edilir ki, bu qiymətlərə təsir 3:2 (istehsal sferası : istismar sferası) nisbətindədir.
20
Mühazirə 8.
İstismar prosesində nəqliyyat vasitələrinin
texniki vəziyyətinin dəyişmə səbəbləri
İstismar prosesində hərəkət tərkibinin işləmə qabiliyyəti sabit qalmır, onun texniki-
iqtisadi parametrləri aşağı düşür. Nəqliyyat vasitəsinin texniki vəziyyətinin (NVTV)
dəyişməsinin xarici təzahürləri bunlardır: onun dinamiki keyfiyyətləri pisləşir, mühərrikin işə
salınması çətinləşir, yanacaq sərfı artır, mexanizmlərin işində döyüntülər, səslər əmələ gəlir və s.
Bütün bunlar nəqliyyatın aqreqat və sistemlərində gedən zərərli proseslərin nəticəsidir. Belə
proseslər isə fırlanan kütlələrin qeyri-müntəzəm paylanması, mexanizmlərin elementləri
(detalları) arasındakı texniki şərtlərin, yük, sürət, temperatur rejimlərinin pozulması və s.
səbəblər üzündən əmələ gəlir. Zərərli proseslərin qarşısını tamamilə almaq mümkün deyil. Lakin
istismar zamanı bu proseslərin sürətini bir sıra texniki tədbirlər (məsələn, TQ və CT) vasitəsilə
ləngitmək mümkündür. Məsələn, zərərli proseslərə misal olaraq mühərrikdə işçi qarışığın
hazırlanma və yanmanın termodinamik proseslərinin pozulmasını, transmissiyanın
aqreqatlarında zərbəli yüklərin yaranmasını göstərmək olar.
Göründüyü kimi istismar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti müxtəlif
səbəblər təsirindən dəyişir, ümumi halda bu səbəblər aşağıdakılardır (şəkil 2.1):
- detallarda yeyilmə prosesinin getməsi;
- hissələrdə korroziyanın əmələ gəlməsi;
- detalların təbii olaraq köhnəlmə prosesinə məruz qalması.