1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL
VƏ SƏNƏDLƏRDƏ
158
ancaq çoxları ya qaçmağa macal tapmadı, ya da ümumiyyətlə qaçmağa
imkanı yox idi. Bolşeviklər kəndə daxil olmağa başladılar. Ermənilər qabaqda
gedirdilər və kəndə birinci soxuldular. Onlar müsəlmanları, kişi, qadın və
uşaqları amansızlıqla qətlə yetirməyə başladılar, həm də çoxlarına işgəncə
verirdilər, misal üçün, bir oğlan uşağına əzab vermək üçün bir neçə süngü
yaraları vurmuşdular; müsəlmanlara məxsus malikanələri, evləri, mağaza və
dükanları yandırır, ermənilərin isə daşınmaz əmlakına toxunmurdular və bir
dənə də olsun erməni evi, nə yandırılmış, nə də dağıdılmamışdır. Bolşeviklər
Kürdəmiri tam tutandan sonra ermənilər müsəlmanların əmlakını qarət edərək
araba və furqonlarda daşımağa başladılar. Bağlarda gizlənən müsəlmanları
tutub öldürürdülər. Rus bolşevikləri ermənilərin müsəlman əhalisini qırmaqla
və onların əmlakını məhv etməklə öz millətçi məqsədlərini güddüklərinə
əyani şəkildə əmin olduqda, bu zorakılıqlara qarşı etiraz etməyə başladılar.
Buna görə onlarla ermənilər arasında hətta silahlı toqquşma da oldu. Ən
nəhayət, onlar erməniləri burada qoydular və bir çox müsəlmanları da özləri
ilə apararaq Bakıya çıxıb getdilər və bununla da onları xilas etdilər. Nəticədə
Kürdəmir kəndində 56 ev və dükan, 127 malikanə, iki məscid, Quranın təfsirinə
dair zəngin kitabxanası olan yerli imamın mənzili yandırılmış, Quran isə parça-
parça edilmiş, bəzi səhifələri insan nəcisinə bulanmış (həmin səhifələr maddi
sübut qismində işə əlavə olunub), sayı müəyyən olunmamış çoxlu sakin qətlə
yetirilmiş; yandırılmamış malikanələr dağıdılmış və qarət olunmuşdur. Maddi
zərərin miqdarı çox böyükdür və onu dəqiq hesablamaq indi mümkün deyildir.
Göyçay qəzasında Kürdəmir kəndindən başqa, Cəngi (Çaylı), Qaravəlli,
Qarabucaq, Mustafalı, Xəlil Qasımbəy, Ərəb-Mehdibəyli kəndlərinin,
Sadalı kəndində Sultanovun malikanəsinin dağıdılması haqqında təhqiqat
aparılmışdır. Bu kəndlər də ermənilər tərəfindən, Kürdəmir kəndi kimi eyni
məqsədlə talan edilib. Bütün bu kəndlərdə daşınan əmlak qarət olunub,
mal-qara aparılıb, daşınmaz əmlak yandırılıb, sakinlər isə qətlə yetirilib.
Cəngi kəndində 5 malikanə yandırılıb, bütün daşınan əmlak talan edilib,
evlər dağıdılıb, 20 nəfər öldürülüb. Ölümdən qabaq onlara işgəncələr
verilib: burun və qulaqları kəsilib, kəllələri dağıdılıb. Mülkədar Suriyyə xanım
Nurməmmədbəyovanın malikanəsi və Cəngi kəndinin Qara Saqqallı poçt
stansiyasının ona məxsus olan tikililəri də dağıdılıb və yandırılıb.
Qaravəlli kəndi bir evdən və 30 qamış yaşayış ocağından ibarət idi. Bütün
bu tikililər yandırılıb. Sakinlərdən iki kişi öldürülüb.
Qarabucaq kəndində bütün ev və tikililər - cəmi 121 malikanə yandırılıb.
7
nəfər öldürülüb, daşınan əmlak qarət olunub.
Mustafalı kəndində 6 malikanə yandırılıb, qalanı talan edilib, daşınan
əmlak qarət olunub.
Xəlil-Qasımbəy kəndində 9 malikanə yandırılıb, qalanı dağıdılıb, 7 nəfər
qətlə
yetirilib, daşınan əmlak qarət olunub.
Ərəb-Mehdibəy kəndində 84 malikanə yandırılıb və dağıdılıb, 83 nəfər,
o cümlədən 78 kişi, 4 qadın və bir oğlan uşağı qətlə yetirilib: daşınan əmlak
qarət olunub. Həmçinin kənddə Sultanov bəyin malikanəsi yandırılıb və
daşınan əmlakı talan edilib.
Sadalı kəndində 33 malikanə yandırılıb və dağıdılıb, daşınan əmlak talan
edilib.
Dağıdılmış kəndlərdə xarakterik dağıntıların şəkilləri çəkilib. Şəkillərin
sayı 19-dur:
Göyçay qəzasının digər kəndlərinin talan edilməsi haqda təhqiqatlar
davam edir və onun nəticələri barədə məruzə əlavə təqdim olunacaqdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Dostları ilə paylaş: