Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə78/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   73   74   75   76   77   78   79   80   81

 
282
dır. Azərbaycan, gürcü, erməni xalqları bir təbiətin övladlarıdır, 
bizi bir təbiət yetişdirib. Buna görə biz mənəvi cəhətdən, sənət 
baxımından, hətta elmi inkişaf baxımından bir-birimizə çox ya-
xın millətlərik.  İndi siyasətçilər meydana çıxıb camaatı bir-bi-
rinə  qırdırırlar. Götürün, musiqimizi... Gürcülərin də  aşıqları 
var, bizim folklorumuzu öyrənirlər, bizə də xoş gəlir. Gürcülər 
“Koroğlu” dastanını da gözəl öyrəniblər, onun əsasında elmi, 
bədii əsərlər yazıblar.  
Eyni zamanda ermənilər də Azərbaycan musiqisinə mü-
raciət edirlər. Quşqaryov familiyalı bir erməni musiqişünas-nə-
zəriyyəçi erməni musiqi tarixini yazıb. Bu erməni musiqi tarixi 
ikicildlikdir, özü də bu 1945-ci ildə Moskvada çap olunub. Bi-
zim Elmlər Akademiyasının kitabxanasında var idi, amma son-
ra harasa köçürdülər. Bir cilddə Azərbaycan türkcəsində  həm 
şeir deyən, həm sazda çalıb-oxuyan erməni aşıqlarından bəhs 
edilirdi. Bu aşıqlar XIV əsrdən başlayıb ta XX əsrədək gəlir, 
yəni bu, mədəni yaxınlıqdı. Bayaq dediyim mədəniyyətin me-
yarının göstəricisi budur.  
Mədəniyyət insan zəkasının məhsuludur.  İstər insan onu 
qələmi, fırçası ilə yarada bilər. Bu, onun ağlının, zəkasının 
məhsuludur. Allah bizə bu zəkanı, idrakı, bu yaradıcılığı  nə 
üçün verib? Yalnız insanların bəşəri birliyi üçün. Sağlam ağıl 
insanları birləşdirər, xəstə  ağıl isə parçalayar, ayırar.  İnsanın 
ağlı, idrakı, mədəni inkişafı, daxili dayağı bütün bəşəri birləş-
dirməkdir. Amma indi bəşər görürsünüz ki, nə gündədir. Niyə? 
Çünkü Allahın verdiyi ağlın qayəsinə  xəyanət var, Allahın 
verdiyi ağlın, idrakın yoluna xəyanət var.  
Qədimlərdə: “Bəşər necə inkişaf edir?” – sualı qoyurdu-
lar. Bəşər üç şeyə görə yaxşı inkişaf edə bilər və üç şeyə görə 
də geri qala bilər. Birincisi, onun yaddaşıdır, indiki söhbətimiz-
dəki milli yaddaş. Məsələn, Sokrat deyirdi: ”Mən Allahıma üç 
şeyə görə borcluyam, üç şeyə görə  dərindən təşəkkür edirəm: 
məni insan yaradıb, məni kişi yaradıb, məni yunan yaradıb”. 
Bu, Sokratın sözüdür, özü də, bilirsiniz ki, Sokrat yunan fəlsəfə 


 
283
məktəbinin ağsaqqalı olub. Bu mənada gürcünün psixologiyası 
elə bizim psixologiyamız kimidir. O, millətin daxili bioqrafiya-
sı var: bir onun daxili bioqrafiyasi var, bir də onun zahiri bioq-
rafiyası. Məsələn, mən özüm haqqında iki cür düşünə bilərəm
bir ətrafıma baxıb mənim haqqımda deyilənlərdən nəticə çıxa-
raram, bir də mənim içərimdə o daxili “mən”ə qulaq asaram. O 
içəridə olan “mən”in bir səsi var – vicdan səsi. İnsan üçün, xalq 
üçün  əsas o vicdanın səsidir. Bu, daxili səsdir, bizim mənəvi 
dayağımızdır. Mədəniyyətdə meyar o mənəvi dəyəri qorumaq, 
o mənəvi dayağı saxlamaqdır. Mənəvi dayaq indi çox zəifləyib. 
Niyə? Çünki nəsilləri qarşı-qarşıya qoyublar. Mən hər dəfə 
deyirəm: bugünkü demokratiya deyir ki, sən aşağıda nə  qədər 
danışırsan danış, mən yuxarıda öz istədiyimi edəcəm.  
Hamlet müəllimə demişəm ki, gənclər oturub burda, hə-
mişə bizim məclisimizdə olublar, bunların arasında bir körpü 
müəyyənləşdirək. Görək onlarla bizim aramızda mənəvi körpü 
uçub, yoxsa qalır? Mədəniyyət burdan başlamalıdır. Həmişə de-
yirlər ki, iqtisadiyyat hər şeydən öndədir. Mən etiraz eləmirəm, 
iqtisadiyyat əvvəldir, amma bu iqtisadiyyatdan istifadə eləməyə 
intellektual səviyyə lazımdır, ya yox?! İntellektual səviyyə, mə-
dəni səviyyə, mənəvi səviyyə iqtisadiyyatın da açarıdır, hər 
şeyin açarıdır.  İkincisi də  mədəniyyətin inkişafında iqtisadi 
amillər rol oynayır.  
Mən bir məsələyə toxunmaq istəyirəm: bizim mədəniyyət 
haqqında istər elmi, istər bədii cəhətdən yazan müəlliflərimiz 
çox olub. Yəqin ki, Cəlil Məmmədquluzadənin “Anamın kita-
bı”  əsərini hamınız oxumusunuz. Müəllif bizim indi gördüyü-
muz çox faciəli bir məsələni peyğəmbərcəsinə “Anamın ki-
tabı”nda o zaman görmüşdü – ziyalılar arasında parçalanma 
var, hərə bir dilə çəkir. İndi də biri deyir “İngilis dili yaxşıdır”, 
biri deyir: “Alman dili yaxşıdır”, biri deyir: “Rus dili yaxşıdır” 
və hər tərəfin özünün bir həqiqəti var. Yaxşı, bu qədər həqiqət 
olan yerdə nəyi təsdiq edə biləcəyik?! Tolstoyun bir gözəl sözü 
var, deyir: “Yüz həqiqət danışmaq istəsəniz, onun arasına bir 


 
284
yalan keçsə, o doxsan doqquzunu da bütünləşməyə qoymaya-
caq”. Ona görə milləti müəyyən milli ideya əsasında, milli tə-
fəkkür əsasında, həqiqət əsasında birləşdirmək lazımdır. Bir hə-
qiqət hər kəsin özü üçündürsə, hər kəsin xüsusi mülkiyyəti-
dirsə, onda kimə lazımdır bu mədəniyyət? Onda kimə lazımdır 
bu elm, bu bilik? Mən deyəcəm: “Mənim həqiqətim doğrudur”, 
sən deyəcəksən ki, sən deyən həqiqət daha doğrudur və bir-
birimizlə münaqişəyə başlayacıyıq. Ona görə  mədəniyyətin 
birliyi üçün bir meyar var – o da dediyimiz vəhdət meyarıdır. 
Onu bizim təfəkkür sahiblərimiz deyiblər, biz də onu həmişə 
təkrarlamışıq. Mən də  ağsaqqal kimi bu birliyi istəyirəm və 
buna çalışıram.  
Sağ olun. 
 
İmir MƏMMƏDLİ: 
 
– Çıxışımda dedim ki, gürcü mədəniyyəti ilə bizim 
mədəniyyət arasında bir oxşarlıq varsa, o da onların hər ikisinin 
ar mədəniyyətinə, yəni avtoritar təfəkkürə daha yaxın olması-
dır. Mən belə düşünürəm ki, ümumiyyətlə, biz mədəniyyətləri-
mizdə oxşarlıqdan daha çox fərqli cəhətləri axtarmalıyıq. Biz 
ayrı-ayrı  mədəniyyətlərin nümayəndələri kimi – mən bir azər-
baycanlı, azəri türkü kimi, o biri gürcü kimi, bir başqası rus 
kimi və s. kimi bir araya gəlməliyik. Belə olan halda biz ayrı-
ayrı  mədəniyyətlərin bir çələngini, vəhdətini yarada bilərik. 
Amma biz yalandan oxşarlıq axtarsaq, o qədər də çox şey əldə 
edə bilmərik. Hər halda, biz iki fərqli sivilizasiyanın təmsilçi-
ləriyik – İslam və xristian sivilizasiyaları. Bir də aşıq sənəti ilə 
bağlı bir neçə kəlmə demək istəyirəm. Əlbəttə, ermənilərdə də, 
gürcülərdə də aşıqlar var idi. Bu, sadəcə olaraq, bizim ümumi 
mədəniyyətimizdən xəbər vermir. Bu, bizim mədəniyyətimizin 
onların mədəniyyətinə  təsirindən xəbər verir. Bir daha bizim 
mədəniyyətimizin nə qədər güclü olduğunu təsdiq edir.  


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə