Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə62/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

 
225
 
 
 
 
 
 
 
 
DOQQUZUNCU 
MƏCLİS 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2007-ci il aprelin 3-də  Xəzər Universitəsində  fəaliyyət 
göstərən “Elm və  sənət məclisi”nin 9-cu toplantısı oldu. 
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süley-
man Əliyarlı “Etnogenezis və Azərbaycan tarixçiliyi” mövzu-
sunda məruzə etdi. Mövzunun müzakirəsində tanınmış mütə-
xəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.  
Məclisi giriş sözü ilə universitənin rektoru, professor 
Hamlet İsaxanlı açdı. 


 
226
Bu məsələ Avropada və Şimali Amerikada  
bir elm sahəsi kimi daha çox inkişaf edib 
 
Professor Hamlet İSAXANLI: 
 
– Xoş gördük hamınızı, əziz dostlar! 
Bu bizim “Elm və sənət məclisi”mizin 9-cu toplantısıdır. 
Bugünkü mövzumuz “Etnogenezis və Azəraycan tarixçiliyi” 
adlanır. Kifayət qədər populyar, ilk baxışdan rahat başa düşülən 
bir mövzudur. Əslində isə bu, çox böyük fikir ayrılıqlarına və 
elmi mübahisələrə yol açan bir sahədir. 
 Bugünkü elmi düşüncə və ümumiyyətlə, müasir elm Av-
ropada formalaşdığı kimi etnogenezis məsələləri də (millət nə-
dir, millətçilik nədir və necə əmələ gəlir, milli kimlik nədir?..) 
bir elm sahəsi kimi Avropada (və Şimali Amerikada) daha çox 
inkişaf edib. 
Sovet etnik proses nəzəriyyələrinə görə etnoslar “təbii 
yolla” tarix ərzində meydana çıxır. Assimilyasiya etnogenezisin 
əsas lokomotividir. Kapitalizm milli kimlikləri qorumur və ora-
da assimilyasiya güclü gedir. Sovetlərdə isə Lenin millətlərin 
və etnik azlıqların hüquqları  məsələsini qoydu; hər xalqa və 
millətə  ərazi və dövlətçilik (Sovet müttəffiq respublikaları, 
muxtar respublikalar, vilayətlər) şüarı, müəyyən məhdudiyyətlə 
olsa da, həyata keçirildi. Sovet millət nəzəriyyəsində  hər fərd 
etnik vahidin hissəsi idi və etnosa şübhə onun bütün üzvlərinin 
sürgün edilməsinə  qədər gətirib çıxara bilirdi. Pasportlarda et-
nik kimlik qeyd olunurdu. Bütün bu və digər mülahizələrə görə 
bəzi mütəxəssislər Sovet milli mədəniyyətlər nəzəriyyəsini irq-
çi hesab edir. Bəzi tədqiqatçılar isə Qorbaçov dövründə genişlə-
nən və  dərinləşən milliyyətçiliyi, ümumiyyətlə dil və milliy-
yətçiliyi fetişləşdirən Sovet milli siyasətinin təzahürü sayırlar.  
Stalin milləti ümumi tarixi, ümumi dili, ümumi ərazisi
ümumi (milli)  psixologiyası  və iqtisadi birliyi olan qrup hesab 
edirdi.  


 
227
Müasir qərb milli kimlik nəzəriyyələrinə görə (qərb mo-
deli) tarixi ərazi, ortaq tarixi yaddaş  və  mədəniyyət, həmçinin 
hüquqi - iqtisadi birlik müəyyənedicidir.  
Göründüyü kimi burada ümumi dil təşkiledici ünsür 
sayılmır.  Şərq milli kimlik modellərinə görə ortaq soy, əcdad 
vacibdir, yəni tarixi yaddaş, ənənə və dil vacibdir. 
Beləliklə qərbdə hüquq sistemi, şərqdə adət-ənənə və dil 
mühüm milli ünsürlər hesab edilir.      
XVIII əsr və ondan əvvəl tarixçılər  filosoflar və  mədə-
niyyətşünaslar etnogenezis barədə düşünüb yazsalar da,  bu sa-
hə əsasən XIX əsrdə ciddi inkişaf etdi. Əsas səbəb də inqilab-
lardan sonra yeni inkişaf yoluna girən dövlətlərin ideoloji əsas-
ları, millətçiliyin kökləri və patriotizm barədə düşüncələrin ge-
niş yayılması idi. Millətlərin nə vaxt, hansı ərazilərdə, hansı iq-
limdə və hansı köklərdən əmələ gəlməsi və  necə əmələ gəlməsi 
üzərində intellektuallar (xüsusilə humanitar sahə mütəxəssislə-
ri) tərəfindən məqsədli araşdırmalar aparılır, siyasi liderlər tərə-
findən mülahizələr söylənilirdi.  Şübhəsiz ki, tarixçilər, arxeo-
loqlar,  ədəbiyyatçılar və linqvistlər milli kimlik axtarışında 
daha fəal idi, əsas emosional və nəzəri işi onlar görürdü.  
Əsas ideyalar Roma imperiyasının dağılmasından sonra 
orta  əsrlərdə baş verən tarixi hadisələrin  şərhi zamanı ortaya 
çıxdı (indi o dövrə, gərək ki, Avropa Miqrasiya Dövrü deyirlər: 
400-cü ildən 1000-ci ilə qədər). Bu böyük köçlər, savaşlar, yer-
dəyişmələr, qədim imperiyaların dağılması, yeni imperiyaların 
əmələ gəlməsi, multi-etnik proseslər dövrünün tarixini öyrənib 
araşdırarkən entogenezis məsələsi diqqət mərkəzinə daxil oldu. 
“Etnogenezis” sözü barbarlar adlandırılan (polietnik) xalqların, 
mədəniyyətlərin təkamülünü izah edərkən yaranmışdı. XIX 
əsrlə XX əsr arasında, xüsusilə XIX əsr millətçilik ideoloqları 
ilə  XX əsrin 60-cı illərindən sonrakı dövr mütəxəsisləri arasın-
da etnogenezisə baxışlarda ciddi fərqlər mövcuddur. Bu fərqlər 
nədən ibarətdir?  


 
228
Məsələn, fransız inqilabından sonra Avropada bir univer-
sallıq, bir qardaşlıq, bir kosmopolitizm, insan haqları kimi 
ümumi dəyərlər dəbdə oldu, aparıcı siyasi fikrə çevrildi. Sonra 
isə millətçilik cərəyanları gücləndi və fərdlərin haqları və kim-
liyi deyil, qrupların özünü dərki, milli kimlik məsələsi meydana 
çıxdı.  
Etnik milliyyətçilik 19-cu əsrin məhsulu hesab edilə bi-
lər. Mərkəzdə  ərazi və  mədəni rəmzlər dayanırdı. Həm zama-
nında, həm də sonralar ərazi iddialarını yaradan əsas səbəb də 
bu idi. Etnik konfliktləri mayalandıran siyasi liderlər və intel-
lektuallardır.   
Mütəxəssiaslər hesab edirlər ki, bu zaman, müəyyən mə-
nada, tarixi təhrif etməyə, uydurmağa başladılar. Ona görə 
müasir avropalıların köklərini birbaşa Miqrasiya dövründəki 
qeyri-adi dərəcədə polietnik xarakterli xalqlarla bağlaması, bu 
mütəxəssislərin fikrincə, süni və saxta nəzəriyyədir. Məsələn, 
hunları götürək. Əgər qəbul etsək ki, onlar Altay və Şimali Çin 
tərəfdən gəlirdilər, onlarda böyük türk elementi əsas idi və 
mümkündür ki, monqol elementi də vardı. Yolüstü onlara fin-
uqor elementinin əlavə olunduğu da iddia olunur. Sonra, Avro-
paya daxil olanda, bəlkə, bir az da slavyan elementləri ilə təmas 
və qarışma baş verdi. Nəhayət, qotlarla savaşlar və... ittifaq 
oldu, yəni qotlardan da onlara (hunlara) qarışanlar oldu.  
Müasir nəzəriyyəçilər elan edirlər ki, bu polietnik birləş-
mələrdə  əsas aparıcı ailələr, hərbi rəhbərlər, tayfalar (baxdığı-
mız halda, hunlar) müəyyən adət, ənənəni, mifləri ortaya qoy-
dular və  qələbə çaldılqları böyük savaşları ortaya qoydular və 
nəticədə polietnik bu xalqın aparıcı qanadı olan hun kimliyi 
irəli çıxdı. Amma hər kəs, hər millət, hər xalq hun birliyinə üzv 
ola bilərdi.Yəni hun deyəndə, yaxud qot deyəndə qəti surətdə o 
dildə (bir dildə) danışmaq, o irqə və ya o etnik tərkibə mənsub 
olmaq, hansısa vahid ərazidə yaşamaq vacib deyildi. Başqa söz-
lə desək, qədim polietnik birliklər genetik birlik deyildi, ənənə-
mif birliyi idi. Bu polietnik mənzərə bugünki millətlərin o qə-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə