|
Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏAR DA, f. 1061, siy. 1, iş 6, vər. 103Albom1918 azAR DA, f. 1061, siy. 1, iş 6, vər. 103.
Baxış protokolu
1918-ci il, 10 noyabr.
Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Şamaxı qəzası Çarhan kənd sakinləri
Müslim Gözəl oğlunun və Seyid Məcid Molla Mahmud oğlunun iştirakı ilə
Çarhan kəndinə baxış keçirdim və aşağıdakıları müəyyən etdim:
Çarhan kəndi Şamaxı şəhərindən cənub-şərqə doğru səkkiz verst aralı,
dağın yamacında yerləşir və təxminən 12-15 desyatin sahəni əhatə edir;
kənddə olan 160 evdən əllisi yandırılıb və dağıdılıb.
Bu kənddə iki şəkil çəkilib: 52-ci № ilə yandırılmış və dağıdılmış məscid,
51-ci № ilə
Səftər Heydər oğlunun evi.
Bununla protokol bitmişdir.
Şahidlər savadsızdır.
Komissiya üzvü: İ.Şahmalıyev (imza).
Dostları ilə paylaş: |
|
|