Yeyilmənin təyin olunma üsulları.Detallarda korroziya və köhnəlmə prosesi.
Yeyilmənin təyin olunma üsulları
Detalların yeyilmə dərəcəsini kəmiyyətcə qiymətləndirmək üçün onun ədədi ölçüsünü
aşağıdakı üsulların biri ilə təyin edirlər:
1. Mikrometr və birbaşa müşahidələr üsulları.
2. Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma üsulu.
3. Detalların çəkilərinin təyin olunma üsulu.
4. Spektral analiz üsulu.
5. Süni bazalar yaratmaq üsulu.
6. Radioaktiv izotoplar üsulu.
Bu üsullar içərisində
mikrometr
üsulu öz sadəliyi ilə fərqlənir. Bu üsulun mahiyyəti
ondan ibarətdir ki, detalların ölçüləri sınaqdan qabaq və sonra ölçülür. Təyin edilmiş ölçülər
arasındakı fərq detalın yeyilmə dərəcəsini göstərir. Bu üsulun mənfi cəhəti odur ki, ölçülər
yüksək dəqiqliklə təyin edilə bilmir, çünki mikrometr dəqiq cihaz deyil, həm də bu üsul
mexanizmlərin sökülüb-yığılmasını tələb edir. Mexanizmlər hər dəfə yenidən yığıldıqda isə
detallar uyuşma dövrünə müvafiq xarakterlə yeyilir ki, bu da yeyilmənin mütləq qiymətinin
təhrif olunmasına səbəb olur.
Bir sıra hallarda mexanizm və aqreqatlarda sökrmə-yığma işlərini aparmamaq üçün
mikrometr üsulunun təkmilləşdirilmiş formasından - birbaşa müşahidələr üsulundan istifadə
edilir. Bu üsulda sınaqdan keçirilən (yeyilməsi təyin edilən) detalın üzərində nəzarət deşiyi açılır.
İşləmə prosesində həmin deşik kip bağlanır. Detalın yeyilmə dərəcəsi optik cihazlar vasitəsilə
ölçülür. Bunun üçün nəzarət deşiyi vaxtaşırı açılır.
Dostları ilə paylaş: |