Mühazirə 19.
Etibarlılıq kriteriyalarının təyini
Hərəkət tərkibinin işləmə qabiliyyəti böyük miqdarda konstruktiv-texnoloji və istismar
amillərindən asılı olduğu üçün onun etibarlılığı bir və ya iki göstərici ilə qiymətləndirilə bilməz.
Bu baxımdan nəqliyyat vasitəsinin etibarlılığı göstəricilər sistemi ilə xarakterizə edilir ki, bunlara
bəzən etibarlılıq kriteriyaları deyilir. Bu kriteriyalar həm nəzəri (dəqiq) şəkildə (riyazi ifadələr
vasitəsilə), həm də statistik məlumatlar əsasında təyin edilir.
Etibarlılıq kriteriyaları bərpa olunmayan və təmir olunan nəqliyyat elementləri üçün aynlıqda
hesablanır.
Bərpa olunmayan elementlərin əsas etibarlılıq göstəriciləri aşağıdakılardır:
1. İmtinasız işləmə ehtimalı.
2. İmtinaların intensivliyi.
3. İmtinaya qədər orta yürüş.
4. Qamma-faizli resurs.
Birinci üç göstərici imtinasızlığı, axırıncı isə ömür uzunluğunu qiymətləndirir.İmtinasız
işləmə ehtimalı elə ehtimala deyilir ki, verilmiş istismar şəraitində və yürüş intervalında
konstruksiyada heç bir imtina baş verməsin.
|