Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə71/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

 
259
şüncə  tərzimizdə çox böyük fərqlər olan bir azərbaycanlı ilə 
mənim maraq dairəmiz, xarakterimiz başqa cür ola bilər. Ona 
görə də bütün millətin tam, dəqiq portretini cızmaq olmur. Et-
nopsixologiya adlanan elm bu səbəbə görə ciddi bir elm şəklini 
almayıb. Amma bununla bərabər, maraqlı müşahidələr və 
mülahizələr mövcuddur.  
 
VII əsrdə gürcü və erməni kilsələri arasında,  
sonra əlifba məsələlərində ixtilaf baş verdi
  
 
Biz bu gün gürcülər haqqında danışacağıq. Nə üçün? Əs-
lində biz bir çox xalqların mədəniyyətini, psixologiyasını mü-
zakirə etməliyik. Ən çox da yaxın olduğumuz, bərabər yaşadı-
ğımız, əməkdaşlıq etdiyimiz, dostluq etdiyimiz, bəzən yola get-
mədiyimiz, müxtəlif mənada ziddiyyətdə olduğumuz dinc və ya 
qeyri-dinc millətlərin, xalqların mədəniyyətini, onların psixolo-
giyasını öyrənmək bizim üçün çox maraqlıdır. Bu nöqteyi-nə-
zərdən bizə ruslar da, farslar da, gürcülər də, ermənilər də ma-
raqlıdır. Bir xalq kimi gürcülərlə bizim xalqın ünsiyyəti çox qə-
dimlərə gedir. Deyilənə görə, xristianlığı Qafqazda əvvəlcə er-
mənilər, sonra gürcülər, daha sonra Azərbaycanda yaşayan al-
banlar qəbul edib. Amma sonra Azərbaycanda İslam daha çox 
yayıldı və üstün oldu. Qafqaz xalqlarının dini dünyagörüşlərin-
də  fərqlər  əmələ  gəldi. Artıq qədim dövrdə gürcü və erməni 
kilsələri arasında fikir ayrılıqları gücləndi, ixtilaf baş verdi. VII 
əsrdə onların kilsələri ayrıldı (Gürcülərdə xalkedon, ermənilər-
də isə monofizit kilsəsi hakim oldu).  
V  əsrdə erməni və gürcülərin ayrıca  əlifbaları da əmələ 
gəldi. VIII əsrdə gürcülərin bəzi tarixçiləri ermənilərlə mübahi-
sə etməyə başladılar ki, deyirsiniz, sizin əlifbanızı biz düzəltmi-
şik, amma bu fikir qətiyyən doğru deyil, çünki bizim əlifbamı-
zın xarakteri başqadır, xətləri fərqlidir...  
Artıq əlifba mədəniyyətin birinci vasitəsi və mədəniyyətləra-
rası ziddiyyət qaynağı oldu, bu istiqamətdə söhbətlər səngimədi.  


 
260
Rustavelinin yaradicılığı gürcü xalqının 
formalaşmasına böyük təsir göstərdi 
 
Hər yerdə olduğu kimi, qədimdə Gürcüstan da kiçik-kiçik 
dövlətlərdən ibarət idi. Hesab edirlər ki, düz 1000 il əvvəl – 
1008-ci ildə Gürcüstanın şərqi ilə qərbi (Kartli–İberiya və Ab-
xazeti) birləşməyə başladı, “Sakartvelo” sözü əmələ gəldi, gür-
cülər bir coğrafi ərazidə yaşamağa başladılar. Bu, uzun olmasa 
da, bir müddət davam etdi.  
XI əsrin sonlarından XIII əsrin əvvəllərinə qədər gürcülə-
rin renessans dövrü olub. Qurucu Davidin, Tamaranın, Rusta-
velinin və başqalarının adını çəkmək kifayətdir. Həm dövlətçi-
lik baxımından, həm də digər sahələrdə gürcülər, doğrudan da, 
xeyli inkişaf etmişdilər. Bu məsələ ilə, yəni kimin güclü, kimin 
zəif olması, hansı torpağın kimin ərazisində olması ilə bağlı ta-
rixçilər mübahisə edirlər. Bu ətrafda (Qafqazda və Yaxın Şərq-
də) yaşayan xalqlar arasında da belə mübahisə var. Çünki tari-
xin bir dövründə bir xalq, başqa dövründə isə digəri daha güclü 
olur. Kim hansı dövrdə daha güclü olubsa, daha çox ərazini tu-
tubsa, həmin dövrü əsas götürür, deyir ki, mən güclü olmuşam 
və bu geniş ərazilər mənə aiddir. Amma, məncə, bu fikirlə ta-
rixçilər də razılaşar ki, gürcülər o dövrdə güclü olublar. David 
Qurucu (Ağmaşenebeli) hakimiyyətindən başlayaraq (1089) 
Tamaranın hakimiyyətinin sonuna qədər (1212) gürcü dövlətçi-
liyi və Rustavelinin “Verxistkaosani” əsərinin mərkəzi yer tut-
duğu gürcü mədəniyyəti yaxşı inkişaf etdi. Rustavelinin yaradı-
cılığı gürcü xalqının formalaşmasına, psixologiyasına qeyri-adi 
dərəcədə böyük təsir göstərdi, gürcü danışıq dilinin bütövləş-
məsinə kömək etdi. David Qurucunun dövründə onun dəvət et-
diyi türklərin (Ətrəkin başçılıq etdiyi qıpçaqların) böyük dəstəsi 
Kartlidə  məskən saldı, gürcülərin hərbi uğurlar qazanmasına 
kömək etdi. 
XIII əsrdən gürcülərin tənəzzül dövrü başladı. Yəni ölkə 
ayrı-ayrı knyazlıqlara, ayrı-ayrı hissələrə parçalandı. Orada 


 
261
xristianlıq olsa da, gürcü tarixçiləri də, Avropa tarixçiləri də 
qeyd edirlər ki, Gürcüstana İran mədəniyyətinin təsiri daha çox 
olub. Bir çox faktlar göstərir ki, 1800-cü illərə – Gürcüstanın 
Kaxeti hissəsi Rusiyanın təbəəliyinə keçənə  və ruslar burada 
yerləşdirilənə  qədər  Şərq təsiri daha güclü olub. Əslində  İran 
təsiri Sasanilər dövründə də kifayət qədər güclü idi.  
Tiflis həmişə çoxmillətli şəhər olub. VII əsrə aid qaynaqda 
burada Xəzər – türk, gürcü, erməni, yunan, yəhudi, assur dil-
lərində danışıldığı qeyd olunub. Gürcülər Tiflisi mərkəz seçənə 
qədər ora İslam  şəhəri idi, oranı müsəlmanlar idarə edirdilər. 
Amma get-gedə Tiflisdə gürcülərin təsiri artmağa başladı. 1121-
ci ildən gürcülər Tiflisi alsalar da, uzun müddət müsəlmanlar 
əhalinin mühüm hissəsini təşkil edirdi. XIX əsrin sonlarına qədər 
burada ermənilərin də təsiri böyük idi. Onlar həm say etibarilə, 
həm də idarəçilikdə iştirakları baxımından nəzərə çarpırdılar.  
Rusiyaya birləşdiriləndən sonra Tiflis müəyyən qədər 
Qafqazın paytaxına çevrilmişdi. Ruslar burada oturub yavaş-
yavaş ətrafı öz əllərinə keçirərək işğal edirdilər. İşğaldan sonra 
ruslar idarəetməni də öz əllərinə almışdılar. Daha sonra mədə-
niyyət ocaqları, teatr, nəşriyyat və s. burada yerləşdiyinə görə 
Tiflis Qafqazın həm də mədəni mərkəzinə çevrldi. Bu da, yəqin 
ki, gürcü xalqının inkişafında müəyyən rol oynadı.  


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə