Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə57/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

 
208
bir adamdır, Bağırovun  əlaltısıdır. Çox qəribə olsa da, bir 
tarixçi heç bir istinad göstərmədən özünə rəva görərərk yazır ki, 
“Bağırov istədiyi vaxt onu zirzəmiyə salıb döydürürdü”.  
Bu cür ifadələr tamamilə yanlışdır.  Əvvəla, Bağırovun 
1945-ci il dekabtın 31-də Pişəvəriyə çox maraqlı bir məktubu 
var. Bu məktubda deyilir: “Siz hakimiyyəti almısınız.  İndi nə 
etmək istəyirsiniz:  İran daxilində muxtariyyət, yoxsa müstəqil 
dövlət?  Əgər muxtariyyət istəyirsinizsə onu, yox, müstəqil 
dövlət istəyirsinizsə onu əsaslandırın”.  
İki həftə sonra, 1946-cı il yanvarın 15-də  Cənubi Azər-
baycan rəhbərlərinin – Pişəvəri,  Şəbüstəri və başqalarının bir-
likdə imzaladıqları  və Bağırova ünvanladıqları müstəsna  əhə-
miyyətli bir məktub var. Onlar yazırlar: “Biz İran daxilində 
Azərbaycanın muxtariyyətinin gələcəyinə inanmırıq.  İran bu 
gün bu muxtariyyəti bizə verir. Ancaq sabah mərkəzi Tehran 
hökuməti gücləndikdən sonra verdiyi muxtariyyəti çox asanlıq-
la bizim əlimizdən alacaq. Biz başlanğıc üçün öz dövlətimizi 
müstəqil təsəvvür edirik. Bu müstəqil dövlətin adının Cənubi 
Azərbaycan Milli Demokratik Hökuməti qoyulmasını  təklif 
edirik”. Hətta nümunələr də  gətirərək təklf edirdilər: “Bu, 
Sovetlərə yaxın olan Monqolustan tipli bir dövlət ola bilər”. 
Ancaq onlar öz məktublarında bunu birinci mərhələ kimi göstə-
rir və bidirirdilər ki, “bu mərhələni keçdikdən sonra Cənubi 
Azərbaycan Milli Demokratik Hökumətinin  Şimali Azərbay-
canla birləşməsinin tərəfdarıyıq. Biz azərbaycanlıların taleyini 
bu cür təsəvvür edirik, onların taleyini bu formada görürük və 
başladığımız bu hərəkatın nəticə etibarı ilə buna gətirib çı-
xaracağını hədəf kimi görürük”. 
Həmin məktuba  əlavə olunmuş  xəritələrdə Azərbaycanın 
sərhədləri təklif edilir. Xəritədə Azərbaycan  Ənzəlidən başla-
nır, Qəzvin, Həmədan, İraq sərhədlərinə qədər, Türkiyə sərhəd-
lərindən başlayaraq, Naxçıvana qədər göstərilir.  
 


 
209
Qəvvam əs-Səltənənin 
məsələyə münasibəti 
 
İranın o vaxtkı Baş naziri Qəvvam əs-Səltənə də Azərbay-
canda ciddi mübahisələr doğuran  şəxsiyyətlərdən biridir. Onun 
bu məsələyə münasibəti necə idi? Hamı belə hesab edirdi ki
Qəvvam ingilislərin adamı kimi hökumətə gəlib. Bu fikir tama-
milə yanlış idi. 1944-cü ilin sentyabrında Kaptaradze başda ol-
maqla SSRİ-nin neft nümayəndə heyəti Tehrana getmişdi. O 
dövrdə İran məclisi xaricilərə neft konsepsiyası verməmək haq-
qında gizli şəkildə qanun qəbul etmişdi. Həmin heyətin tərki-
bində bu gün də yaşayan SSRİ Neft Sənayesi komissarının müa-
vini Nikolay Baybakov da var idi. Qəvvam gizli şəkildə onunla 
görüşmüş və ona bildirmişdi ki, İran hökuməti sizi aldadır, o, So-
vetlərə neft verməyəcək. Siz 40 günə yaxındır ki, buradasınız. 
Bundan sonra 40 gün qalsanız da, heç nə  dəyişməyəcək. Onlar 
sizə  qəti sözlərini deyə bilmirlər. Çıxış yolu odur ki, siz məni 
Baş nazir təyin edin, mən də sizin tələblərinizi yerinə yetirim.  
Dünya tarixşünaslığında ingilis adamı kimi təqdim olunan 
Qəvvam əs-Səltənə 1946-cı ilin yanvarında hakimiyyətə Sovet-
lərin nümayəndəsi kimi gəldi. Gizli danışıqlarda Qəvvam nə 
qədər ki, öz siyasətini Moskva siyasəti üzərində qurmuşdu, 
Azərbaycana muxtariyyət verilməsinin tərəfdarı idi. Baş nazirin 
müavini Milətvər Siruza demişdi ki, azərbaycanlılar nə istəyirsə 
verin. Ancaq elə verin ki, mənim  əleyhdarlarım bundan mənə 
qarşı istifadə edə bilməsinlər.  
İran tarixşünaslığında çox pafosla deyilən bir fikir var: 
“Qəvvam Moskvaya getdi, Stalini aldatdı, məsələni tamam həll 
edib gəldi”. Bu, tamamilə yanlış bir fikirdir. Qəvvamın Moskva 
səfəri bütünlüklə iflasa uğramışdı. O, heç nəyə nail ola bilmə-
mişdi. (Yeri gəlmişkən, Qəvvamın Moskvaya səfərinin stenoq-
ramı üstündən “qadağanlıq” möhürü götürüldükdən sonra ha-
zırda Rusiyada saxlanılan bu nadir tarixi sənəddən ilk dəfə mən 
istifadə etmişəm).  


 
210
Birinci müzakirə olunan məsələ bu idi: Stalin ona belə 
təklif etmişdi ki, nə qədər ki, bizim qoşunlar oradadır, sən şahı 
devir, hakimiyyəti ələ al, İranın prezidenti ol.  
Qəvvam bu məsələyə razılıq vermişdi. Molotovla ikinci 
görüşdə nə fikirləşmişdisə, tədricən bu ideyadan imtina etmişdi. 
Hətta Molotovdan xahiş etmişdi ki, biz Stalinlə danışıqlar apa-
rarkən  İranlı  tərcüməçi yox idi. İndi sizinlə danışıqlarda xahiş 
edirəm ki, İranlı tərcüməçi Həmid Səyyah iştirak etsin. Həmid 
Səyyahın yanında isə Stalinlə danışdığımız məsələlərə toxunul-
masın. Amma Molotovla görüşlərdə o, bu söhbətdən imtina et-
mişdi. Molotov Stalinə hesabatında yazırdı: “Qəvvam şahı de-
virməkdən imtina etdi”. Stalin o hesabatın üstünə uzununa bir 
söz yazıb: “Svоlоç”.  
Bundan sonra fevralın sonu – martın  əvvəlinə  qədər bu 
danışıqlar davam etmişdi. Danışıqlar üç məsələ ilə bağlı idi: 1) 
Azərbaycan məsələsi; 2) Neft məsələsi; 3) Sovet qoşunlarının 
İrandan çıxarılması məsələsi. Lakin heç bir məsələdə razılıq əl-
də olunmadı. Qəvvam tam əliboş geri döndü. Martın 9-da geri 
dönərkən Bakıya gəldi və iki gün burada qaldıqdan sonra İrana 
getdi. Qayıdan kimi birbaşa  şahın qəbulunda, sonra isə Ame-
rika səfirinin qəbulunda oldu.  
Səfir həmin görüş barədə ABŞ Dövlət Departamentinə 
yazmışdı: “Qəvvam mənə dedi ki, səninlə müzakirə etdiklərimi 
şaha deməmişəm. Ona görə də bu məsələlər gizli saxlanılır”.  
Qəvvamın ağlı onda idi ki, o, dünya siyasətinin dəyişik-
liklərini vaxtında tuta bilmişdi. Moskva səfərindən sonra ori-
yentasiyanı  dəyişmiş, Amerika siyasi xəttini tutmuş, üzünü 
Vaşinqtona çevirmişdi. Bu artıq bir siyasətçi kimi onun ağlının 
itiliyindən irəli gəlir, mahir, usta bir siyasətçi olduğundan xəbər 
verirdi. Bunu Qəvvamın özü də bilirdi...  
 
Hamlet İSAXANLI: 
 
–Cəmil müəllim, bəlkə Moskva onu ələ ala bilmədi, heç 
bir məsələdə razılaşma olmadı, yəni Qəvvam istədiyini edə 
bilmədi deyə o, siyasətini dəyişdi... 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə