Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə53/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

 
194
rixində və milli psixologiyasında mühüm rol oynayıb. Bu mə-
sələ daim, orta əsrlərdə də İranın daxilində çəkişməyə, narahat-
lığa səbəb olub.  
Şimalda Qafqazın  şərqi (indiki Azərbaycan Respublikası 
ərazisi) ilə tarixi Azərbaycan (Atropatena – indiki İranın şimal-
qərb  ərazisi) qədimdə bir-birindən etnik və siyasi cəhətdən 
xeyli fərqli idi. Ərəblər bu yerlərdə öz idarəçiliyini yayanda 
başlanğıcda yazı işlərini Arranda yunanca, cənubda isə pəhləvi 
dilində aparırdılar. Qafqaz daim hunların, suvarların (sabirlə-
rin), xəzərlərin və digər türkdilli xalqların şimaldan hücumları-
na məruz qalır, burada məskunlaşan türklərin sayı get-gedə 
artırdı. 7-ci əsrdə Kartlidə (Gürcüstanda) 6 dildə – gürcü, ermə-
ni, xəzər, yunan, aysor (assuriya) və yəhudi dillərində danışıldı-
ğı qeyd olunub (Bax: “Kartlis Tsxovreba”). Qəbələ ətrafı böl-
gələri Xəzərlərin məskəni adlandırırdılar. Şəmkir–Qazax tərəf-
lərdə də xəzərlər və qıpçaqlar yerləşmişdi. Cənubda, İran Azər-
baycanında isə türkləşmə bu dövrdə gözəçarpacaq dərəcədə ol-
mayıb. Lakin 11-ci əsrdə səlcuqların gəlməsi ilə Cənubda türk-
ləşmə daha sürətlə getdi. 
Orta əsrlərdə səlcuqlar, xarəzmşahlar, monqollar və səfə-
vi-osmanlı dövrlərində tarixi-hərbi-iqtisadi  şəraitdən asılı ola-
raq mədəni inkişaf da şimalda və  cənubda heş  də sinxronluq 
nümayiş etdirmirdi. Müxtəlif zamanlarda Şirvan, Gəncə, Təb-
riz, Marağa, Ərdəbil, ... önə çıxırdı. 
Tək Rusiya Azərbaycanı və İran Azərbaycanı arasında de-
yil, İran Azərbaycanını təmsil edən Təbriz və Fars İranını təm-
sil edən Tehran arasında da narazılıq,  şübhəçilik, narahatçılıq 
mövcud idi. 
1799-cu ildə Fətəli şahın oğlu Abbas Mirzə vəliəhd elan 
edildi, o, Təbrizdə əyləşdi və Azərbaycanın idarəsi ona verildi. 
Qacar sülaləsinin sonuna kimi bu ənənə davam etdi. Rusiya-
İran münasibətləri savaş üzərində köklənmişdi. Əgər Səfəvilər 
hərdən gürcülərlə vuruşurdularsa, Nadir şah artıq Rusiya ilə, 
Rusiyanın təsiri altında olan xalqlarla vuruşurdu. Qacarlar za-


 
195
manı isə açıq Rusiya-İran müharibələri başlandı (1795-1828). 
İran Rusiyaya uduzdu. Nəticədə bir tərəfdən Rusiya təbəələri və 
İran təbəələri olmaqla azərbaycanlılar iki hissəyə ayrıldılar, 
inkişaf yolları haçalandı. Digər tərəfdən isə İran içində Təbriz-
Tehran qarşıdurması gözə çarpmaqda idi.  
İran Rusiyanın təsiri altına düşdü. Təbrizdə oturan vəliəh-
din hüquqlarını Rusiya təmin edirdi və nə zaman istəsə, vəliəh-
di hakimiyyətə gətirə bilərdi. Ona görə də Tehran həmişə Təb-
rizdən ehtiyatlanırdı və Təbriz də bəzən Rusiya kartından istifa-
də edirdi. Məsələn, 1834-cü ildə  vəliəhd Məhəmməd Mirzə 
Tehranda ingilisləri, rusları, Azərbaycan türklərini bir araya 
toplamışdı. O, Rusiya və Britaniya təmsilçilərinin müşayiəti ilə 
böyük miqdarda Azərbaycan türklərini başına yığaraq Tehrana 
gəldi, şahlıq taxtına əyləşdi. Tehranda buna çox etiraz edilmiş
fars-türk soyuqluğu hiss olunmuşdu. Rus-Azərbaycan  əlaqəsi 
Tehranı narahat edirdi.  
1848-ci ildə Azərbaycan valisi Bəhmən Mirzə vəzir Hacı 
Mirzə  Ağasi ilə yola getmədi, Rusiyada sığınacaq tapdı. Bu, 
İranı  həyəcanlandırdı. “Rusiya Bəhmən Mirzəni lazım biləndə 
Azərbaycana gətirə bilər, İran Azərbaycanı Rusiya təsiri altına 
düşə bilər” ehtimalı Tehranı təbii olaraq şübhələndirirdi. İranda 
yaradılan rus “Kazak briqadası” faktik olaraq İranda yeganə 
müasir silahlı qüvvə idi; İran Rusiyanın əlində az qala oyunca-
ğa çevrilmişdi.  İranın zəifləməsi, Rusiyanın isə getdikcə güc-
lənməsi Tehranla Təbriz arasındakı  şübhələrə, çəkişmələrə, 
daxili intriqaya səbəb olurdu. Bu da özünü XX əsrdəki bir sıra 
hadisələrdə göstərdi.  
 
Cəmil müəllim  
ortaya yeni fikirlər çixarıb... 
 
XX  əsrdə  İranda inqilablar baş verdi: Məşrutə inqilabı, 
Xiyabani hərəkatı, Azərbaycan Demokratik Partiyası – Pişəvəri 
hərəkatı və nəhayət, İslam inqilabı. Bütün bu inqilablarda azər-


 
196
baycanlılar aparıcı rol oynayıblar. Belə ki, əvvəlki 3 inqilab bi-
lavasitə azərbaycanlıların həyata keçirdikləri inqilablardır. So-
nuncu  İslam inqilabında isə azərbaycanlılar çox fəal olublar. 
Ümumiyyətlə, Rusiya (Sovet) - İran və Azərbaycan məsələləri 
İran daxilində həmişə çəkişmələr yaradıb, soyuq münasibətlərə 
gətirib və azərbaycanlılar həmişə şübhə obyekti olub. Mən istə-
yirəm ki, Cəmil müəllimin tədqiqatları haqqında qısaca danı-
şım. Cəmil müəllim  əvvəllər daha çox 1918-20-ci illər Azər-
baycan Demokratik Cümhuriyyətinin beynəlxalq  əlaqələrinin 
tədqiqatçısı kimi tanınırdı. Sonra tədqiqat mövzularını genişlən-
dirdi, o cümlədən soyuq müharibə dövrünün orijinal tədqiqatçı-
larından biri oldu. O, təxminən 10 ildir ki, bu sahədə çox ciddi 
araşdırmalar aparır. 
Bugünkü mövzumuz tək elmi məsələ deyil, bütövlükdə 
xalqın çox maraqlandığı siyasi, etnik və  mədəni məsələdir. 
Onun haqqında külli miqdarda tədqiqatlar, şərhlər və mülahizə-
lər olub. Pişəvərinin rolu, xalqın rolu, Amerikanın və Sovetlə-
rin rolu və s. və s. məsələlər müxtəlif bucaqlar altında işıqlan-
dırılıb.  Şərhlərin çoxu xatirələr, memuarlar şəklində  və  bəzən 
də  məntiqi mülahizələrin nəticəsidir. Amma faktları, ciddi bir 
nəzəriyyəni ortaya qoymaq, arxivlərdə işləmək, sanballı tədqi-
qat aparmaq, müddəaları  dəlillərlə sübut etmək baxımından 
Azərbaycan məsələsi çox çətin və mürəkkəb mövzudur. Cəmil 
müəllim bu çətin işdə xeyli uğur qazanıb.  
Bu haqda apardığı tədqiqatlar Azərbaycanda əvvəlcə ana 
dilimizdə, sonra rusca, Harvad Universitəsi Nəşriyyatında isə 
ingiliscə nəşr edilmişdir.  
Rusiyada isə bu mövzuya maraq çox olduğundan, Cəmil 
müəllim ortaya yeni, fərqli fikirlər çıxardığından mütəxəssislə-
rin rəyi ilə onun monoqrafiyası Rusiyada da nəşr edilmiş  və 
qısa müddətdə rəğbət qazanmışdır.  
Mən sözü Cəmil müəllimə verirəm. 
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə