Sürtünmə və yeyilmə. Sürtünmə və yeyilmənin növləri
Nəqliyyat vasitələrinin detalları müxtəlif yeyilmələrə məruz qalırlar. Yeyilmə
nəticəsində birləşmələrdə araboşluqlar böyüyür, mexanizmlərdə nizamlamalar pozulur, dinamiki
qüvvələr artır və bütün bunların təsirindən səslər əmələ gəlir, detallar sıradan çıxır, hətta bəziləri
sınır. Yeyilmə, mexanizmlərin detalları arasındakı əlaqəni pozmaqdan əlavə yanmanın
termodinamik proseslərinin, işçi qarışığının hazırlanma keyfiyyətinin və s. bu kimi halların
pozulmasına səbəb olur.
Detallarda yeyilmənin baş vermə səbəbi onların səthlərinin sürtünməyə məruz
qalmalarıdır. Ümumiyyətlə üç növ sürtünmə mövcuddur: a) diyirlənmə; b) sürüşmə sürtünməsi
və v) mürəkkəb sürtünmələr.
Qarşılıqlı hərəkətdə olan iki sürtünən səth arasında əmələ gələn müqavimətə
sürtünmə
deyilir.
Dostları ilə paylaş: |