Microsoft Word Elm-Senet. Kitab 2 Amine


Millətin xilaskarı – ana dili



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə76/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   73   74   75   76   77   78   79   80   81

 
275
Millətin xilaskarı – ana dili 
 
Dediklərimi bir daha əsaslandırmaq üçün onu da qeyd 
etmək yerinə düşərdi ki, gürcü ədəbiyyatında XIX əsrə  qədər 
heç yerdə tamada fenomeninə  və sağlıqlara təsadüf etmirik. 
Məsələn, VI əsrə aid edilən “Şuşanikin əzabları”nda personajlar 
şərab içir, amma sağlıq demirlər. XII əsrin sonunda və XIII əs-
rin birinci yarısında yaşayıb-yaratmış dahi gürcü şairi Şota Rus-
tavelinin “Pələngdərili cəngavər” poemasının qəhrəmanları mü-
səlman olsalar belə,  şərabdan və eyş-işrətdən imtina etmirlər, 
amma süfrə arxasında heç bir sağlıq-filan söyləmir, təbii ki, 
özlərini idarə etdirmək üçün tamada da seçmirlər. 
XIX əsrdən etibarən isə Orbeliani, Akaki Sereteli və baş-
qalarının əsərlərində həm tamada peyda olur, həm də funksio-
nal məzmun kəsb edən sağlıqlar. 
Öz qabığına çəkilib uydurulmuş “funksional yük” yaradan 
gürcü təfəkkürünü belə vəziyyətdə qoruyub saxlayan nə oldu? 
Belə düşünürəm ki, milli dil və  hədsiz dərəcədə sevilən milli-
mədəni məkan. Süfrə arxasında sağlıqlar deyən gürcü xoşagəl-
məz gerçəklikdən qaçıb, bəlalı başını  məhz milli dilin stixi-
yasında gizlətdi, öz mədəni varlığına orada sığınacaq tapdı. 
Ümumiyyətlə, qeyd etməliyik ki, gürcü üçün ana dili hə-
mişə əziz olub, gürcü özünü daim onunla identləşdirib. 
Hələ XII əsrdə Yunanıstandan Qurucu Davudun dəvəti ilə 
köçüb öz tarixi vətəninə gələn gürcü filosofu Yohan Petrissini 
soydaşları öz ana dilini yaxşı bilmədiyinə görə günahlandırırdı-
lar, bunu ona həmişə irad tutaraq bağışlanmaz qəbahət sanır-
dılar. 
Maraqlıdır ki, analoji hal gürcü ziyalılarının həyatında 
800 ildən sonra da yaşanıldı: Rusiyada təhsil almış, uzun illər 
ərzində Avropada fəaliyyət göstərmiş görkəmli gürcü filosofu, 
dünya fəlsəfi ictimaiyyəti tərəfindən qəbul olunmuş qeyri-
ordinar mütəfəkkir Merab Mamardaşvili Gürcüstan öz müstə-
qilliyini XX əsrin sonunda bərpa edəndən sonra vətənə qayı-


 
276
danda, öz xalqının qabaqcıl ziyalılarına mühazirələr silsiləsini 
natiq məharəti ilə  təqdim edərkən məlum oldu ki, o, yüksək 
kateqoriyalardan bəhs etsə  də, gürcü dilini yüksək səviyyədə 
bilmir. 
Ötən əsrin bu böyük ziyalısı öz ulu əcdadının taleyini bö-
lüşməli oldu. Ona qarşı ittihamlar irəli sürüldü, ana dilini “zəif” 
bildiyinə görə qınandı, intellekt dünyasında onun gürcülərə gə-
tirdiyi başucalığı  nəzərə alınmadı. (Bəlkə  də bu cür ittihamla-
rın, qınaqların özülünü ziyalı qısqanclığı da təşkil edirdi). Nə-
ticədə  həmin iradları  həssaslıqla qəbul edən filosof dünyasını 
vaxtsız dəyişdi. 
 
Bu faktlar gürcü üçün ana dilinin nə dərəcədə qiymətli ol-
duğunu yaxşı göstərir. Gürcülər milli-mədəni sahənin əsas atri-
butlarından olan, bir çox hallarda həmin sahənin xilaskarına 
çevrilən ana dilinin uğrunda sovet dövründə də barışmaz müba-
rizə aparırdılar. Elə həmin dövrdə məmləkət paytaxtının mərkə-
zində ana dilinə gözəl bir abidə də ucaltdılar.  


 
277
Qısası, gürcü millətinin öz ana dili ilə belə bir yazılmamış 
sazişi var: “Mən səni qoruyub saxlayacam, sən də  məni qoru-
yub saxla”. 
 
Biz təkcə qonşuluqda deyil, 
həm də bir-birimizin içində yaşayırıq 
 
Elə burada haşiyə çıxaraq onu qeyd edim ki, SSRİ dağı-
landan sonra Gürcüstanda, Borçalı bölgəsində yaşayan soydaş-
larımız gürcü dilini bilmədiklərinə görə ikitərəfli sərhəd arasın-
da qaldılar, bir yandan dövlət sərhədi, bir yandan da dövlət dili 
sərhədi onları öz ağuşuna aldı. Zənnimcə, hazırda həmin bölgə-
də yaşayan azərbaycanlının qarşılaşacağı  çətinliklərin böyük 
əksəriyyəti onun bu iki sərhəd arasında vurnuxması ilə bağlı 
olacaq. Çıxış yolu dil sərhədinin dəf edilməsində, yəni onun 
öyrənilməsindədir. 
Aksiomadır ki, müasir insanın özünü rahat, insan kimi 
dərk etməsi üçün onun mənsub olduğu ictimai qrupun yaratdığı 
siyasi-iqtisadi, hər şeydən öncə isə milli-mədəni məkan lazım-
dır.  İnsan həmin məkanda özünü bu sahənin ayrılmaz hissəsi 
kimi dərk edir. Onun xoşbəxtliyini və nikbin həyat enerjisini tə-
min edən də məhz bu dərketmə prosesidir. Həmin prosesdə bu 
ya digər səviyyədə iştirak etmək üçün hökmən həmin məkanın 
hakim dilini bilməli və o dildə danışanlarla ünsiyyət yaradaraq 
özünü realizə etməlisən. 
Əks təqdirdə, yəni başqa millətin yaratdığı milli-mədəni 
məkanda əsas ünsiyyət vasitəsindən məhrum edilmiş müasir in-
san özünü daim narahat, yad kimi, yəni “oyundankənar vəziy-
yətdə” hiss edir. Bu da onun insan kimi tam açılmasında, öz im-
kanlarını həyata keçirməsində gizli çidara, maneəyə çevrilir. 
Maraqlı orasıdır ki, həmin “oyundankənar vəziyyət” elə 
bir vəziyyətdir ki, oyun dayandırılmır, həyat öz təbii axarı ilə 
gedir və yad milli-mədəni məkanda ömür-gün keçirən bu insan 
özününkünə özgələşərək, özgəninkinə özününküləşmirsə, yəni 


 
278
“dəyirmançı olub dən çağırmırsa”, get-gedə özünü arabanın be-
şinci təkəri kimi dərk etməyə başlayır. Məsələni o da qəlizləşdi-
rir ki, içində yaşadığı milli çoxluğun yaratdığı milli-mədəni mə-
kana inteqrasiyanın vacibliyini dərk edən milli azlıq öz növbə-
sində mənsub olduğu millətin milli-mədəni məkanına qırılmaz 
tellərlə bağlıdır. 
Etiraf edək ki, Gürcüstanda yaşayan azəri türkü əsasən 
Azərbaycanla həmsərhəd rayonlarda yaşadığı üçün özünü, ilk 
növbədə mənsub olduğu milli-mədəni məkanının ayrılmaz his-
səsi, belə demək mümkünsə, dövlət sərhədindən kənarda yaşa-
yan sakini kimi dərk edir. Başqa sözlə, o, vətəndaş kimi gürcüs-
tanlıdır, millət kimi azəri türküdür. Faktiki olaraq, onun mən-
sub olduğu milli-mədəni məkandan ayrılıb başqa milli-mədəni 
məkana qovuşması siam əkizlərini cərrahiyə yolu ilə ayırıb 
başqa adamla birləşdirmək kimi bir şeydir. Amma onun dil 
sərhədini dəf edib, dediyim kimi, daxilində bulunduğu məkanla 
ünsiyyətdə olması, orada gedən proseslərdə vətəndaş kimi işti-
rak etməsi mümkün və vacibdir. 
Söz düşmüşkən, həmin milli-mədəni məkan həm Gürcüs-
tanda, həm də Azərbaycanda son dərəcə vacib ümumvətəndaş 
mentalitetinin yaranması yolunda ən böyük əngələ çevrilə bilə-
cək amillərdəndir. 
Sözügedən xüsusiyyəti nəzərə alaraq, məncə, həmin Qaf-
qaz dövlətləri bu sahədəki ABŞ və yaxud Avropa standartlarına 
arxalanmamalıdırlar. Onlar taleyüklü vətəndaş mentalitetinin 
formalaşması yolunda qeyri-ordinar yollar axtarmalı, qeyri-
standart modellər, yerli gerçəklikdən, çoxəsrlik təcrübə və ənə-
nələrdən doğan üsullar tərtib etməlidirlər. 
Hələ bizim dövlətlər öz müstəqilliklərini bərpa etməmiş-
dən xeyli əvvəl Azərbaycanın böyük şairi Səməd Vurğun buyu-
rurdu ki, biz təkcə bir-birimizin qonşuluğunda deyil, həm də 
bir-birimizin içində yaşayırıq. 
Tbilisidə bir hektar yerdə həm xristian kilsəsi, həm müsəl-
man məscidi, həm də yəhudi sinaqoqu yan-yana durur və dinc 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə