Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə74/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

 
269
Aftandilə deyəndə ki, vətəni, yəni nümayəndəsi olduğun 
ümummədəni məkanı qoyub hara gedirsən? O, sevgilisini yurd-
dan da uca tutaraq cavab verir: 
 
Mənim üçün fani dünya günü keçmiş bir ixtiyar, 
O kəsəm ki, dost yolunda “of” demədən cana qıyar. 
 
Günəşimlə vidalaşdım, sevgilimdən var ixtiyar, 
Onu qoyub gedirəmsə, nəmənədir doğma diyar. 
 
Diyar vahid bir mədəniyyət daşıyıcısı olan xalqın külli-
iradəsini özündə cəmləşdirən bir məkandır. Aşiq-məşuqu vahid 
bir varlığa çevirən eşq isə haqdır. Haqq hər  şeydən uca, hər 
şeydən alidir. Amma haqq kütləvi xarakter daşımır, haqqın bü-
tün mənası və mahiyyəti bir şəxsiyyətin içinə sığır. Hələ Rusta-
velidən çox-çox öncə antik dövrün böyük yunan filosofu Aris-
totel demişdi: “Platon mənim üçün əzizdir, amma haqq ondan 
da  əzizdir”. Rustavelidən çox-çox sonra, dövrümüzün böyük 
gürcü filosofu Merab Mamardaşvili həmin fikri şəraitə görə 
belə ifadə etmişdir: “Haqq vətəndən də əzizdir”. Heç şübhəsiz, 
Mamardaşvilinin bu deyimində vətən sözü ümumi kütlə iradəsi-
ni özündə əks etdirən bir məkan mənasında nəzərdə tutulur. Elə 
buradaca onu da qeyd edim ki, vətəni məhz bu mənada dərk 
edən, ar mədəniyyətinin daşıyıcısı olan gürcü ziyalılarının bir 
qismi M.Mamardaşviliyə  həmin deyimi bu gün də bağışlaya 
bilmirlər. 
 
Gürcü mədəniyyət məkanında da 
orta qızıl xətt var 
 
XX əsrin sonunda Merab Mamardaşvilinin düşüncələrin-
də öz əksini tapan, əsası Şota Rustavelinin ölməz əsərində qo-
yulan həmin ikinci mövqe, yuxarıda qeyd etdiyim kimi, dövrü-
müzə qədərki müddətdə, orta əsrə aid folklor nümunəsi “Bəbir 


 
270
və  oğlan” poemasını  çıxmaq  şərti ilə,  əsasən Vaja Pşavelanın 
əsərlərində inkişaf edir. Qeyd olunmalıdır ki, həmin təmayülə 
meyilli olan gürcü yazıçıları – Naira Qelaşvili, Aka Morçiladze, 
Besik Xarananli, Şota İyataşvili, Şadiman Şamanadze və Andro 
Buaçidze – XX əsrin sonunda və yaşadığımız yüzillikdə daha 
da fəallaşıb öz mövqelərini yeni ədəbi üsullarla nümayiş 
etdirdilər. 
Zənnimcə, yerdə qalan gürcü ədəbiyyatı – XVIII–XIX 
əsrlərdə Qriqol Orbeliani, David Quramişvili, İlya Çavçavadze, 
Akaki Sereteli, sonrakı dövrdə isə Konstantin Qamsaxurdia, 
Georgi Leonidze, Muxran Maçavariani, Quram Pandcikidze
Murman Lebanidze, Moris Posxişvili, Revaz Mişveladze, Otar 
və Tamaz Çiladzelər – əksər hallarda birinci yola, yəni vətən, 
torpaq sözləriylə eyniləşərək, ümumxalq iradəsini  əks etdirən 
mədəni mövqeyə sadiq qalır və bir qayda olaraq, həmin mövqe-
nin tələblərinə uyğun cızılmış sahənin daxilində keşikçi ayıq-
sayıqlığı ilə  fırlanır, onun sərhədlərini göz bəbəyi kimi qo-
rumağı öz qarşısına müqəddəs bir vəzifə kimi qoyur. 
Hər şeydə olduğu kimi, gürcü mədəniyyət məkanında da 
orta qızıl xətt var. Mixeil Cavaxişvili, Çabua Amirecibi, Can-
suq Çarkviani, Quram Doçanaşvili, Mağvala Qonaşvili və Qo-
derdzi Çoxeli bu iki mövqe arasında orta xətdə qərar tutanlar-
dandır. 
Belə ki, XIX əsrin ikinci yarısında Gürcüstanın dağlıq 
bölgəsinin ən uca yerində yaşayıb yaradan Vaja Pşavella ədəbi 
personajlar qalereyasında heyrət doğuran Aluda Ketelburinin
Cokolanın, Musanın və sonrakı dövrün milli mənəvi aləmində 
sözügedən mədəni təmayyülə meyilli olan başqalarının mədəni-
tipoloji  əcdadı “Pələngdərili cəngavər” poemasında “cinayət 
mədəniyyəti” toxumu səpən Aftandildirsə, yerdə qalan gürcü 
ədəbi-mədəni ruhunun ulu sələfi Pələngdərili cəngavərin özü, 
yəni ümumxalq iradəsinin parlaq təmsilçisi və icraçısı olan 
Tariyeldir. Vaja Pşavelanın qəhrəmanları öz sələflərinin açdığı 
yola layiq olaraq, yeri gəldikcə ən prinsipial məsələlərdə belə, 


 
271
kütləvi iradəyə, elliklə  qəbul və  tətbiq edilmiş adət-ənənələrə 
qarşı çıxırlar. 
Ulusun ilxısını  oğurlayan Kist (çeçen) Musanı qarşılıqlı 
atışma zamanı öldürən Aluda Ketelauri el adətinə görə məğlub 
edilmiş düşmənin sağ qolunu kəsməli, öz zəfərinə daim dəlalət 
edən bir qənimət kimi evin divarından asılı  şəkildə saxlamalı-
dır. Amma o, Musaya qıymır, igidliyinə və şücaətinə valeh ol-
duğu düşmənin qolunu kəsmir. Fəqət ulusda Aludanı buna görə 
qınayırlar. 
Elin başbilənlərinin güclü təzyiqinə baxmayaraq, Aluda 
Ketelauri mövqeyini dəyişmir,  əqidəsindən dönmür. Onların 
cavabında deyir: “Nə düşmüsünüz üstümə, dünyada bizdən də 
mərd kişilər var, amma biz təkcə özümüzü bəyənirik... Elə bi-
lirik, analar yalnız bizləri doğublar... Nolsun ki, o düşməndir, 
igid igidin qolunu kəsməz...” 
Hələ üstəlik isəvilərin müqəddəs bayram günündə müsəl-
man Musanın ruhunu yad etmək üçün Aluda Ketelauri kilsədə 
qurban da kəsir. Bununla da soydaşlarını son dərəcə hiddətlən-
dirir və özünün ulusdan qovulmasına  şərait yaradır. Qovulur, 
lakin əqidəsindən dönmür. Kütlə iradəsi fərdin iradəsini qıram-
mır, onu dəf edə bilmir. 
Aftandilin başqa bir “nəvəsi” və Vaja Pşavelanın  ədəbi 
qəhrəmanı Cokolla doğma qardaşının qatili olan Kist Musanı, 
evdə qonağı ikən öldürməkdən, qan düşmənindən el adəti ilə 
qisas almaqdan imtina edir (“Qonaq və ev sahibi”). 
Cokolla ovçuluqda tanış olduğu Kist Musanı evinə dəvət 
edir. Evdə məlum olur ki, bu, Cokollanın qardaşını öldürən hə-
min Kistdir. Qisas almaq üçün, qanı qanla yumaq üçün ələ bun-
dan yaxşı fürsətmi düşər? 
Cokollanın həmyerliləri ondan tələb edir və təkidlə deyirlər 
ki, onu ya özü öldürsün, ya da icazə versin, onlar öldürsünlər. 
Cokolla buna qəti etiraz edir, o, üzünü ellilərinə tutub bildirir: 
“Mənə  dəryalarca qan borcu olsa belə, bu gün o mənim qo-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə