  
Sənədlərlə tanış olanda niyə onların bu qədər gizli sax-
lanıldığı məlum olur. Birinci mənbə ilk növbədə Bakıda saxla-
nılan sənədlərdir. Milli Hökumətin, Azərbaycan Demokratik 
Firqəsinin qurulması, II Dünya müharibəsi və Cənubi Azərbay-
canda gedən proseslər, Demokrat Firqəsinin qurulması, onun 
dini əsasda deyil, milli əsasda yaranması kimi məsələlər bu sə-
nədlərdə öz əksini tapır.  
İkinci böyük mənbə Sovet Azərbaycanı  rəhbərliyinin və 
bu respublikadakı siyasət, mədəniyət, elm xadimlərinin baş ve-
rən proseslərdə rolunu və  iştirakını  təsdiq edən sənədlərdir. 
Bunlar da tarix üçün son dərəcə nadir sənədlər sayılmalıdır.  
Sovet  İttifaqı böhtan keçirəndə, dağılma  ərəfəsində keç-
miş tarixə münasibətdə  qəribə bir eyforik münasibət var idi. 
Bizdə çoxları elə bilirdi ki, təkcə onlar xalq qəhrəmanı kimi or-
taya çıxıblar. Sanki onlara qədər heç kim bu xalqın taleyi haq-
qında düşünməyibmiş. Amma bir qədər keçəndən sonra, tarixin 
qoyub getdiyi sənədlər üzə çıxdıqca məlum oldu ki, bu millətin 
tarixi, taleyi haqqında düşünən insanlar həmişə olub.  
Cənubi Azərbaycanda işləmək üçün böyük bir qrup seçil-
mişdi. Onların arasında elm, mədəniyyət, partiya adamları var 
idi. Həmin adamları partiya tapşırığından daha çox millətin gə-
ləcəyi, taleyi düşündürürdü. Partiya məsələnin formal tərəfi idi. 
Həmin adamlar üçün bu, Vətənə, millətin taleyinə münasibət 
məsələsi idi. Cənubda işləyən bir sıra tanınmış adamlar (böyük 
bir hissəsi sonradan məşhurlaşdı) çox fədakarlıqla işləyirdilər 
və həmin dövrə aid əvəzsiz sənədlər qoyub gediblər.  
Həmin dövrdə onlar oradan Sovet Azərbaycanının rəhbəri 
Mir Cəfər Bağırova bir cür, SSRİ Xarici İşlər Komissarlığına 
başqa cür hesabat göndərirdilər. Hesabatda həmin məsələnin 
Moskvaya bildirilmədiyi qeyd olunurdu. Bütün bu məsələlərlə 
tanış olanda Sovet dövləti kimi bir totalitar rejimdə bu cür işlə-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə