h
min
≥ 1,5 (
)
(
2
1
h
h
,
1
h
və
2
h
- uyğun olaraq val və yastığın üzərindəki mikroçıxıntıların maksimum
hündürlükləridir. Sürtünən səthlər arasındakı yağ qatının minimum qalınlığı əsasən hidrodinamik
təzyiqdən asılı olduğu üçün (bunu 2,6 ifadəsindən də görmək olar) bəzən
p
v
ayrıca hesablanır
və ona yastığın rejim xarakterıstikası deyilir. Bu baxımdan düzgün hesablanmış yastıq tam
mayeli yağlama rejimində işləmiş olacaqdır.
Hidrodinamik yağlama nəzəriyyəsinin yuxarıda deyilən əsasları o halda özünü doğruldur
ki, sürtünən səthlər arasına fasiləsiz olaraq yağ vurulur. Bu şərt ödənildikdə belə bəzi hallarda
birləşmələr yarım mayeli və yaxud sərhəd sürtünməsi rejimində işləməli olurlar. Bu hal, detallara
düşən yüklərin sərt artması, dövrlər sayının, ya da sürtünən səthlərin nisbi yerdəyişmə sürətinin
aşağı düşməsi, yağın özlülüyünün dəyişməsi və n. s. ilə izah edilir.
27
Mühazirə 11.
Dostları ilə paylaş: |