Riyazi modelləşdirmə üsulları barədə ümumi məlumat
Riyazi modellər bir çox sahələrdə iqtisadiyyatdan tutmuş atom fizikası,
astronomiya, hidrometeorologiya, kənd təsərrüfatı və s. kimi fəaliyyət
istiqamətlərində tətbiq olunur. Onların köməyilə tətbiq olunan obyekt və
problemlərin geniş miqyaslı müxtəlifliyinə baxmayaraq istifadə olunan üsullar
və onların əsasını təşkil edən fəlsəfi baxışları əhəmiyyətli dərəcədə ümumidirlər.
Riyazi model real sistemin sadələşdirilmiş formasını özündə əks etdirir. Bu onun
əsas keyfiyyətidir və deməli baxılan sistemin model vasitəsilə öyrənmək daha
asan və əlverişlidir nəinki, real sistemi birbaşa tətbiq etmək. Modeldə tətbiq
olunan proseslərin real sistemə yaxın olmasını təmin etmək üçün burada həmin
sistemin əhəmiyyətli xarakterləri öz əksini tapmalıdır. Əgər sistemdə baş verən
proseslər dinamiki xarakter daşıyırsa model onun vaxta görə dinamikasını
özündə əks etdirməlidir. Ümumiyyətlə modeli fiziki və mücərrəd formalara
ayırmaq olar. Aerodinamik tədqiqatlarda bu sistemin fiziki modelinin
konstruksiyası yaradılıb və burada ölçmələr aparılır. Riyazi model adətən
tənliklərdən və ya tənliklər sistemindən ibarətdir və bunlar real sistemə aid olan
fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul
olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə
yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasından
geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü
mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə
xassələrindən ibarətdir, blok – sxem prinsipində istifadə edilir. Blok-sxem
modelin kəmiyyətcə inkişafının yeni mərhələlərini özündə əks etdirir. Blok –
sxemlərdə modelləşdirilən sistemin ayrı-ayrı komponentləri həm öz aralarında,
həm də sistem üçün ətraf mühit sayılan məkanda enerji, kütlə və informasiya
axınları bir-birinə bağlıdır.
Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili
istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar: