Çəki üsulu
kiçik detalların (məsələn, avtomobil nəqliyyatında üzüklər, içliklər) yeyilmə
dərəcəsinin təyin edilməsində istifadə edilir. Bunun üçün detallar sınaqdan qabaq və sonra
çəkilir.
Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma
üsulu
yüksək keyflyyətli yağlama
materiallarının seçilməsində daha çox istifadə edilir. Bu üsulun köməyi ilə aqreqatların və
mexanizmlərin maksimum yeyilmə dərəcəsi təyin olunur. Hər hansı aqreqat işlədikdə yeyilmə
məhsulları (əsasən dəmir) yağın içərisində yayılmış vəziyyətdə olur. Yağlama sistemində dövr
edən yağın və onun vahid həcmindəki yeyilmə məhsullarının miqdarını bilərək, detallardan
qopan metalın (yeyilmə məhsulunun) çəkisini hesablayırlar. Bu miqdara görə də aqreqatın
yeyilmə tempi haqqında mühakimə yürüdülür, daha doğrusu, aqreqatın yeyilmə şiddəti
qiymətləndirilir. Bü üsul yüksək dəqiqliyə malik olsa da aqreqatı təşkil edən detalların ümumi
yeyilmə dərəcəsini (detalın materialından asılı olmayaraq) təyin etməyə imkan verir. Burada
müxtəlif materiallardan hazırlanmış detalların ayrı-ayrılıqda yeyilmə miqdarını təyin etmək
mümkün deyil. Buna görə də göstərilən üsulun digər variantından - spektral analiz üsulundan
istifadə edilir.
Dostları ilə paylaş: |