Detallarda korroziya və köhnəlmə prosesi
Nəqliyyat vasitələrinin qovşaq və detallarının ömür uzunluğunun aşağı düşmə
səbəblərindən biri də onların korroziyaya uğramaları və təbii olaraq köhnəlmə prosesinə məruz
qalmalarıdır.
Detalların, hazırlandıqları materialların ətraf mühitlə fiziki-kimyəvi qarşılıqlı təsiri
nəticəsində dağılması prosesinə
korroziya
deyilir.
Korroziya təsirindən detalların dağılması müxtəlif xarakter daşıyır. Bu xoşa gəlməz
proses hissələrin səthlərindən başlanır. Korroziyanın başlanmasının xarici əlaməti səthlərin
üzərində boz, qara və yaşıl ləkələrin (materialdan asılı olaraq), çürümələrin əmələ gəlməsidir. Bir
çox hallarda korroziya səthlərin gizli yerlərində yaranır və get-gedə artır.
Metallarda gedən korroziya prosesini öz xarakterinə görə iki qrupa bölürlər: a)
elektrokimyəvi və b) kimyəvi korroziya.
Elektrokimyəvi korroziya mikroqalvanik elementlərin təsirindən elektrolitrlərdə, özü də
metalların səthində və detalların qovuşma yerlərində əmələ gəlir. Metalların səthi eyni cinsli
olmadığı üçün bu korroziya elektronların detalın bir yerindən digərinə keçməsi ilə müşayiət
edilir. Elektrolit kimi su ilə sulfat turşusunun məhlulu qəbul edilir.
Elektrokimyəvi korroziya atmosfer şəraitində və maye fazalarında gedən korroziyalara
bölünür. Birincisi, metalın səthində oturmuş yağış suyunun, qarın, rütubətin iştirakı ilə, ikincisi
isə elektrolitin alt qatlarında havanın oksigeni olmadan gedir. Atmosfer şəraitində gedən
korroziyaya kuzovun alt hissələrində, qanadların daxili səthlərində və rənglənməyən detallarda
gedən korroziyanı misal göstərmək olar. Soyutma sisteminin daxili divarlarında əmələ gələn
korroziya maye fazada gedən korroziyaya misaldır.
Elektrik cərəyanı yaranmadan kimyəvi reaksiyaların iştirakı ilə gedən korroziyaya
Dostları ilə paylaş: |