Transmissiya yağları.
Avtomobilin güc ötürücü aqreqatları yüksək yük və sürət
rejimlərində işləyirlər. Aqreqatların detalları üçün əsasən sərhəd sürtünməsi xarakterikdir. Dişli
çarxları və yastıqları müxtəlif zədələrdən və yeyilmələrdən qorumaq üçün transmissiya yağları
sürtünən səthlərdə yüksək xüsusi təzyiqlərdə minimum yağ təbəqəsi əmələ gətirmə qabiliyyətinə
malik olmalıdırlar. Transmissiya yağlarının aşağı temperaturlarda işləmə qabiliyyətinin
saxlanılması üçün onların özlülük-temperatur xüsusiyyətləri yüksək olmalıdır, xüsusən donma
temperaturları aşağı olmalıdır.
Transmissiya yağları mühərrik yağlarından fərqli olaraq yüksək xüsusi təzyiqlərdə
işləyirlər. Bu baxımdan onların bütün istismar göstəriciləri (Dövlət standartında verilən)
qənaətbəxş olmalıdır.
Transmissiya yağları üçün ən təhlükəli hallardan biri onların içərisində mexaniki
qarışıqların olmasıdır. Bu qarışıqların hissəcikləri dişli çarxların dişləri və yastıqların səthləri
arasına düşərək müxtəlif xarakterli yeyilmələr əmələ gətirir.
Standarta görə transmissiya yağlarının içərisində mineral turşu və qələvilərin olmasına yol
verilmir.
Dostları ilə paylaş: |