Etibarlılıq göstəricilərinin təyin olunma prinsipləri
Bilirik ki, istismar zamanı nəqliyyat vasitəsinə həddindən çox müxtəlif xarakterli amillər
təsir edir. Bunun nəticəsində onun aqreqat və mexanizmlərinin etibarlılığı da müxtəlif formada
dəyişir. Etibarlılıq göstəricilərini təyin etdikdə hərəkət tərkibinin işi ilə əlaqədar olan amillərin
hamısının təsirini nəzər almaq mümkün deyil. Bu baxımdan hər hansı bir mürəkkəb sistem kimi
nəqliyyat vasitəsinin də etibarlılığı ehtimal xarakteri daşıyır, özü də aparılan təcrübələrin
(sınaqların) nəticə-sində alınan statistik məlumatlar əsasında təyin edilir. Bu isə böyük miqdarda
statistik məlumatların olmasını, onların işlənilməsini və mürəkkəb hesablamaların yerinə
yetirilməsini tələb edir. Həqiqətdə isə (praktikada) etibarlılıq göstəriciləri məhdud sayda
götürülmüş nəqliyyat vasitələrinin (bizim mi-salda avtomobillərin) sınağı nəticəsində əldə edilən
statistik məlumatlara görə təyin edilir. Bunun üçün əvvəlcə təsadüfi kəmiyyətlərin (yürüşün)
ədədi xarakteristikaları hesablanır ki, bunlar da paylanma qanunlarının parametrləridir. Bunlara
aiddir:
1. Riyazi gözləmə - təsadüfi kəmiyyət üçün alınan qiymətlərin qruplaşma mərkəzini
xarakterizə edir, yəni, alınmış qiymətlərin orta qiymətidir.
0
1
1
N
i
i
l
N
l
burada:
0
N
- sınaq üçün götürülmüş elementlərin sayı;
i
l
-
i
-ci elementin son həddinə
(imtinaya) qədər olan yürüşdür.
2. Dispersiya və ya orta kvadratik meyllənmə - alınmış göstəricilərin orta qiymət ətrafında
yayılma xüsusiyyətini xarakterizə edir.
2
D
;
1
)
(
0
1
2
0
N
l
l
N
i
i
3. Variasiya əmsalı - ayrı-ayrı elementlərin imtinaya qədər yürüşlərinin yayılma dərəcəsini
qiymətləndirir.
l
v
4. Variasiya amplitudası - təsadüfi kəmiyyətlər üçün alınmış göstəricilərin maksimum və
minimum qiymətləri arasındakı fərq kimi təyin edilir:
min
max
l
l
R
Göstərilən parametrlərin təyin edilməsi üçün əvvəlcə yürüşün bir tərəfə dəyişməsi şərti ilə
paylanma sırası cədvəli tərtib edilir.
|