İstehsalat prosesinin əsas anlayişlari
Avtonəqliyyat müəssisəsində istehsalat prosesi
− avtonəqliyyat vasitələrinin texniki
qulluğu və təmiri üzrə işlərin yerinə yetirilməsində iştirak edən istehsalat işçilərinin və
vasitələrinin texniki təsirlərinin məcmusudur.
Texnoloji proses
− istehsal prosesinin bir hissəsi olub, texniki şərtlərə müvafiq qaydada
yerinə yetirilən işlərin və ya əməliyatların müəyyən olunmuş texnoloji ardıcıllığıdır, onların
yüksək keyfiyyətlə və minimal xərclərlə yerinə yetirilməsini təmin etməlidir.
Texnoloji proses
-
avtomobil (aqreqat) üzərində zaman və fəzada yerdəyişmə üzrə planlı və ardıcıllıqla yerinə
yetirilən əməliyyatlar toplusudur. Texnoloji proses istehsalat üçün qanun hesab edilir və ondan
kənara çıxma halları texnoloji prosesin pozulması hesab edilməlidir.
Avtomobilin, onun aqreqat və qovşaqlarının təmiri və ya texniki qulluğu müəyyən
texnologiya
ilə aparılır. Avtomobilin
Dostları ilə paylaş: |