Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə51/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

 
186
girdi, davamçısı kimi qiymətləndirmək məncə məsələyə çox me-
xaniki yanaşma olardı. Onların müəyyən görüşlərində də, baxış-
larında da fərqlər ola bilər və  fərqlər var. Çünki, hər nə  qədər 
olur-olsun, Fəzlullahın yazı  və  hərəkətlərində özünün şəxsi id-
diaları üzə  çıxırdı. Yəni siyasi və dini iddiaları var idi və  əsər-
lərində  də, həyatında da, haqqında yazılanlarda da bunlara yer 
verilib. Sonralar onun ardıcılları və şagirdləri – xüsusilə Nəsimi 
və digər  şairlər  əslində hürufiliyi ideallaşdıraraq onu gözəlliyə, 
insan qəlbinin böyüklüyünə, insanın Allahla yaxınlığına gə-
tirdilər. Bu, sonrakı ideallaşdırma dövrü idi. Nəsiminin idealları 
ilə Fəzlullahın idealları tamamilə eyni deyildi. Ona görə də, sizin 
Nəsimiyə aid dediyiniz gözəl fikirlərin, gətirdiyiniz misalların 
heç də hamısı, mümkündür ki, Fəzlullahda olanlar deyil.  
Bu sözlərlə mən sadəcə müzakirə üçün ortaya fikir atıram. 
 
Camal MUSTAFAYEV: 
 
–Mənim məqsədim bu idi ki, hərflərin arxasında ilahi 
idealı, Allah idealını görək. Yəni bu ideal əlbəttə  hər hansı 
fərdin, bütün varlıqların fövqündə dayanır. Hərflərin arxasında 
Allah idealına yaxınlaşmağın və bu idealı özündə təcəssüm et-
dirməyin yolları dayanır. İkincisi, əlbəttə ki, hər hansı cərəya-
nın yaradıcısı və tərəfdarları olur. Bu tərəfdarların heç də hamı-
sı onun şagirdləri deyillər. Bu tərəfdarın öz fikri, öz nəzəriyyəsi 
ola bilər. Nəsiminin öz nəzəriyyəsi var idi. doğrudur, hürufilik 
ona təsir eləmişdi, bunu heç kəs inkar edə bilməz. Amma 
Nəsimidə sufiliyin iki cərəyanı birləşmişdi.  
Birincisi, deyirlər ki, panteizm yoxdur, amma orada pan-
teizm var. Manixeizm də var. Əvvəla, belə başa düşmək lazım-
dır ki, manixeizm idealını sona qədər davam etdirmək, onu 
mütləq bir nəzəriyyə kimi qəbul eləmək artıq panteizmə gətirib 
çıxarır.  
Mənim burada dediklərim tam qaynaqlara əsaslanır. 
 


 
187
Şahin MUSTAFAYEV: 
 
–Camal müəllim Nəiminin Osmanlıda edam edilməsi ilə 
bağlı çox maraqlı məlumat verdi. Bununla bağlı mənbəni gös-
tərsə, yaxşı olardı. 
 
Camal MUSTAFAYEV: 
 

 
Deyim ki, mən Nəsimini ötən  əsrin 60-cı illərinin 
sonundan tədqiq eləməyə başlamışam. Fakta, elmi qaynaqlara 
söykənmədən heç nə demirəm. Mən özüm bu barədə  məqalə 
yazaram. 
 
Solmaz RÜSTƏMOVA-TOHİDİ: 
 

 
Hürufilikdə Allahın insaniləşdirilməsinə 
İsa 
peyğəmbərin, xristianlığın təsiri olubmu? 
 
Nəsib GÖYÜŞOV: 
 
–Mən bu barədə  qısa  şəkildə dedim. Fəzlullahın özünün 
əsərlərində var ki, həm yəhudilərə, həm də xristianlara görə İsa 
Məsih zühur eləməlidir. O baş tutmadı, mən zühur elədim.  
Zühur eləmək ideyası İslamda da var. Məsələn, Mehdinin 
zühuru. Bunun da təsiri olub. Yəni o deyirdi ki, Məsih zühur 
etmədi, onun yerinə  mən zühur elədim. Deməli, hər halda bu 
ideyalardan məlumatlı olub. 
 
Hamlet İSAXANLI: 
 
–Ümumiyyətlə, müxtəlif dinlər bir-birindən o qədər fay-
dalanıblar ki, bunu tam anlamaq və izləmək mümkün olmur. 
Güman var ki, Pifaqor öz dini-əxlaq məktəbini yaradanda “Üç 
qüdrət” deyilən Hindistan mənşəli fikirdən qidalanıb: Brahma, 
Vişnu və Şiva. Onların biri yaradır, biri qoruyur və biri dağıdır. 


 
188
Hesab olunur ki, bu üçbaşlı, üçqanadlı ideya xristianlığın ya-
ranmasında da rol oynayıb.  
Hadisələr coğrafi baxımdan bir-birinə sıx bağlı olan ərazi-
lərdə – Hindistan, Babilistan, Yunanıstan və Misirdə  cərəyan 
etdiyindən insanlar gedib ideyanı mənimsəyib, götürüb gətirir-
dilər. Bu yerlərdə yaranan ideyaların bir-birinə  təsir  şübhə-
sizdir. Elə Fəzlullah da Quranla yanaşı Tövrat, İncil, Psalmları 
yaxşı bilib, “Cavidannamə”də onlardan iqtibaslar edib.  
 
Şahin MUSTAFAYEV: 
 
– Mənim Nəsib müəllimə bir sualım var: Hürufiliyin şiə-
liklə əlaqəsi varmı?  
 
 
Nəsib GÖYÜŞOV: 
 

 
İslamda bir peyğəmbərlik var – nübüvət, bir də 
vilayət. Peyğəmbərlərin missiyası Allahın xəbərlərini 
çatdırmaqdır. Rəsul, risalət isə qanun və kitab gətirən 
peyğəmbərlərə deyilir. Məhəmməd Peyğəmbər də onlardan 
biridir. Vilayət ideyasına görə, kimsə peyğəmbərdən sonra o 
dəyərləri çatdırmalı, onları təfsir etməlidir. Belə bir fikir var ki
peyğəmbər aşkar elmdir, amma vilayət gizli elmdir.  
Nəiminin özünün kitabında var ki, sonuncu peyğəmbər 
Məhəmməd (s.ə.v.) açıq şəkildə zühur eləmişdi. Burada Mehdi-
nin zühuru məsələsi də qoyulur və deyilir ki, Mehdi zühur elə-
məliydi, amma o, zühur eləmədi, onun yerinə  mən zühur elə-
dim. İstər Nəiminin, istərsə də Əli əl-Əlanın əsərlərində on iki 
imam məsələsi on iki bürcə uyğun  şəkildə qoyulur. Hətta bu 
əlaqələndirilir ki, xristianlıqda  İsanın on iki apostolu var, 
bunların üstünə  İsa və  Məryəmi gələndə on dörd edir. On iki 
imam və  Məhəmmədlə (s.ə.v.) Fatimə  də on dörd edir. Yəni 
bunlar göstərir ki, bu təlimlərin təsiri olub.  
 
 


 
189
*** 
 
 
“Elm və  sənət” məclisi maraqlı elmi mübahisələr və 
qarşılıqlı fikir mübadiləsi  şəraitində davam etdi. Tədbirdə 
digər mütəxəssislər də mövzu ilə  əlaqədar öz düşüncələrini 
söylədilər.  
Məclisi professor Hamlet İsaxanlı yekunlaşdırdı.  


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə