Plastik yağlar.
Avtomobilin bir çox açıq birləşmələri üçün yağlama materialı kimi plastik
yağlardan (bu yağlara bəzən konsistent yağlar da deyilir) istifadə edilir. Bu yağların istifadə
edilməsi vaxt itkisi ilə əlaqədar olduğundan yeni avtomobillər layihə etdikdə açıq birləşmələrin
sayı mümkün qədər azaldılır. Bu məqsədlə rezin materiallardan və plastik kütlələrdən, yüksək
keyfiyyətli yağlardan və avtomatik təsir edən yağlama qurğularından geniş istifadə edilir.
Plastik yağlar sürtünmə qovşaqlarına kiçik təzyiq altında vurulmalı, sürtünən səthləri kənar
zərərli birləşmələrdən qorumalı, korroziya əmələ gətirməməli və s. bu kimi tələbləri təmin
etməlidirlər.
Plastik yağların işləmə qabiliyyətini qiymətləndirən əsas istismar göstəricisi
effektiv
özlülükdür.
Effektiv özlülük yağın reoloji xüsusiyyətlərini, yəni, müxtəlif mexaniki yüklərin
təsirindən öz formasını dəyişmə qabiliyyətini xarakterizə edir. O, yağ qatlarının sürüşmə
gərginliyindən və sürətindən asılıdır. Plastik yağın açıq birləşmələrə daxil olması effektiv
özlülükdən asılıdır. Bu özlülük artdıqca yağın nöqtələrə vurulması çətinləşir.
Plastik yağların həqiqi yağlama qabiliyyəti
damcı düşmə temperaturu
ilə qiymətləndirilir.
Bu göstərici yağın hansı temperatura qədər öz işləmə qabiliyyətinin saxlanılmasını müəyyən
edir. Əgər plastik yağın damcı düşmə temperaturu yastığın (qovşağın) normal işləmə
temperaturundan aşağıdırsa, onda yağ birləşmədən axır, detallar sürətlə yeyilib sıradan çıxır. Bu
halın qarşısını almaq üçün damcı düşmə temperaturu sürtünmədə iştirak edən detalların
temperaturundan
10-15 °C böyük qəbul edilir.
Açıq birləşmələrin ömür uzunluğu və etibarlı yağlanması plastik yağların kimyəvi
sabitliyindən də çox asılıdır, yəni, bu yağlar oksidləşməyə qarşı davamlı olmalıdırlar. Korrozion-
mexaniki yeyilmənin qarşısını almaq üçün plastik yağların tərkibində qələvi və su, abraziv
yeyilmənin baş verməməsi üçün isə mexaniki qarışıqlar olmamalıdır.
Plastik yağlar bir sıra mənfi xüsusiyyətlərə malik olduqları üçün (aşağı temperaturlarda
yağlama qabiliyyətini itirir, qovşaqlara yüksək təzyiq altında vurulur, istehsalının maya dəyəri
yüksəkdir və s.) son zamanlar bu yağlar avtomobillərin konstruksiyalarında az işlədilir. Arıtq bir
sıra hallarda plastik yağların əvəzinə transmissiya yağları istifadə edilir.
|