Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə77/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   73   74   75   76   77   78   79   80   81

 
279
şəraitdə, bir-birinə  qəti mane olmadan öz müqəddəs missiya-
larını həyata keçirirlər. Bu, əsrlər ərzində də belə olub. 
Əsas mövzumuza qayıdaraq qeyd edim ki, bu yerdə gürcü 
xalqının mühüm bir xarakterinin də üstünə gəldik. O xarakterin 
ki, tarix boyu dinlə, dillə yanaşı, bəlkə  də dini faktlardan da, 
ana dili amilindən də daha çox bu xalqın varlığını qoruyub sax-
layıb bu günümüzə gətirib çıxarıbdır. 
Həmin milli xarakter, tarixi xüsusiyyət əsl gürcünün tole-
rantlığı, özgənin sevincini, qəmini bölüşə bilməsi, başqasının 
ağrısıyla ağrıya bilməsi, acısına acımasıdır. 
Hələ orta əsrlərdə yaranmış, daha doğrusu, xalqın dilindən 
qopmuş  və bu baxımdan xalqın mənəvi impulsunu özündə  əks 
etdirən “Oğlanla bəbir” poeması buna gözəl dəlildir. Həmin poe-
mada qanlı savaş zamanı oğlan bəbiri, bəbirsə oğlanı öldürür. 
Həlak olmuş oğlanın anası dil deyib ağlayarkən xatırlayır 
ki, savaşda bəbir də ölüb, bəbirin də anası  var.  O,  cənazənin 
üstündən durub bir ana kimi gedib bəbirin anasına başsağlığı 
verir. Həmin  əsərdə  nəql olunan hadisədən sonra əsrlər keçir. 
XX əsrin sonunda öz müstəqilliyi uğrunda meydana çıxan gür-
cüləri dağıdarkən Sovet Ordusu qan tökür, öz milli haqlarını tə-
ləb etdikləri üçün xeyli adamı qanına qəltan edir. 
Həmin qanlı aprel hadisəsindən beş gün sonra bir nəfər 
gürcü qızı yazıçı Naira Qelaşviliyə qorxa-qorxa etiraf edir ki, 
kilsədə şamlar yandırıb. Amma o, şamları təkcə 9 aprel gecəsi 
meydanda həlak olan gürcü şəhidlərinin ruhlarını yad etmək 
üçün yox, həm də onları  qİran sovet əsgərləri üçün də yandı-
rıb... Qız deyir: “Mən Allaha yalvardım ki, İlahi, sən onların 
günahından keç, elə et ki, nə etdiklərini dərk etsinlər, bir daha 
belə faciəyə yol verməsinlər...” 
Həmin günlərdə yazıçı Quram Doçanoşvili, sözsüz ki, o 
qızın etdiklərindən xəbərsiz, hekayə yazır, həmin hekayənin baş 
qəhramanı, qanlı aprel gecəsi şəhid olan qızlardan birinin ruhu 
tanrının qarşısında dizüstdə çöküb, ondan onu öldürəni bağışla-
mağı, nadan əsgərin günahından keçməyi rica edir. 


 
280
Mənə elə gəlir ki, əvvəldə dediyim kimi, öz milli-mədəni 
məkanını göz bəbəyi kimi qoruyan gürcü xalqını da, Gürcüstanı 
da hər şeydən öncə onun əsrlərcə yaşayan, Tanrıya çox xoş ge-
dən bu ali xarakteri, həyata, aləmə rəhmdil məhəbbətlə səciyyə-
lənən xüsusiyyəti və başqasının ağrı-acısını özününkü qədər du-
yub-hissetmə qabilliyyəti qoruyub saxlayıbdır. Öz cismanı varlı-
ğını, məmləkətinin sərhədlərini və milli-mədəni məkanını əsrlər 
ərzində  qılıncla, qalxanla qoruyan gürcü xalqının qəlbində pa-
ralel yaşayan bu kosmik xislət böyük anlamda bütün qılınclardan 
kəsərli, bütün qalxanlardan mətin, bütün silahlardan güclüdür. 
Zənnimcə, bu mürəkkəb dövrdə öz gələcəyi barədə, öz 
milli-mədəni məkanının sabahı haqda düşünən gürcü milləti də, 
həmin məkanda  şair demişkən, onlarla “iç-içə yaşayanlar” da 
məhz bu ali xüsusiyyətə, bir hektar ərazidə üç dinin müqəddəs 
məbədlərinin yanaşı yaşamasının sirrinə, özgənin sevincinə se-
vinmə, acısına acıma qabiliyyətinin əzəmətinə, düşmənçiliyi öz 
qəlbgenişliyi ilə kiçildən, onun dostluğa gətirib çıxaran insanın 
böyüklüyünə istinad etməlidilər. 
Çox sağ olun! 
 
Professor Hamlet İSAXANLI: 
 
–Çox sağ olun, İmir müəllim! 
Çox maraqlı bir çıxış oldu. Mən görürdüm ki, hər kəs 
çıxışınızı çox diqqətlə dinləyir. Bilirəm ki, sizə müxtəlif suallar 
olacaq və  çıxışınıza münasibət bildiriləcək. Odur ki, birbaşa 
müzakirələrə keçək. Buyurun, Camal müəllim! 
 
Mədəniyyətin mənəvi-əxlaqi təməli var 
 
Professor Camal MUSTAFAYEV: 
 
– Hamlet müəllim, çox sağ olun.  
Doğrudan da maraqlı mövzudur. Bizim qonşu millətlərin 
bir-birinə münasibətlərində müəyyən anlaşılmazlıqların meyda-
na gəldiyi bir dövrdə  hər hansı bir xalqın psixologiyasının 


 
281
Azərbaycanın psixologiyasından fərqliliyini öyrənmək, mənə 
belə gəlir ki, zamanın tələblərinə uyğundur. Belə bir mövzunu 
müzakirəyə  çıxardığına görə Hamlet müəllimə minnətdarlıq 
bildirirəm. Ancaq bilirsiniz ki, mənim sahəm fəlsəfədir.  
Hamlet müəllim də çıxışında qeyd etdi ki, məsələ tarixən 
qədimdir, hətta bu məsələni qədim yunan fəlsəfəsində  də qo-
yurdular. Şeirin, mədəniyyətin, sənətin bütövlükdə inkişafı nə-
yə gətirib, bunun meyarı nədir?  
Ona görə  məsələni mən belə qoyuram: Mədəniyyət me-
yarı nə deməkdir? Mədəniyyət meyarını biz necə anlamalıyıq?  
Bu məsələ tarix boyu müzakirə olunub. Jan Jak Russonun 
bu mövzuda əsəri də var və orada belə bir sual qoyur: “Tarixdə 
mədəniyyətin, sənətin inkişafı insanın  əxlaqını kamilləşdirdi-
mi?” və cavab verir: “Yox, əksinə”. Maraqlıdır, Russo tamam 
əksinə cavab verir ki, mədəniyyətin inkişafı, elmin inkişafı get-
dikcə xalqın kamilləşməsinə, təkmilləşməsinə mənfi təsir göstə-
rir. Tarix bunu gözümüzün qabağındaca doğrultdu. Ancaq mən 
“mədəniyyət” sözünün yanında bir “sivilizasiya” sözü də işlət-
mək istəyirəm ki, onları bir-birindən fərqləndirək. 
Məncə, söhbəti burdan başlamalıyıq, çünki bu saat Avro-
pada “mədəniyyət” sözündən daha çox “sivilizasiya” sözü işlə-
dilir. İndi hətta bizim millət vəkillərimiz də bu sözdən çox is-
tifadə edirlər: “Sivil ölkələrdə bu məsələyə belə baxırlar, mən 
də belə baxıram”. Amma başa düşmürlər ki, mədəniyyət nədir, 
mənəviyyat nədir?  
“Sivil” sözü tərcümədə “şəhər” mənasını verir. Yəni mə-
dəniyyət şəhərdə formalaşan, şəhərdə inkişaf edən bir sahədir. 
Mədəniyyətin mənəvi-əxlaqi təməli var, sivilizasiya isə daha 
çox texniki təməllərə əsaslanır. Avropa bu saat sivilizasiyanın, 
yəni texnikanın arxasında durub Şərqin mənəvi mədəniyyətinə, 
əxlaqi mədəniyyətinə əməlli-başlı təsir göstərir, bu bizim gözü-
müzün qabağındadır, faktdır. Ona görə Azərbaycan, gürcü, er-
məni mədəniyyətlərindən söhbət gedəndə bunların psixologiya-
sındakı fərqləri yox, bir sıra yaxınlıqları ortaya qoymaq lazım-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə