hissədən ibarət olan türk türbələri üçün xarakterikdir. Nuhun qəbri
olan yerdə aparılan tədqiqatlar zamanı aşkara çıxarılan tikinti qalıq-
ları burada Naxçıvan memarlıq məktəbinə xas üslubda tikilmiş
türbənin olduğunu təsdiq edir.
Araşdırmalar göstərir ki, “ümumdünya tufanı” və Nuhla əla-
qədar rəvayətlər daha çox Naxçıvanla bağlı olmuşdur. Qədim yunan
alimi Klavdi Ptolemey ilk dəfə Naxçıvam Nuh peyğəmbərin məskəni
kimi xatırlatmış, XVI əsrin görkəmli ərəb alimi, coğrafıyaşünas Əl-
Şərifı nəinki
N uh peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarmm
da Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir. İ.M.Dya-
konov Gəmiqaya qayaüstü təsvirlərini və Naxçıvanm N uhla bağlı-
lığı məsələsini şumerlərdən gələn əfsanə ilə əlaqələndirmişdir. Yəhudi
alimi İosif Flavi isə Naxçıvan torpağını N uhun gəmisinin dayandığı
ilk ərazi hesab etmişdir. Rus tədqiqatçısı K.N.Smirnov N uhun qəb-
rinin Naxçıvanda olduğunu söyləmiş və onun yerini də göstərmişdir.
Azərbaycan realist rəssamlığmm banisi Bəhruz Kəngərli ötən əsrin
20-ci illərində Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6
dəfə naturadan kətan üzərinə köçürm üşdür. Həm in nadir əsərlər
Naxçıvandakı Bəhruz Kəngərli muzeyində və Naxçıvan Muxtar Res-
publikasınm Dövlət Tarix Muzeyində mühafızə olunaraq nümayiş
etdirilir.
Göründüyü kimi, Nuh peyğəmbər Naxçıvanda yaşamış, bu-
rada vəfat etmiş, onun qəbri və qəbirüstü türbəsi Naxçıvanda Sovet
hakimiyyəti qurulanadək bütöv bir panteon olmuş, minlərlə insanm
ziyarətgahma çevrilmişdir.
Sovet hakimiyyəti illərində Naxçıvanm ən qədim dövrlərdən
Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə tarixi
abidə kimi N uh peyğəmbərin qəbri üzərindəki türbənin qalıqları da
dağıdılmışdır.
Yuxarıda qeyd olunanları əsas götürərək
qərara alıram:
1.Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi
bərpa olunsun.
2.Azərbaycan Milli Elmlər Akadem iyasm m Naxçıvan Böl-
məsi və Naxçıvan M uxtar Respublikası Nazirlər Kabineti yanmda
Elmi-Borpa İstehsalat İdarəsi N uh peyğəmbərin türbəsinin layihəsini
hazırlayıb Naxçıvan M uxtar Respublikası Ali Məclisinin Sədrinə
250
ŞƏRUR RAYONUNDAKICƏLİLKƏND ORTA MƏKTƏBİNİN
120 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Əsası 1885-ci il sentyabr ayımn 20-do qoyulan Şorur rayonun-
dakı Cəlilkənd orta moktobi Azorbaycanda xalq tohsilinin inkişafma,
gonc nosilin yetişmosino böyük töhfolor vermiş, şorəfli inkişaf yolu
keçmişdir.
XIX əsrin sonlarmda Naxçıvanda özünün yüksəliş dövrünü
yaşayan maarifçilik hərəkatınm yadigarlarm dan olan Cəlilkənd
məktəbi fəaliyyət göstərdiyi bütün dövrlərdə qabaqcıl pedaqoji ənə-
nələri qoruyub saxlamış və inkişaf etdirmişdir. Əhalisinin əksəriyyəti
azərbycanlılardan ibarət olan keçmiş İrəvan quberniyasmm Şərur-
Dərələyəz qəzasında ikisinifli zemstvo məktəbi kimi fəaliyyətə baş-
layan Cəlilkənd məktəbi qabaqcıl təhsil ocaqlarm dan biri kimi
məşhurlaşmış, buraya nəinki Cəlilkənd, eyni
zamanda ətraf və digər
kəndlərdən də gələrək təhsil almışlar. Cəlilkənd məktəbinin təhsil sa-
həsində nailiyyətləri barədə həmin dövrdə çap olunan “Obzor
Erivanskoy qubernii” , “Pamyatnaya kniqa Erivanskoy qubernii” və
“Kavkazskiy kalendar” kimi nəşrlərdə ətraflı məlumatlar verilmiş-
dir.
Cəlilkənd məktəbinin ilk nəzarətçi müdiri dövrünün tanmmış
ziyalısı, Qori Müəllimlər Seminariyasmm məzunu Əliməmməd Xə-
lilov olmuşdur. Müxtəlif vaxtlarda bu məktəbdə Əbülqasım Sulta-
nov, Məmməd bəy Qazıyev, Fərzəli bəy Fərzəlibəyov, Tağı bəy
Səfıyev kimi ömrünü xalq təhsilinə həsr etmiş müəllimlər çalışmışlar.
Görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məm-
mədquluzadənin 1887-ci ildə bu məktəbdə çalışması məktəbin həya-
tmda silinməz izlər qoymuşdur. Öz növbəsində buradakı müəllimlik
fəaliyyəti də Cəlil Məmmədquluzadəyə təsir göstərmiş, böyük ədib
bədii yaradıcılığa bu kənddə başlamış və 1889-cu ildə ilk qələm təcrü-
bəsi olan “Çay dəstgahı” alleqorik drammı yazmışdır.
Ötən əsrin əvvəllərində Cəlilkənd məktəbi beşsinifli rus-tatar
252