Microsoft Word Elm-Senet. Kitab 2 Amine


Mоskvа və Bаkı rеtrоqrаdlаrının hücumlаrı ilə üzləşib. 1987-



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə64/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

 
232
Mоskvа və Bаkı rеtrоqrаdlаrının hücumlаrı ilə üzləşib. 1987-
92-ci illərdə  Dаğlıq Qаrаbаğ mövzusu ilə  bаğlı  Аlmаniyа, 
İngiltərə, АBŞ, Türkiyə və Frаnsаdа оnlаrcа yаzı dərc etdirib.  
1989-2000-ci illər Аzərbаycаn Milli Məclisinin Yеr Аd-
lаrı (Tоpоnimiyа) Kоmissiyasınа  bаşçılıq  еdib. 1992-2001-ci 
illərdə Аzərbаycаn Аli Аttеstаsiyа Kоmissiyası Rəyаsət Hеyə-
tinin üzvü оlub. 
1990-cı ildə  Аzərbаycаnın  Əməkdаr elm xаdimi fəxri 
аdınа  lаyiq görülüb. 2000-ci ildə «Türk və Türkiyе tаrihi ilе 
dеğеrli  аrаştırmаlаrındаn dоlаyı» Türk Tаrih Kurumu Şeref 
Üyesi (fəхri üzvü) sеçilib.  
Аnkаrаda türkcə  və ingiliscə  çаp  оlunmuş 26 cildlik 
«Türklər»  еnsiklоpеdik  əsərin Yаyın Kurulu hеyətinin üzvü 
və müəlliflərindən biridir. 
 
Azərbaycanlıların kimliyindən yazılanlara  
toplu bir baxış 
 
Professor Süleyman ƏLİYARLI: 
 
–Birinci növbədə yazı taxtasına min ilin sualını yazıram: 
“Köküng kim?”  
XI əsrdə türkün ensiklopediyaçı alimi Mahmud Kaşğarlı-
nın “Divani-luğat-it-Türk” kitabında bu sual qoyulub. Hamlet 
müəllimin qeyd etdiyi kimi, bu çox geniş və əhatəli bir mövzu-
dur. Ona görə mən düşünürdüm ki, “Etnogenezis: tarixçiliyi və 
başlıca elmi aspektləri” mövzusunda məruzə edəm. Amma son-
ra düşündüm ki, bu məruzədə yalnız tarixçiliyi əhatə edə bilsək, 
bunun özü də böyük bir iş olar. Çünki tarixçilikdə tədqiqat və 
mənbəşünaslıq baxımından çoxlu problemlər var. Sonra bu 
mövzuya bir daha qayıda bilərik. 
Tarixçilik mövzusuna başlamazdan  əvvəl bir məsələni 
qeyd etmək istərdim. Sovetlərdə bizim bu “Köküng kim?” sualı 
ilə bağlı basma qəlib bir konsepsiya mövcud idi. O konsepsiya 


 
233
bizim türklüyümüzü inkar edirdi. Bu, gənc nəsillərin yaddaşın-
dan türklüyü tamamilə yox etmək, silmək, aradan götürmək 
məqsədi güdürdü.  
Mənim müəllifi olduğum “Azərbaycan tarixi” kitabının 7-
ci bölümünün 1-ci paraqrafının 1-ci mövzusu belədir: “Azər-
baycanlıların kimliyindən yazılanlara bir baxış. Tarixçilik im-
perializmi”. Bu yanaşmanı, bu konsepsiyanı imperializm kimi 
dəyərləndirmişəm.  
Bu fikrimi əsaslandırmaq istərdim. XX əsrin  əvvəllərinə 
düşən böyük bir irfan nəslinin çox gözəl tədqiqatçısı olan 
Firidun bəy Köçərli, səhv etmirəmsə, 1903-cü ildə Tiflisdə ana 
dilimizdə bir kitab çap etdirdi: “Azərbaycan türklərinin ədəbiy-
yatı”, rus senzorlar (bu vəzifəni əsasən ermənilər yerinə yetirir-
dilər) kitabın adını dəyişərək, “Литература Азербайджанских 
татар” qoydular. 
 


 
234
Bizim tariximizin ideoloji senzorluq müstəvisində qayçı-
lanması  bəzilərinin düşündüyü kimi 1930-50-ci illərdən deyil, 
XX  əsrin  əvvəllərindən, hətta müəyyən məqamlarda XIX əsr-
dən başlanmışdı.  
1927-ci ildə  gənc alim Qəhrəman Qaraqaşlı  Qərbi Azər-
baycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya 
vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca 
nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut 
edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qo-
yan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən 
qəti şəkildə narazı qaldı. Çünki onlar Moskvanın xətti ilə davran-
malıydılar. Ona görə  də  Qəhrəman Qaraqaşlının məruzəsinin 
çapı bir müddət geriyə atıldı – 1929-cu ilə kimi üzə çıxarılmadı.  
Sonra elə həmin bölgəyə bu mövzunu öyrənmək üçün təc-
rübəli Azərbaycan etnoqrafı  Ələsgər  Ələkbərov göndərildi. 
Ələkbərov həyat dərsi görmüş, səriştəli adam idi. Ekspedisiya-
dan sonra məruzə etdi ki, ayrımlar kökcə ermənidirlər. Sübut 
etməyə çalışdı ki, “ayrım” sözünün özü “hay” və “horom” 
sözündən  əmələ  gəlib. “Hay”– erməni, “horom” isə yunanca 
“rum” sözünün yazılışıdır, yəni “yunan erməniləri” deməkdir. 
Bəs mənşəcə kimdirlər? Bu, o qədər də önəmli deyil. Əsas odur 
ki, türk deyillər.  
1926 və 37-ci illərdə Rza şah rejiminin birbaşa sifarişi ilə 
Seyid Əhməd Kəsrəvinin “Azəri, ya zəban-e bastan-e Azərbay-
qan” kitabı Tehranda çap edildi. Bu kitab azərbaycanlıların 
türklüyünü bütünüylə rədd edirdi, onun fikrincə, Xİ yüzilə qə-
dər bu millət kökcə İranlı olaraq qalır və farsca (azəricə) danı-
şırdı. Bu səbəbdən türkcə  gəlmə dildir, azərbaycanlıların “ana 
dili deyildir”. Elmi ədəbiyyatda “kəsrəviçilik” adlandırılan bu 
təlim milli kimliyimizə qarşı universal bir vasitəyə çevrildi. 
1945-46-cı il Güney Azərbaycan istiqlal hərəkatına qarşı  Qə-
vam  əs-Səltənənin Moskva voyajında da istifadə edildi (“Mo-
lotov protokolları”). 


 
235
Bakıda EA-nın Tarix İnstitutu tərəfindən hazırlanmış olan 
ilk çoxcildli “Azərbaycan tarixi”ndə (İ cild, 1958) etnogenezis 
probleminə yer verilməmişdir. Yalnız “Azərbaycan dili” başlığı 
altında mövzunun açıqlanması  əvəzinə  cəmi üç səhifəlik çox 
səthi bir arayış vardır. 
Bu yazının müəllifi  Əlövsət Quliyev idi. O zaman Tarix 
İnstitutunda direktor işləyirdi.  Əlövsət müəllim burada yazır: 
“Bu tayfaların (türklərin – S.Ə.) yığcam kütlələri buraya V–VII 
və XI–XII əsrlərdə  gəlmişdi. Onların gəlməsi və burada sakin 
olması ilə Azərbaycan əhalisinin uzun müddət danışdığı və bir-
birindən fərqli olan dilləri üzərində tədricən türk dilinin üstün-
lük qazanması gözə çarpırdı. Bununla belə yerli əhalinin  əsas 
dilləri – azəri və aran dilləri olduqca böyük müqavimət və sa-
bitlik göstərirdi”.  
 
 
Bununla nə demək istəyirdilər? “Köküng kim?” – sualına 
cavab verirdilər, yəni Güney Azərbaycan başqa, Quzey Azər-
baycan isə tamam başqa bir bölgədir. Güney Azərbaycan kökcə 
İranlı olan azərilərin yurdudur. Azəri dili də fars dilinin əsasın-
da, onun əski bir qolu kimi verilir. Aran dili isə Qafqaz–İber 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə