Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə75/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

 
272
nağımdır. Mən onu qonaq kimi sağ-salamat yola salacam. Bir də 
dağda-daşda rastıma çıxanda, qardaş qanını layiqincə alacam...” 
Beləliklə, yenə el və fərd qarşıdurması yaranır. Son nəti-
cədə fərd bu qarşıdurmaya qurban getsə də, onun iradəsi qırıl-
mır. Burada onu da qeyd edim ki, gürcü təfəkkürünün inkişaf 
tarixində Şota Rustaveli dünyagörüşü ucalığı olduğu kimi, Vaja 
Pşavella yaradıcılığı da özünəməxus bir zirvədir. Zirvədə olan-
ları görmək üçün isə hökmən zirvəyə qalxmaq lazımdır. Vərdiş 
edilmiş yoldan dönüb zirvəyə sarı üz qoymaq isə cəfa və daxili 
əzab-əziyyət tələb edir. 
Fikrimcə, müasir gürcü mədəniyyətini bu və ya digər 
sahələrdə təmsil edən gənc nəslin bir çox nümayəndələri məhz 
eqzistinsial yola meyil edirlər. Həmin nəslin nəzərdə tutulan 
nümayəndələri öz mədəni keçmişlərinə yeni gözlə baxmağa, 
onu bir daha nəzərdən keçirməyə, kütlə – fərd problemini bir 
daha gündəlik məsələyə çevirməyə cəhd edirlər. 
 
Gürcü milli mentalitetinin 
daha bir cizgisi 
 
Gürcü milli mentaliteti barədə yazarkən, bu millətin həyat 
tərzində mühüm rol oynayan bir məqama da toxunmalıyıq. 
Gürcüstan öz coğrafi durumuna görə uzunmüddətli tarixi 
ərzində ara-sıra  ətrafdakı müsəlman ölkələrinin təzyiqinə  və 
işğalına məruz qalırdı. Belə hallarda o, yadellilərə qarşı həmişə 
eyni silaha – öz xristian məzhəbinə  əl atırdı  və  həmişə  də 
istədiyi nəticəyə bu və ya digər dərəcədə nail olurdu. Bununla 
da o, öz milli-mədəni və dövlətçilik funksiyasını qoruyub saxla-
ya bilirdi. 
Xristianlığın sayəsində  vətəni, dövlətçiliyi, milli-mədəni 
sahəni və etnik özünəməxsusluğu pis-yaxşı qoruyub saxlayan 
gürcülər XIX əsrin əvəllərində onunla həmməzhəb, həmxaç olan 
rusların qarşısında tab gətirə bilmədi. Rusa qarşı müqavimət gös-
tərərkən gürcü padşahı xalqı xaçı qorumağa qaldıra bilməzdi. 


 
273
Magiavi xarakterli çağırış: “Ayə, qoymayın, müsəlman 
gəldi, xristian dinini məhv edəcək!” bu dəfə belə səslənə bilər-
di: “Hoydu, qoymayın, xristian gəldi, xristian dinimizi məhv 
edəcək!!! Yəni xristianlığı xristianlıqdan qoruyun! Sözsüz ki, 
müdrik gürcü padşahı belə ziddiyyətli çağırış etməzdi. Həm də 
ki, xaçpərəst qonşu güya xaçı hilaldan qorumağa gəlmişdi... 
Əslində isə... 
Gürcü-xristian ideologiyası  həmməzhəb ekspansiyasının 
qarşısında aciz qaldı, nəticədə gürcü xalqı iki yüz ildən çox bir 
müddət ərzində öz milli-mədəni məkanında yaşayarkən dövlət-
çilik funksiyasından məhrum oldu. 
Funksiyasız qalan gürcü zadəganları öz funksiyalarını ay-
rı-ayrı toplantılarda, müxtəlif məclislərdə, son nəticədə uzun-
müddətli süfrə arxasında tapdılar. Başqa sözlə, onlar öz əvvəlki 
funksiyalarını indi süfrə axasında emitasiya etməyə, funksiya 
xülyası yaratmağa başladılar. 
Məclis  əhli real həyatdakı dövlət başçısını  əvəz edən və 
idarəetmə illüziyasını yaradan masabaşı, tamada seçdi. Beləlik-
lə, tamada institutunun təməli qoyuldu və pafosla səciyyələnən 
uzun-uzadı sağlıqlar deyilə-deyilə həmin institut günbəgün tək-
milləşməyə başladı. Tamada normativlər verir, süfrə arxasında 
davranış qaydalarını müəyyənləşdirir, ona nəzarət edir, fəal mü-
tiliklə seçilən həmsüfrələrini yeri gəldikcə mükafatlandırır, öz-
başınalıq edənləri, məclisə şuluq salanları cəzalandırır, belələri-
nə cərimə olaraq əlavə şərab içirdir. Əvvəlki nazir-vəzir, ikinci-
dərəcəli məmurlar  əvəzinə süfrə arxasındakı adamlardan daha 
nüfuzlularını tamada müavini “vəziəsinə” təyin edir. Sözün 
kəsəsi, hər  şey dövlət strukturunda, yəni sarayda olduğu kimi 
baş verir, süfrə, şah sarayının mini variantina çevrilir. 
Millət üçün real iş görmək  əvəzinə, millət vəsf olunur
xalqın adı  çəkiləndə, hamı ayağa qalxır, bununla da ona ülvi 
məhəbbət və ehtiram nümayiş etdirilir. Torpaq, vətən uğrunda 
da beləcə ayağa duraraq mədhlə dolu sağlıqlar deyilir və iri qə-
dəhlərdən içilir. Əcdadlar hamılıqla yad edilir, onların əziz xati-


 
274
rəsinə son dərəcə həyəcanlandırıcı saglıq deyilir və and içilir ki, 
ulu  əcdadların layiqli varisləri olacaq, onların üzünü daim ağ 
edəcəklər. 
Burada onu da qeyd edək ki, öz əhəmiyyətinə görə sağlıq-
ların ardıcılığına ciddi riayət olunur. Məsələn, keçmiş yad edi-
ləndən sonra gələcəyin qeydinə də “qalırlar”. Gələcəyin eşqinə 
pafoslu və olduqca nikbin, ümüdverici sağlıqlar deyilir, körpə-
lərə xoşbəxt gələcək, açıq səma arzu olunur... 
Bir sözlə, süfrə aləmi gerçək aləmi  əvəz edir, sağlıqlar 
real işlərin yerini tutur və  qəribə bir həyat illüziyası yaranır. 
Gerçəklikdə əldən gedən dövlətçilik funksiyası süfrədə tamada 
və sağlıqlar vasitəsi ilə “bərqərar edilir”, vətənin “qayğısı 
çəkilir” və strateji işlər əvəzinə dua xarakterli vədverici nitqlər 
söylənilir. 
Beləliklə, “ar mədəniyyəti”ni təmsil edən xalq tərəfindən 
göz bəbəyi kimi qorunan milli-mədəni məkan daxilində yeni bir 
xülyavi milli-mədəni məkan yaranır. Amma burada onu da 
qeyd etmək lazımdır ki, get-gedə rituallaşan məclisdaxili dav-
ranış qaydaları və sağlıqların ifa forması, sonradan milli-mistik 
xarakter kəsb edir. 
Maraqlıdır ki, indisini itirən həmin cəmiyyətə  əfsanələr, 
əsatirlər, uzaq tarixi keçmişlər reallıqdan daha canlı gerçək ki-
mi görünür. Əsl gerçəklik danılır və  məcburən indiyə qay-
tarılmış şanlı keçmiş təkrar-təkrar bu günün yerini tutur. Mifik 
qəhrəmanlar, tarixi personajlar canlanır və canlı adamlardan 
daha “fəal” olaraq şüurlara hakim kəsilirlər. (Etiraf etməliyik 
ki, analoji hal, süfrə arxasında olmasa da, biz azəri türklərinə də 
xasdır. Koroğluya, Babəkə, Cavanşirə  və başqa tarixi qəhrə-
manlara olan sırf mifik münasibətlərimizi bu yerdə  tərəddüd 
etmədən nümunə kimi göstərmək olar). 
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə