Soyuducu mayelər.
Mühərrikin soyutma sistemində soyuducu maye kimi su və antifrizdən
istifadə edilir.
Suyun sistemdə istifadə olunmasının yararlılıq dərəcəsini qiymətləndirən əsas göstərici
onun codluğudur (sərtliyidir). Bundan başqa suyun keyfiyyəti onun şəffaflığı, qələviliyi,
turşuluğu və oksidləşmə qabiliyyəti ilə də qiymətləndirilir.
Suyun codluğu dedikdə bir litr suda olan kalsium və ya maqnezium duzlarının miqdarı
başa düşülür, özü də milliqram-ekvivalent ilə ölçülür (
mq.-ekv./l
). Dövlət standartına görə suyun
tərkibində 20,04 mq/l kalsium və ya 12,16 mq/1. maqnezium duzu varsa, belə suyun codluğu 1
mq. ekv. hesab edilir.
Soyutma sistemində yüksək codluğa malik sular işlətdikdə soyutma köynəklərinin
divarlarında, blok başlığında və radiator borularında fasiləsiz olaraq ərp əmələ gəlir. Ərp
yarandıqdan sonra istilik keçirmə pisləşir, bununla mühərrikin istilik rejimi pozulur, hətta bəzən
qızır. Ərpin təmizlənməsi üçün xüsusi yuyucu vasitələr tələb edilir. Mühərrikdə normal işləmə
rejimini təmin etmək üçün yumşaq sulardan istifadə edilir.
Soyuq iqlim zonalarında istismar edilən avtomobillərin soyutma sistemlərində aşağı
donma temperaturuna malik mayelər - antifrizlər istifadə edilir.
Dostları ilə paylaş: |