məktəbinə, 1920-ci ildə yeddisinifli natamam orta Lədris ocağma çev-
rilmiş, 1944-cü ildə isə orta məktəb kimi fəaliyyətə başlamışdır. 1957-ci
il m art aymın 4-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir.
M uxtar respublikada teatr sənətinin inkişafmda da Cəlilkənd
məktəbinin mühüm rolu olmuş, 1889-cu ildən etibarən bu məktəbdə
müəllim və şagirdlərin təşəbbüsü ilə teatr tamaşaları təşkil edilmiş,
əldə olunan vəsait kasıb şagirdlərə və məktəbin inkişafma sərf
olunmuşdur.
Cəlilkənd məktəbi yarandığı ilk gündən onun yanında kitab-
xana fəaliyyət göstərmiş, 1901-ci ildə məktəbin kitabxanasmda 825
adda 1816 kitab və dərslik olmuşdur.
Ölkəmizin qocaman təhsil müəssisələrindən olan Cəlilkənd
məktəbində gənc nəslin təlim-tərbiyəsində mühüm nailiyyətlər qa-
zanılmışdır. Göstərmək kifayətdir ki, məktəbin məzunlarmdan 50
nəfərə qədəri ömrünü elm sahəsinə həsr etmiş və yüksək elmi dərə-
cələr almışlar.
Yuxarıda qeyd olunanları əsas götürərək qərara alıram:
1. 2006-ci ilin sentyabr ayında Şərur rayonundakı Cəlilkənd
orta məktəbinin 120 illik yubileyi keçirilsin.
2. ”Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yu-
bileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin planı” təsdiq olunsun.
3. Şərur Rayon Icra Hakimiyyəti və Naxçıvan M uxtar Res-
publikasmm Təhsil Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri
həll etsinlər.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV
Naxçıvan şəhəri, 10 iyul 2006-cı il.
253
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA
XALQ YARADICILIĞI GÜNLƏRİNİN KEÇİRİLMƏSİ
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Hər bir xalqm tarixində xalq yaradıcılığı onun milli-mənəvi
dəyərlərinin və dünyagörüşünün, təşəbbüskarlıq və novatorluğunun
təzahür formalarmdan biridir. Tarixi-mədəni və bədii irsimizin da-
şıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq
və inkişaf edərək günümüzədək gəlib çatmışdır.
Azərbaycanm qədim Naxçıvan torpağmda yayılmış el sənəti
nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf
dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa
layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsu-
siyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə
cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.
Xalq yaradıcılığımız öz kökünü ən qədim dövrlərdən
götürür. Naxçıvan M uxtar Respublikası ərazisində aparılmış arxeo-
loji qazıntılar xalq yaradıcılığmm mühüm qolu olan el sənətkarlığı-
nın 5-7 min illik inkişaf dövrü keçdiyini sübuta yetirir. Qədim xalq
sənəti sahələri olan dulusçuluq və daşişləmə Neolit, metalişləmə isə
Eneolit dövründən məlum idi. Naxçıvanda əkinçiliyin və maldarlığm
intensiv inkişafı sənətkarlığm da inkişafma təsir göstərmiş, mədəni
tələbatm artması müxtəlif bəzək əşyalarmm düzəldilməsi, hətta əmək
alətlərinin, məişət avadanlıqlarmm, silahlarm müəyyən hissələrinin
gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir. Naxçıvan
M uxtar Respublikasmın indiki və tarixi ərazilərində yaşamış əcdad-
larımızm sosial həyat tərzi, dini-ideoloji baxışları, inamları və adət-
ənənələri bu dövrün sənətkarlığmda öz əksini tapmışdır.
Qədim xalq sənətkarlığmm mühüm sahələrindən olan du-
lusçuluq Naxçıvan ərazisində eradan əvvəl 7-ci - 6-cı minilliklərdə
yaranmış, Eneolit dövründən başlayaraq dulus çarxlarmda gil qab
hazırlanması və xüsusi kürələrdə bişirilməsi geniş yayılmışdır.
254
Naxçıvan eyni zamanda dünyanm ilk metalişləmə ocaqla-
rmdan biri olmuşdur. I Kültəpənin ən qədim mədəni təbəqəsindən
müxtəlif mis-mərgümüş, nikel-mərgümüş qatışığı olan alətlər və
bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nek-
ropolundan tuncdan hazırlanmış sancaqlar, I Kültəpədən isə tunc
dövrünə aid bıçaq və sancaqlar tapılmışdır. Arxeoloji qazmtılar za-
manı əldə olunmuş m ateriallar Naxçıvanm qədim sakinlərinin
sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarmı gös-
tərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sə-
nətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq,
papaqçılıq, dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq
kimi sahələri genişlənmiş, Naxçıvanm zövqlə hazırlanmış müxtəlif
məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazanmışdır.
Naxçıvanda toxuculuğun, boyaqçılığm və ipəkçiliyin inki-
şafı tarixən milli geyim mədəniyyətiniıı də formalaşmasma şərait ya-
ratmışdır. Milli geyim və milli mətbəx xalq yaradıcılığmın ən mühüm
sahələrindən biridir. Naxçıvanda bu sahələr daha qədim dövrlərdən
yaranmış, təbii-coğrafi şəraitə uyğun olaraq formalaşmış, inkişaf
etmiş, hər əsrdə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmiş-
dir. Xalqm tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəm-
ləşdirən milli geyimlər və mətbəx nümunələri bu gün maddi və
mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdi-
rilir. Təkrarsız milli yaradıcılığımızm nəticəsi olan Azərbaycan
geyimlərini muzeylərimizdə, ayrı-ayrı tarixi teatr tamaşalarmda və
filmlərdə görə bilirik. Müxtəlif folklor ansamblı və qrupları da bu
gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.
Xalq yaradıcılığınm ən qədim sahələrindən biri də şifahi
poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan əra-
zisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi
dövrü ilə bağlıdır. Xalqımızın həyatmda elə bir əhəmiyyətli hadisə
yoxdur ki, o, şifahi yaradıcılıqda, aşıq poeziyasmda, xalq musiqi-
sində bu və ya digər şəkildə öz əksini tapmasm. Dünyanm qədim və
mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən
başlayaraq xalq yaradıcılığmda öz tarixini bu və ya digər şəkildə əks
etdirmişdir. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də
folklorda özünü bürüzə verməkdədir. M üxtəlif ayin, mərasim və
255
Dostları ilə paylaş: |