Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   ...   6   7   8   9   10   11   12   13   14

Buludxan Xəlilov 

 

74



bəsləmişlər. Nəticədə onlar dost, ən yaxın həm-

dəm olmuşdur. Bir-birinə ərk etməyi, söz demə-

yi,  şeir söyləməyi, deyişməyi bacarıblar. Onlar 

bunu bir tərəfdən istedadları ilə, digər tərəfdən 

yaşadıqları dövrün nüfuz sahibi olmaqla yerinə 

yetiriblər. Vaqifin Vidadi ilə deyişməsində  hər 

iki şairin sərbəstliyini, cəsarətini, reallığa müna-

sibətlərini açıq  şəkildə müşahidə etmək olur. 

Məsələn: 

 

Vaqif 

Ey Vidadi, sənin bu puç dünyada 

Nə dərdin var ki, zar-zar ağlarsan? 

Ağlamalı günün axirətdədir, 

Hələ indi səndə nə var, ağlarsan? 

 

Vidadi 

Vaqif, nə çox yan, baş-ayaq atarsan, 

Mənə dersən, nə bu qədər ağlarsan? 

Sənin də başında məhəbbət beyni 

Əgər olsa, eylər əsər, ağlarsan! 

 

Molla Pənah Vaqif: özü və tarixin sözü 



 

75

Vaqif 



Toy-bayramdır bu dünyanın əzabı 

Əqli olan ona gətirər tabı, 

Sənin tək oğlana deyil hesabı, 

Hər şeydən eyləyib qubar ağlarsan! 

 

Vidadi 

Oğlan, sən uşaqsan, cavansan hələ

Yenicə cisminə düşüb vəlvələ, 

Təzəcə dəyənək alıbsan ələ, 

Qaim tut ki, nagah düşər, ağlarsan.  

Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin 

bir-birinə bağlılığı, etibarı, sədaqəti güclü olmuş-

dur. Bunun sayəsində onlar bir-birinə müraciətlə 

şeirlər yazmış, birisinin yazdığı  şeirə cavab 

olaraq o birisi şeir yazmışdır. Məsələn, Molla 

Pənah Vaqif “Durnalar” rədifli şeirini: 

Bir zaman havada qanad saxlayın, 

Sözüm vardır mənim sizə, durnalar! 

Qatarlaşıb nə diyardan gəlirsiz? 

Bir xəbər versəniz bizə, durnalar! 



Buludxan Xəlilov 

 

76



Molla Vəli Vidadinin aşağıdakı qoşmasına 

cavab yazmışdır: 



Qatar-qatar olub qalxıb havaya, 

Nə çıxıbsız asimana, durnalar? 

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, 

Üz tutubsuz nə məkana, durnalar! 

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin 

bir-birinə cavab yazmaları XIX əsrin məşhur 

şairi Qasım bəy Zakirə  də  təsir etmişdir. Qasım 

bəy Zakir Bakıda sürgündə olduğu zaman Molla 

Vəli Vidadiyə və Molla Pənah Vaqifə cavab ola-

raq durnalar mövzusunda şeir yazmışdır. Bu da 

daha bir üçlüyün (Molla Vəli Vidadi, Molla Pə-

nah Vaqif, Qasım bəy Zakir) ədəbiyyat tarixi-

mizdəki xidmətlərini xarakterizə etməkdə az rol 

oynamır. 

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif 

arasında olan dostluğu təsdiq edən faktlardan biri 

də odur ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qa-

car öldürüldükdən sonra Molla Pənah Vaqif “Ey 

Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” şeirini 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

77



yazıb Vidadiyə göndərmişdir. Bu şeirdə Molla 

Pənah Vaqif dostu Molla Vəli Vidadini zəmanə-

də baş verən hadisələrdən ibrət dərsi almağa 

çağırır. 



 

Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax! 

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! 

 

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, 

Hökmü adil padşahi-qadirü qəhharə bax! 

 

Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ, 

Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! 

 

Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur, 

Peyimal oldu təpiklərdə səri-sərdarə bax! 

 

Mən fəqirə əmr qalmışdı siyasət etməyə, 

Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax! 

 

Qurtaran əndiqədən ahəngəri-biçarəni, 

Şah üçün ol midbəri təbdil olan mişmarə bax! 


Buludxan Xəlilov 

 

78



  İbrət et, Ağa Məhəmməd xandan, ey kəmtər gəda, 

Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! 

 

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç, 



Nə qıza, nə oğula, nə dusta, nə yarə bax! 

 

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə, 

Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax! 

Azərbaycan ədəbiyyatı tarixində Molla Pənah 

Vaqifi Molla Vəli Vidadisiz və Molla Vəli Vida-

dini Molla Pənah Vaqifsiz təsəvvür etmək müm-

kün deyildir. Bu mənada “Vaqif böyüklüyü bir 

müstəvidə Vidadi özünəməxsusluğu, bədii este-

tik düşüncənin sxemləri daxilində açılır, eləcə də 

əksinə Vidadinin sənətkarlığı, onun həyat fəlsə-

fəsi Vaqiflə müqayisəsiz birtərəflidir. Bütün de-

yilənlərə, fərqli baxışlara baxmayaraq, bu belədir 

və sırf reallıqdır” fikri yerinə düşür. [7, 214] 

Molla Pənah Vaqiflə Molla Vəli Vidadi ara-

sındakı dostluğu yüksək səviyyədə  təqdim edən 

mənbələrdən biri Yusif Vəzir Çəmənzəminlinin 

“İki od arasında” əsəridir. Əsərdə qeyd olunur ki, 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

79

Molla Pənah Vaqif yemək süfrəsi arxasında 



“Mənim qazaxlılarım da köçüb, gəlirlər, – dedi. – 

Əhməd ağa min beş yüz ailə ilə tərpənib, gəlmək 

istəyir”. Onun dediklərini Ömər xan təsdiq edir. 

Deyir ki, Qazax Şəmşəddin  İraklinin sağ  əlidir. 

Onlar köçüb getsə,  İraklinin qoşunu olmayacaq-

dır. Ömər xan onu da deyir ki, qazaxlılar çox igid 

tayfadır, onlar oddur. Söhbətin bu yerində Molla 

Pənah Vaqifə  xəbər verirlər ki, şair Molla Vəli 

Vidadi gəlibdir.  Əsərdən oxuyuruq: “Vaqif xan-

dan izin alıb, tələsik evə gəldi. Dostu Vidadinin 

pəncərənin içində  oğlu Qasım ağa ilə söhbətdə 

gördükdə, onu ayağa qalxmağa qoymayıb, özü 

irəlilədi, öpüşüb-görüşdülər. 

Vaqif soruşdu: 

–  Hələ de görüm, toxsan, acsan? 

Vidadi mütəvazi bir halda: 

–  İltifatın artıq olsun, xörək verdilər, yedim, 

– dedi. Vaqif oğlu Qasım ağaya yönələrək: 

–  Bizə qəhvə bişirt! – dedi. – Sonra Vidadi 

ilə qarşı-qarşıya oturub, çoxdan bəri həsrətində 

olduğu dostu ilə  şirin söhbətə başladı”. Vaqiflə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə