Magistratura məRKƏZİ Əlyazması hüququnda


Biznesin maliyyə-kredit infrastrukturunun



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
Abbasov-Ramil

1.3.Biznesin maliyyə-kredit infrastrukturunun   

inkişafında dövlətin rolu 

 

Bazar iqtisadiyyatına daxil olan hər bir ölkə öz iqtisadi maraqlarını təmin etmək 



məqsədi  ilə  bir  sıra  iqtisadi  tənzimləmələr  və  iqtisadi  islahatlar  həyata  keçirirlər. 

Göstərilən  kimi  bazar  iqtisadiyyatı  ölkələrinin  iqtisadiyyatlarının  inkişaf  səviyyəsi 

onun tənzimləmə siyasətindən aslıdır. Məlumdur ki, bazar iqtisadiyyatı ölkələrinin ən 

böyük problemlərindən biri inflyasiyadır.İnflyasiya (ing.inflation,latin.inflatio- şişmə) 

ölkənin bütün sahələri ilə sıx bağlıdır. İnflyasiya - müəyyən müddət ərzində əmtəə və 

xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən 

düşməsi, dəyərsizləşməsidir [14.səh.108]. 

İnflyasiya  həmişə  cəmiyyətin  problemli  tərəflərindən  biri  olmuşdur.  İlk  dəfə 

inflyasiya  metal  pulun  kağız  pulla  əvəz  olunmasından  sonra  meydana 

gəlmişdir.İnflyasiyanı  pulun  alıcılıq  qabiliyətinin  aşağı  düşməsi  kimi  izah  etmək 

olar.Əvvəllər inflyasiya çox nadir hallarda, fövqaladə hallar zamanı baş verirdi.Misal 

kim müharibə dövrü keçirən ölkə lazım olandan artıq pul vəsaitələri dövrəyə buraxır. 

Bu da pulun alıcılıq qabiliyətini aşağı düşməsi ilə nəticələnirdi. İnflyasiyanın aşağıdakı 

növləri var. 

-

 

Xarakterinə görə 



-

 

Qiymətlərin tarazlıq səviyyəsinə görə 



-

 

Qiymətlərin artım sürətinə görə 



      Xarakterinə görə inflyasiyanın iki tipi var: 

-

 



Gözlənilən inflyasiya 

-

 



Qəflətən baş verən inflyasiya 

Gözlənilən  inflyasiya  zamanı  inflyasiyanın  baş  verməsi  əvvəlcədən 

praqnozlaşdırılır.Bəzi  tədbirlər  həyata  kecirilir.Əmtəə  və  xidmətlərin  qiymətləri 

qaldırılır.Qəflətən baş verən inflyasiya zamanı isə iqtisadi vəziyyət daha da pisləşir və 

eyni  zamanda  əmtəə  və  xidmətlərin  qiyməti  birdən-birə  yüksəlir.  Bu  zaman  istehsal 

sferasında çaşqınlıqlar baş verir. 

      İnflyasiya qiymətlərin tarazlıq səviyyəsinə görə iki tipdə qruplaşdırılır. 



19 

-

 



Tarazlaşdırılmış inflyasiya 

-

 



Tarazlaşdırılmamış inflyasiya 

Tarazlaşdırılmış  inflyasiya  təsərrufat  subyektləri  üçün  bir  o  qədər  də  qorxulu 

deyil.  Bu  tip  inflyasiya  baş  verdiyi  zaman  sahibkarın  istehsal  etdiyyi  əmtəə  və 

xidmətlərin  qiymətlərini  mütəmadi  olaraq  qaldırmaq  lazım  gəlir.  Ümumi  şəkildə 

götürdükdə isə əmtəə qruplarının qiyməti nisbətən sabit qalır. 

Tarazlaşdırılmamış inflyasiya zamanı isə bazar subyektləri üçün heç də ürəyaçan 

nəticələrlə  məhdudlaşmır.  Bu  tip  inflyasiya  zamanı  isə,  investorların  daha  çox  gəlir 

əldə  etməsi  üçün  öz  kapital  ehtiyyatlarını  yatıracaqları  sahəni  tapmaq  heç  də  asan 

olmur, hətta mümkünsüz olur. 

İnflyasiyanın qiymətlərin artım tempinə görə üç növü var: 

-

 

  Mülayim inflyasiya(sürünən) 



-

 

  Sürətli inflyasiya(dördnala çapan) 



-

 

  İfrat inflyasiya(hiper) 



Mülayim  inflyasiya  zamanı  qiymətlər  10%-dən  çox  artmır.  Bu  tip  inflyasiya 

faydalı hesab olunur ki, əksər inkişaf etmiş ölkələrdə inflyasiyanın bu tipi mövcuddur. 

Bir  il  ərzində  qiymətlərin  artım  sürəti  10%-dən  20%-ə  qədər  təşkil  edərsə  bu 

inflyasiya sürətli inflyasiya adlanır. Bu tip inflyasiya ölkənin maliyyə-kredit sahəsinə 

ciddi təsir edərək iqtisadiyyatda gərginliklər yaradır. Bu zaman kağız pul qiymətdən 

düşür. İnflyasiyanın bu tipi bir sıra ölkələrə o cümlədən, Azərbaycana, Cənubi Asiyaya 

və Latın Amerikası ölkələrinə öz mənfi təsirini göstərmişdir. 

Qiymətlərin  il  ərzində  100%-dən  çox  artması  ifrat  inflyasiyanı  meydana 

çıxarır.Pulun alıcılıq qabiliyəti 0-a yaxınlaşır.İfrat inflyasiya zamanı sahibkarlıq,bazar 

və bank sistemi üçün dağılmaq təhlükəsi yaranır. 

      İnflyasiyanı doğuran səbəblər çox müxtəlifdir. Bu səbəblər həm daxili, həm də 

xarici  səbəblər  ola  bilər.Daxili  səbəblərə  ölkədəki  qeyri-stabil  maliyyə  vəziyyəti  və 

hökümətdə bəzi proseslər səbəb ola bilər. Xarici səbəblərə isə xarici ticarət balansının 

mənfi saldosu və s. səbəb ola bilər.   

      İnfyasiyanı yaradan səbəblərə aşağıda qeyd olunanlar aid edilir: 



20 

-

 



Azad rəqabətli bazarın inhisarla əvəz olunması(manopoliyanın mövcudluğu) 

-

 



Vergi və pul-kredit sahəsində dövlət tərəfindən yalnış siyasətin aparılması 

-

 



İqtisadiyyatın hərbiləşməsi 

-

 



Gəlirlərin təkrar(yenidən) bölgüsü 

-

 



Əmək haqqının əmək məhsuladarlığına görə daha sürətlə artması 

-

 



Pul tədavülü qanununa riayət olunmaması və s. 

Göründüyü  kimi  inflyasiya  ölkə  iqtisadiyyatı  üçün  təhlükəli  sonluqlarla 

nəticələnə  bilər.  Dövlət  inflyasiyanın  qarşısını  almaq  üçün  bir  sıra  metod  və 

vasitələrdən istifadə edir. Dövlətin antiinflyasiya siyasəti birbaşa və dolayısı metodlar 

vastəsi ilə həyata kecirilir. Birbaşa metodlara aiddir: 

-

 



Dövlətin qiymət tənzimlənməsi 

-

 



Dövlət tərəfindən maliyyə siyasətinin həyata keçrilməsi 

-

 



Kredit sisteminin təzimlənməsi 

-

 



Dövlət  tərəfindən  müəssisə  və  təşkilatlarda  çalışanların  əmək  haqqının 

tənzimlənməsi 

      Dolayısı metoda isə aşağıdakı qeyd olunanlar aid edilir: 

-

 



Kommersiya banklarının fəaliyyətlərinin mərkəzi bank tərəfindən tənzimlənməsi 

-

 



Mərkəzi bankın ölkənin ümumi maliyyə ehtiyatlarına nəzarət etməsi 

-

 



Digər  kommersiya  banklarının  hesablamalarının  mərkəzi  bank  tərəfindən 

tənzimlənməsi   

Bütün bunlarla yanaşı pul-kredit siyasətindən də istifadə edilir ki, bu siyasət ölkəni 

böhranlı  vəziyyətdən  çıxmağa  kömək  edərək  ölkə  iqtisadiyyatının  yenidən  inkişaf 

etməsinə  köməklik  edir.Bu  siyasət  ölkə  iqtisadiyyatının  idarə  edilməsində  istifadə 

edilən ən qədim metodlardan hesab etmək olar. Dövlət istehsal fəaliyyəti ilə məşğul 

olan  müəssisələrə  kömək  və  ya  güzəştli  kreditlərlə  onların  istehsal  gücünün 

artırırılmasında  əvəssiz  rol  oynaya  bilər.  Yeni  müəssisələrin  dövlət  tərəfindən 

maliyyələşdirilməsi, bir sıra maliyyə təşkilatları tərəfindən kreditlərin verilməsi bu tip 

müəssisələrin inkişafına köməklik edir. Sahibkarlara kömək fondu vəsaitləri hesabına 

100-lərlə  sahibkarın  maliyyə  çatışmazlığını  təmin  edərək  onların  istehsal  gücünün 



21 

artması eyni zamanda dövlət iqtisadiyyatının inkişaf etməsinə köməklik göstərir. 

Bazar  iqtisadiyyatı  dövlət  tərəfindən  tənzimlənməyə  ən  çox  ehtiyacı  olan 

sahələrdən biri maliyyə bazarıdır. Əgər dövlət maliyyə bazarına müdaxilə etməsə və ya 

tənzimləmə siyasətini yeritməsə, onda cəmiyyət üçün heç də xoş olmayan hallar ortaya 

çıxa  bilər.  Dövlətin  tənzimləmə  siyasəti  bir  sıra  dövlət  idarələri  tərəfindən  həyata 

keçirilir.  Dövlətin  tənzimləmə  siyasəti  aşağıdakı  məsələlərin  həlli  üçün  mühüm 

əhəmiyyət kəsb edir. 

-

 

İnvestorlar üçün lazımı informasiya ehtiyyatının çoxalması; 



-

 

Maliyyə vasitəçilərinin sığortalanması və maliyyə sabitliyinin təmin edilməsi; 



-

 

Dövlət  tərəfindən  həyata  keçirilən  pul-kredit  siyasətinə  nəzarətin 



yaxşılaşdırılması. 

Biznes  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  və  ya  hüquqi  şəxslərin  bir  sıra  iqtisadi 

ünsürlərlə  yanaşı  informasiya  ehtiyyatlarının  da  olması  onlar  üçün  çox  vacib  bir 

məsələdir.  Düzgün  informasiya  olmasa  investorlar  öz  investisiyalarını  yalnış  sahəyə 

yönəldərlər  ki,  bu  da  onların səmərə  əldə  etməsinə  maneçilik yaradar.  Ona  görə də 

dövlətin  maliyyə  bazarını  tənzimləməsi  nəticəsində  investorlara  düzgün 

informasiyaların  çoxalmasına    şərait    yaranması    onların  fəaliyyəti    üçün    mühüm 

əhəmiyyət  kəsb  edir.  Əks  təqdirdə  onların  şübhəli  informasiyalar  əsasında  qəbul 

etdikləri qərarların səmərəsi şübhə doğuracaqdır. Maliyyə bazarının tənzimlənməsində 

dövlətlə  yanaşı bir sıra  maliyyə  nəzarəti orqanları da tənzimlənmədə  iştirak  edirlər. 

Dövlət onları lisenziyalaşdıraraq və fəaliyyətlərini vaxtaşırı yoxlayaraq qəfildən ortaya 

çıxan  mənfi  xarakterli  halların  qarşısını  alır.  Misal  üçün  ABŞ-ın  maliyyə  bazarının 

tənzimləmə orqanlarına; 

-

 



Qiymətli kağızlar və birjalar üzrə komisya; 

-

 



Pul tədavülünün baş nəzarətçisi; 

-

 



Ştat səviyyəli banklar və sığorta komisyaları; 

-

 



Milli kredit ittifaqları admistrasiyası; 

-

 



Depozitlərin sığortalanması üzrə federal korporasiya və s. orqanlar aiddir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  keçid  iqtisadiyyatını  yaşayan  ölkələrdə  bu  tip 




22 

tənzimləyici  orqanlar  yoxdur.Buda  öz  təsirini  mənfi  tərəfdən  biruzə  verir.  Çox  vaxt 

keçid dövrü yaşayan ölkələrdə əmanətlərin qaytarılmasında,  əmanətlərin tam olaraq 

sığortalanmasında  bir  sıra  problemlər  ortaya  çıxır.  Bunu  yerli  nəzarət  orqanlarının 

olmaması ilə yaxud zəif fəaliyyəti ilə əlaqələndirmək olar. 

Müasir şəraitdə ölkəmiz üçün kiçik müəssisələr öz fəaliyyətləri ilə iqtisadiyyatın 

sağlamlaşdırılmasında  o  qədərdə  yüksək  fəaliyyət  göstərmirlər.  Keçmiş  Sovet 

dövlətinə  daxil  olan  ölkələrdəki  müəssisə  və  təşkilatlar  müstəqil  şəkildə  fəaliyyət 

göstərmirdilər. Onlar bir-birləri ilə əlaqəli fəaliyyət göstərərək iqtisadiyyatın inkişafına 

təkan  verən  əsas  qüvvələrdən  hesab  edilirdilər.  Kiçik  müəssisələrin  inkişafına  təsir 

edən  amillərdən  biri  də    qeyd  etdiyimiz  kimi  kreditləşmədir.  Çox  vaxt  isə  kreditlər 

girovlar  və  ya  təminat  məktubları  vasitəsi  ilə  verilir.Yeni  fəaliyyətə  başlayan  kiçik 

müəssisələrisə çox vaxt bu məktubları təmin edə bilmir. Hazırki dövürdə xüsusən kiçik 

müəssisələrə xidmət edən banklar istisnalıq təşkil edir. Bu baxımda kiçik müəssisələr 

maliyyə baxımından daha çətin vəziyyətdədirlər. Dünya təcrübəsində isə inkişaf etmiş 

ölkələr xüsusi ilə Qərbi Avropa və ABŞ da kiçik və orta müəssisə, firma və təşkilatlar 

üçün xüsusi kredit strukturları fəaliyyət göstərir ki, bunlar da maliyyə-kredit yardımı 

vasitəsi ilə bu tip müəssisələrə köməklik göstərirlər. Lazımı maliyyə ehtiyyatları olan 

müəssisə  isə  daim  inkişaf  haqqında  düşünür  və  öz  rəqibləri  ilə  necə  rəqabət  apara 

biləcəyini  fikirləşir.  Bu  iqtisadiyyatın  inkişafının  əyani  nümunəsidir.  Hazırda  qərb 

ölkələrinə  inteqrasiya  edən  ölkəmiz  üçün  də  bu  sahənin  inkişaf  etdirilməsi  diqqət 

mərkəzindədir. 

Ümumiyyətlə beynəlxalq təcrübələr göstərir ki,dövlət sahibkarlığın formalaşması 

üçün aşağıda qeyd edilən funksiyaları həyata keçirməlidir: 

-

 

Bütün  istiqamətlərdə  yalnız  dövlət  hesabına  sahibkarlıq  subyektlərinin 



formalaşmasına imkan yaratmaq və onlar üçün əlverişli mühit formalaşdırmalıdır. 

-

 



Mülkiyyətin 

dövlətsizləşdirilməsinə, 

elmi-texniki 

yeniliklərin 

naliyyətlərinin,texnika və texnologiyanın fasiləsiz yeniləşməsi mühitinin yaradılması. 

-

 



Yeni sahibkarlığın yaradılması üçün məqsədəuyğun istiqamətlərin verilməsi və 

həmçinin əmtəə və xidmətlər təklifinin sabit artımını təmin etmək. 




23 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə