Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə60/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

 
217
1956-cı ildə Tudə Partiyasının rəhbərlərindən biri Mər-
yəm Firuz Sovetlərin İrandakı siyasətinə dair çox geniş bir ara-
yış yazmışdı. Məryəm Firuz yazırdı: “Azərbaycandakı milli hö-
kumətin məğlubiyyətinin səbəblərindən biri o idi ki, onlar hərbi 
formalarına Sovet ulduzları taxmışdılar və bu Sovet ulduzlarına 
münasibət birmənalı deyildi. Təbriz meydanındakı saatı da 
Moskva vaxtı ilə düzəltmişdilər”.  
Həmin il yeganə il idi ki, Azərbaycanda toplanan vergilə-
rin 75%-i Azərbaycanın özünə qaldı. Bu hökumət millətə o qə-
dər yaxın idi ki, tezliklə valideynsiz uşaqları saxlamaq üçün 
“Pərvəriş Evləri” (“Uşaq Evləri”) açmışdılar. Hər iki validey-
nindən yetim qalmış  uşaqları buraya toplamşdılar. Onu da 
deyim ki, müsadirələr də var idi. Amma bu müsadirələr əmlakı-
nı qoyub Tehrana və İranın digər yerlərinə gedərək orada Azər-
baycan əleyhinə mitinqlər keçirənlərin, həmin mitinqlərdə çıxış 
edənlərin mallarına yönəlmişdi. 
İnqilablar zamanı bu cür halların olmayacağına heç kim 
zəmanət verə bilməz. O hərəkat lazımi nəticəni vermədiyinə 
görə, bu gün o cür söhbətlər qabardılır. Halbuki inqilab istə-
nilən nəticəni versəydi, indi heç kim elə şeylər haqqında düşün-
məyəcəkdi.  
Onu da qeyd etmək yerinə düşər ki, İkinci Dünya mühari-
bəsindən sonra müstəqillik  əldə etmiş kiçik dövlətlərə diqqət 
yetirsək, onların hərəkatlarının hər hansı bir böyük dövlət tərə-
findən müdafiə olunduğunu görərik. Bu, Afrikada da belə olub, 
Latın Amerikasında da. Tale elə gətirdi ki, Cənubi Azərbaycan-
da baş vermiş  hərəkatda böyük dövlətlərdən birinin hədələri 
müqabilində digər böyük bir dövlət bu hərəkatı müafiə et-
məkdən imtina etdi.  
 
Neft konsepsiyası haqqında 
 
Professor Hamlet İSAXANLI: 
 
– Çox sağ olun, Cəmil müəlim! 
Mənim ikinci sualım çıxışınızda üzərində çox durduğunuz 
neft konsepsiyası haqqındadır. Belə bir təbii fikir də yaranır ki, 


 
218
Sovetlər belə ekstremal vəziyyətdə Cənubi Azərbaycandan get-
məsəydilər,  İran Qərblə  və Amerika ilə yaxınlaşaq Rusiya ilə 
düşmən olacaqdı. Məsələnin məğzində neft dururdusa, Azər-
baycanın (İran Azərbaycanının) nefti yox idi. Milli-azadlıq 
hərəkatı baş tutsa idi, neftin əsas hissəsi İran tərəfdə qalacaqdı 
və İran Amerika ilə daha da yaxınlaşacaqdı. Sovetlərin əli İran 
neftindən tamam çıxacaqdı. Ona görə neftin naminə  nəyi isə 
qurban vermək lazım idi... Bu amili, zənnimcə, unutmaq olmaz.  
 
Sovet siyasəti proqnozlar üzərində 
qurulmamışdı 
 
Professor Cəmil HƏSƏNLİ: 
 
–Burada siyasətdən daha çox başqa  şeylər ortaya çıxır. 
Sənədlər təsdiq edir ki, Sovetlər Cənubi Azərbaycandan çıxan-
da amerikalılar bu plana güldülər. O mənada güldülər ki, biz 
onları şantaj etdik, onlar da qorxub qaçdılar. Molotov bunu öz 
yazılarında qeyd edir. O yazır: “Stalində bir iş prinsipi var idi – 
həmişə deyirdi: “Təzyiq et! Təzyiq et!” Məsələ mürəkkəbləşən-
də isə deyirdi: “Çəkil!” Bizi həmişə çətin vəziyyətdə qoyurdu”.  
Amerika siyasətindən fərqli olaraq, o dövrün Sovet siya-
səti proqnozlar üzərində qurulmamışdı. Ekspertlər yazırdı: “Biz 
Siyasi Büronun iclasında oturub razılığa gəldik ki, siyasət belə 
olacaq. Stalin getdi, danışıqlarda tamam başqa mövqedən çıxış 
etdi”. Göründüyü kimi əvvəlcədən hesablanmış, düşünülmüş si-
yasət yox idi. 1957-ci ilin iyun plenumu Molotov, Kaqanoviç 
və Malenkovun vurulması ilə bağlı idi. Xruşşov Molotovu gü-
nahlandırmaq istəyirdi. Deyirdi: “İrana girdiniz, əhalini qaldır-
dınız. Müdafiə etmək, vuruşmaq lazım gələndə ısə dovşan kimi 
qorxub qaçdınız.”Amma mən sizin sualınıza cavab olaraq onu 
deyim ki, əhalinin xeyli hissəsi bu dözülməz şəraitdən narahat 
idi. Amma bu hökumət əhalinin öz hökuməti idi.  
 
 
 


 
219
Pişəvərinin ölümü haqqında  
şübhəli məqamlar 
 
Cudi TƏBRİZİ: 
 
– Cəmil müəllim, çox təşəkkür edirik! 
Bizi xəyalən Təbrizə apardınız.  İnşallah, o gün olsun ki, 
Təbrizə rahat gedib-gələ bilək. 
Hamlet müəllimin sözünə 
münasibət bildirmək istərdim. 
“Aran” sözü bizim ədəbiyyatı-
mızda, folklorumuzda həmişə 
istifadə olunub. Biz Təbrizdə 
də bu sözlə bağlı xeyli müba-
hisələr etmişik. Biz həmişə 
“arana getmək”, “dağa getmək” 
ifadələri işlətmişik. Mən bu 
kəlməyə xüsusi diqqət yetirmə-
sini istərdim. Çünki bu, kimlə-
rinsə siyasi oyunudur. Fars şo-
vinistləri “Tarixi-zəbani-dasta-
ni-Azərbaycan” kitabına isnad 
edərək deyirlər ki, ora Azərbaycan deyil, Arandır. 
Mənim Cəmil müəllimə bir sualım var: Tarixin çox şüb-
həli məqamlarından olan Pişəvərinin ölümü haqqında sizin fik-
rinizi bilmək istərdim. Belə deyirlər ki, onu öldürüblər... 
 
Avtomobil qəzasını  
SSRİ hərbi kəşfiyyatı törədib 
 
Professor Cəmil HƏSƏNLİ: 
 
–Mənim fikrimcə, həqiqətən Pişəvərini öldürüblər. Amma 
bu, Azərbaycan rəhbərliyi ilə bağlı deyil. Bu məsələ 1956-cı 
ildə Mir Cəfər Bağırovun məhkəməsində üzə  çıxdı. Bağırova 


 
220
qarşı irəli sürülən ittihamlardan biri də Pişəvərinin öldürülməsi 
idi. Ancaq məsələ müzakirə ediləndə Bağırov dedi: “Yaxşı 
olardı ki, o məsələni Moskvadakı yoldaşlardan soruşasınız”. 
Ona görə də Bağırova qarşı irəli sürülən ittihamlardan yalnız bu 
öz təsdiqini tapmadı. Yekun sənəddə də bu, öz əksini tapmayıb.  
II Dünya müharibəsindən sonra bir sıra siyasi liderlərə 
münasibətdə Mir Cəfər Bağırov 1930-cu illərin metodlarından 
imtina etmişdi. O illərdə adamları çox rahat güllələyirdilər. 
Amma II Dünya müharibəsindən sonra artıq bunu təsadüfi 
hadisələr üzərinə keçirdilər. Bunun da ən rahat yolu avtomobil 
qəzaları idi. Bu, təkcə Pişəvəriyə münasibətdə deyildi. Vaxtilə 
keçmiş xarici işlər naziri Maksim Niklinkə, Urumçidə Azərbay-
can hadisələrinə  bənzər hadisələrin iştirakçısı olmuş Apresyan 
Gürcüstan yolunda öldürüldü. Bu cür faktlar çoxdur.  
İmam Mustafayev hakimiyyətə gəldikdən sonra onun Us-
lova bir məktubu var. 1954-cü ildə yazılmış bu məktub Azər-
baycan Demokrat Partiyası  və  İranlı mühacirlər haqqındadır. 
Orada bir epizod verilib ki, Azərbaycan Demokrat Firqəsinin 
rəhbəri Seyid Cəfər Pişəvəri çox şübhəli formada avtomobil qə-
zasına düşüb.  
Bir qayda olaraq, Sovet İttifaqı o tipli hadisələrə çox ciddi 
reaksiya verirdi. Bu hadisəyə isə heç bir münasibət bildirilmədi. 
Üstəlik Azərbaycan DTK-çıları  həmin avtomobil qəzasının is-
tintaqını aparırdılar. O tipli istintaqı aparan adam, mənə elə gə-
lir ki, rütbəsini artırmaq üçün çalışırdı. O istintaqı aparan adam 
rütbəsinin artırılması üçün SSRİ DTK-sına dəvət olundu. Am-
ma o da naməlum şəraitdə orada öldü.  
Pişəvərinin avtomobil qəzasına salınması isə bir məqam-
dır. Onun SSRİ  hərbi kəşfiyyat tərəfindən törədilməsi daha 
inandırıcıdır. Pişəvərinin köməkçisinin 1956-cı ildə yazdığı bir 
sənəd var. O, bu sənəddə avtomobil qəzasının necə baş verdiyi-
ni təfsilatı ilə yazır. Avtomobil qəzasının da təsadüfi olmadığını 
qeyd edir. Ancaq onun məktubuna heç bir reaksiya verilmir...  
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə