asılı
və
asılı olmayan
imtinalara da bölünürlər.
Başqa bir imtinanın baş
verməsi nəticəsində yaranan imtinalara asılı olan imtinalar deyilir.Özünün baş verməsi digər
elementlərdə imtinalar əmələ gətirmirsə belə imtinalara asılı olmayan imtinalar deyilir.
Porşen
üzüyünün sınması nəticəsində mühərrikin silindr divarının cızılması asılı olan, şinlərin deşilməsi
asılı olmayan imtinalara misal ola bilər. Texniki istismarın qarşısında duran əsas məsələlərdən
biri də nəqliyyat prosesi dövründə (yəni istismar zamanı) hərəkət tərkibində və yaxud onun
aqreqatlarında baş verəcək imtinaların və nasazlıqların qarşısını almaqla bərabər onları aradan
qaldırmıaqdır.
Belə profilaktik və bərpa xarakterli tədbirlər texniki qulluq və təmir vasitəsilə
yerinə yetirilir.
Yenidən tormoz mexanizminin texniki vəziyyətinin dəyişməsinə baxaq (şəkil 1.3.).
Yürüşlə düz mütənasib olaraq tormoz mexanizminin detalları (tormoz barabanı və qəliblər)
yeyildiyi üçün araboşluq
1
l
yürüşündə buraxıla bilən sərhəd qiymətinə çatır. Buna uyğun olaraq
tormoz yolu da artır. Tormoz mexanizminin
1
l
yürüşündən sonra istismarı imtinaların, yəni yol-
nəqliyyat qəzalarının (tormoz yolunun normadan kənara çıxması hesabına) baş verməsinə səbəb
olur. Bunun qarşısını almaq üçün tormoz mexanizmində profilaktik xarakterli texniki təsirlər
(yuxanda qeyd edildiyi kimi
1
l
yürüşündə nizamlama işləri) yerinə yetirilir. Beləliklə,
mexanizmin işləmə qabiliyyəti hər dəfə uyğun olaraq
n
i
l
l
l
l
,...
,
2
1
yürüşlərindən sonra bərpa
olunur. Bununla da mexanizmdə baş verəcək imtinaların və nasazlıqların qarşısı alınır.
Başqa bir misala baxaq. Bilirik ki, şkvoren-oymaq birləşməsi bir qayda olaraq müəyyən
yürüşdən sonra yağlanır. Bu proses müəyyən fasilə ilə təkrar olunur. Bu onunla izah edilir ki,
şkvoren-oymaq birləşməsi açıq birləşmə olduğu üçün istismar müddətində ora müxtəlif zərərli
mexaniki qarışıqlar (toz, palçıq, su) düşür, yağın yağlama qabililyyəti pisləşir, detalların yeyilmə
dərəcəsi artır.
Şkvoren və onun oymaqlarının ömüruzunluğu yağlama periodikliyi kiçik olduqca yüksəlir.
Şəkil 1.4-dən göründüyü kimi yağlama hər 1000 km. yürüşdən sonra aparıldıqda şkvorenin
12
resursu 110 min km., hər dörd min km.-dən bir aparıldıqda isə həmin resurs 74 min km.-ə enir,
yəni şkvorenin ömür uzunluğu 32% azalır.
Şəkil 1.4. TQ-un periodikliyinin (
TQ
L
, min km.) detalın
(şkvorenin) resursuna
(L
r
, min km.) təsiri.
Beləliklə, birinci misalda nizamlama işi aparmaqla tormoz mexanizmində imtinaların baş
verməsinin qarşısı alındığı halda, ikinci misalda yağlama periodikliyini dəyişməklə
şkvoreninresursu yüksəldi. Buradan bir daha aydın olur ki, istismar zamanı müxtəlif texniki
tədbirlər vasitəsilə nəqliyyat vasitəsinin
texniki vəziyyətini idarə etmək
mümkündür, texniki
vəziyyətin parametrlərinin dəyişmə gərginliyini azaltmaq olar, imtinaların və nasazlıqların
qarşısı alına bilər. Kompleks şəkildə yerinə yetirilən və avtomobilin texniki vəziyyətinin tələb
olunan səviyyədə saxlanılması məqsədi ilə görülən tədbirlər texniki qulluğu təşkil edir.
Istismar dövründə baş verə biləcək nasazlıqların və imtinaların qarşısını almaq,
detalların yeyilmə şiddətini azaltmaq və beləliklə, hərəkət tərkibinin işləmə qabiliyyətini normal
səviyyədə saxlamaq üçün görülən kompleks texniki təsirlərin cəminə
Dostları ilə paylaş: |