Mühərrik yağları.
Yağların mühərrikin texniki vəziyyətinin dəyişməsinə təsir edən əsas
göstəriciləri bunlardır: özlülük, yeyilməyə qarşı davamlılığı, korroziya xüsusiyyətləri, kimyəvi
sabitliyi, mexaniki qarışıqların və suyun olmaması.
Yağların özlülüyü əsasən onların kimyəvi tərkibindən asılıdır. Yağların özlülüyünü
yaxşılaşdırmaq üçün xüsusi aşqarlardan istifadə edilir. Özlülük temperaturdan asılı olaraq
dəyişir. Buna görə çox vaxt özlülüyün temperaturdan asılı olaraq dəyişmə qanunauyğunluğunu
müəyyən etmək üçün
özlülük-temperatur xarakteristikaları
tərtib edilir.
Kiçik özlülüyə malik yağların bir sıra üstün cəhətləri var: yaxşı istilik ötürmə qabiliyyətinə
malikdir, araboşluğu kiçik olan birləşmələrə sərbəst daxil ola bilir, mühərrikin işə salma anındakı
yeyilmələrini azaldır, sürtünməyə sərf olunan gücü aşağı salır. Bunlarla yanaşı bu yağlar
üzüklərin arasından yanma kamerasına keçərək itkilərə səbəb olur, yağlama sisteminin
magistralında təzyiqi aşağı salır və s.
Yüksək özlülüyə malik yağlar silindrlərdə porşen üzüklərinin kipliyini artırır, yanma
kamerasından karterə keçən qazların qarşısını alır, yağın sərfini azaldır (bununla qurumun
miqdarı aşağı düşür), kipləşmə yerlərindən sızmırlar.
Bu xüsusiyyətləri nəzər alaraq yağların özlülüyü elə normalaşır ki, hissələr arasında həmişə
mayeli sürtünmə təmin edilmiş olsun. Mühərrik yağları üçün standartda kinematik özlülük
(100°C-də sSt ilə) və özlülüyün indeksi normalaşdırılır. Bundan başqa yağlar üçün dinamik və
şərti özlülüklər də təyin edilir.
Mühərrik yağlarının yeyilməyə qarşı davamlılığı yağlanılan səthlərin üzərində nazik yağ
qatının əmələ gəlməsi ilə xarakterizə edilir. Yaranan yağ qatının qalınlığı elə olmalıdır ki,
sürtünmədə iştirak edən detalların səthləri arasında xarici sürtünmə getməsin. Bu sürtünmə yağ
layları arasındakı daxili sürtünmə ilə (ona bəzən hidrodinamik sürtünmə də deyilir) əvəz edilsin.
Yağların yeyilməyə qarşı davamlılığını yüksəltmək üçün onlara yağlama xüsusiyyətlərini
yaxşılaşdıran aşqarlar qarışdırılır.
Yağların korroziya xüsusiyyətləri onların içərisində suda həll olunan və üzvü turşuların,
həmçinin qələvilərin miqdarı ilə qiymətləndirilir. Detalların üzərində korroziyanın yaranma
səbəblərindən biri də yağın tərkibində suyun olmasıdır. Mühərrik detalları içərisində korroziyaya
ən çox məruz qalan qurğuşunlu tuncdan hazırlanmış (dizel mühərriklərində) yastıqlardır.
Korroziyanın qarşısını müəyyən qədər almaq üçün yağlara çox funksiyalı aşqarlar daxil edirlər.
Oksidləşdirici amillərin təsirindən yağların öz fıziki-kimyəvi xüsusiyyətlərinin uzun müddət
saxlaya bilmə qabiliyyətinə onların kimyəvi sabitliyi deyilir. Mühərrik uzun müddət işlədikdə
onun detallarının üzərində qurum, lak birlşmələri, karterdə isə çöküntülər yığılır. Bu zərərli
birləşmələr yağın oksidləşməsi (karterdəki havanın oksigeni təsirindən) nəticəsində yaranır.
Aparılan tədqiqatlar göstərir ki, porşenin dib hissəsində əmələ gələn qurumun qalınlığı sərf
olunan yağın miqdarından asılı deyil, ancaq mühərrikin istilik rejimindən asılıdır. Mühərrikin
temperaturu artdıqca qurumun qalınlığı azalır. Yağın keyfiyyəti və sərfi qurumun yaranma
sürətinə təsir edir (mühərrikin ilk işləmə müddətində). Qurumun qalınlığı müəyyən qiymətə
çatdıqdan sonra sabit qalır. Qurumun yaranma sürətinə həmçinin yanacağın keyfiyyəti və işçi
qarışığının tərkibi də böyük təsir göstərir.
Lak birləşmələri əsasən porşen və onun üzüklərindəki nazik yağ təbəqəsinin oksidləşməsi
nəticəsində yaranır. Bu səbəbdən üzüklər porşen kanallarında (qanovlarında) pərçimlənir, işləmə
qabiliyyətini itirir, mühərrikdə kompressiya aşağı düşür, yanacaq sərfi artır, işlənmiş qazlar
karterə keçir, yağm köhnəlmə prosesi sürətlənir və s.
35
Mühərrikin normal işləməsinə aşağı temperaturlarda əmələ gələn çöküntülər də təsir
edirlər. Çöküntülərin təsirindən süzgəclər tutulur, yağ qəbuledicinin toru işləmə qabiliyyətini
itirir. Bu zərərli proseslərin təsirindən hissələrə və xüsusən yastıqlara yağ vurulmadığından onlar
sürətlə yeyilərək sıradan çıxır.
Mühərrik yağlarında mexaniki qarışıqların olması hissələr arasında mayeli sürtünməni
pozduğu üçün (abraziv yeyilmənin hesabına) detalların yeyilmə şiddəti artır, suyun olması isə
korroziyanın və aşağı temperaturlarda buz kristallarının əmələ gəlməsinə səbəb olur.
Dostları ilə paylaş: |