kosntruksiyanın elə texniki halı başa düşülür ki, onu qiymətləndirən göstəricilərin (ona qoyulan
tələblərin) ən azı biri texniki sənədlərdə verilmiş qiymətlərinə uyğun gəlməsin. Nasazlıq ilə
imtina arasındakı fərq ondan ibarətdir ki, avtomobil (mürəkkəb konstruksiya kimi) texniki
cəhətdən nasaz olduğu halda işləmə qabiliyyətinə malik ola bilər. Məsələn, kuzovun (banın)
müəyyən hissəsində rəngin olmaması, ya da batığın olması, cihazlar lövhəsini işıqlandıran
lampanın sıradan çıxması, yan şüşələrdən hər hansının sınması avtomobilin texniki cəhətdən
nasaz olduğuna dəlalət edir. Lakin bununla belə avtomobil işləmə qabiliyyətinə malikdir.
Odur
ki, hərəkət tərkibinin işləmə qabiliyyətinə təsir etməyən nasazlıqlar imtinalar sırasına daxil
edilmir.
11
Məsələnin qoyuluşundan asılı olaraq imtinalar müxtəlif əlamətlərə görə təsnif edilirlər.
Onların fiziki mahiyyətlərini, aralarındakı qarşılıqlı əlaqəni və baş vermə səbəblərini
aydınlaşdırmaq üçün nəqliyyat vasitəsində baş vermiş imtinaları asağıdakı əlamətlərə görə
qruplaşdırırlar:
1. Texniki vəziyyətin dəyişmə xarakterinə görə -
Dostları ilə paylaş: