|
Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏAlbom1918 azMƏHKƏMƏ-TİBBİ MÜAYİNƏNİN
PROTOKOLU
4 dekabr 1918-ci il, Cavad qəzası Beştalı kəndi.
Mən, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski Cavad qəzasının
həkimi Terletski, şahidlər, Yaxşıkənd icmasının starşinası Qubad Dadaş
oğlunun və Əyyub bəy Xanbudaqovun iştirakı ilə Cavad qəzası Xocalı kənd
sakini Sürəyya Dadaş qızını ona yetirilmiş xəsarətlərin dərəcəsini təyin etmək
məqsədilə müayinə edərək aşağıdakıları aşkar etdim:
Müayinə olunan şəxsə 18 yaş vermək olar. Bədən quruluşu zəif və
solğundur, nəbzi və hərarəti norma daxilindədir. 1) Sağ əlin yerində 2 kv. sm
sahədə dəri ilə örtülməmiş güdül var, başqa göstəricilərə görə yuxarı sağ
ətraf normaldır. 2) Sol çiyin sümüyünün başlığında qabaq tərəfdən ¾ diametr
ölçüdə hərəkətli, piqmentləşmiş dairəvi çapıq var. 3) Sol kürək sümüyünün
aşağı küncündə uzunluğu ¾ və eni ½ verşok olan yumşaq, dəri çapığı var;
çapığın mərkəzindən ½ sm aşağı 1 sm diametr ölçüsündə dairəvi, dartılmış
çapıq müşahidə olunur və 4) Sağ dizüstü qapaqdan yuxarıda uzunluğu ½
və eni 1 verşok olan, yumşaq, piqmentləşmiş və hərəkətli çapıq var. Başqa
zədələr yoxdur.
Qəza həkimi Terletski.
Şahidlər.
М.y.
Komissiya üzvü: A.Novatski.
Doğrudur: Komissiya üzvü Aleksandroviç.
Rəy
№ 1 altında təsvir olunmuş xəsarət həm güllə, həm də xəncərlə yetirilə
bilərdi, güdül isə əməliyyatın nəticəsidir; zədələnmə təxminən altı ay əvvəl
baş verib, ağır dərəcəli zədələrə aid edilməlidir; № 2 altında təsvir olunmuş
yara ortakalibrli tüfəngdən açılıb və güllənin çıxış dəliyi aşkar olunub;
№ 3 altında təsvir olunmuş yara güllənin çıxış dəliyidir; güllə sümüyə
toxunmadığından sol yuxarı ətraf hərəkətlidir, № 2 və № 3 altında təsvir
olunmuş yaralar yüngül dərəcəli yaralara aiddir. № 4 altında təsvir olunmuş
xəsarət yumşaq hissələrin yanması şərti ilə yaxın məsafədən açılmış güllə ilə
və ya sərt küt alət ilə yetirilə bilərdi, lakin sağ diz oynağının tam hərəkətli
olduğunu nəzərə alaraq yüngül dərəcəli yaralara aid edilir. Bütün xəsarətlər
təxminən altı ay əvvəl yetirilib.
Cavad qəza həkimi Terletski.
Doğrudur: Komissiya üzvü Aleksandroviç.
İşin 21 a vərəqinə bax.
Komissiya üzvü: А.Kluge.
İşin 21 a vərəqi.
IY cildə əlavə,
Komissiya üzvü Aleksandroviç.
4 dekabr 1918-ci il tarixli məhkəmə-tibbi müayinənin
protokoluna aid olan bir şəkil. (işin vərəqi 17)
Dostları ilə paylaş: |
|
|