radioaktiv izotoplar
üsulundan da
istifadə edirlər. Bunun üçün mexanizm və ya birləşmə sökülür, yeyilməsi təyin ediləcək detalın
üzərinə radioaktiv maddə çəkilir. İlişmə prosesində detal yeyildikcə radioaktiv məhsullar yağın
içərisinə düşür. Radioaktiv məhsulların miqdarını ölçməklə detalın yeyilmə sürəti və kəmiyyəti
təyin edilir. Bu üsulun müsbət cəhətləri: yeyilmə prosesinin qrafiki yazıla bilər, yüksək
dəqiqliklə yeyilmənin miqdarı təyin edilir, proses az vaxt tələb edir. Bunlarla yanaşı bu üsulun
mənfi cəhətləri də var: radioaktiv indikatorları qoymaq üçün aqreqat sökülməlidir, mürəkkəb
konstruksiyalı qurğu tələb edir, təhlükəsizlik texnikası cəhətdən əlverişli deyil.
Yuxarıda göstərilmiş yeyilmənin təyini üsullarının hər hansının tətbiq edilməsi sınaqdan
keçirilən detalın üsula müvafiq gəlmə dərəcəsindən, yeyilmənin təyin olunma dəqiqliyindən,
sınaqların aparılma xarakterindən və s.-dan asılıdır.
Dostları ilə paylaş: |