təmirəyararlılıq
deyilir.
Təmirəyararlılığın xüsusiyyətlərindən asılı olaraq avtomobilin müxtəlif xarakterli texniki
təsirlər altında boş dayanmaları və görüləcək işlərin həcmi dəyişir. Avtomobilin təmirə
yararlılığı aşağıdakı əsas xüsusiyyətləri ilə müəyyən edilir (qıymətləndirilir):
1. Konstruksiyanın TQ və təmir obyektinə əlverişli olması - avtomobilin müxtəlif texniki
təsirlər altında (xüsusən təmirdə) boş dayanma müddətinin aşağı salınması baxımından xüsusi
əhəmiyyət kəsb edir. Bu xüsusiyyət avtomobıldə TQ və CT işlərini yerinə yetirərkən tələb
olunan köməkçi işlərin həcmini minimuma endirməlidir. Bununla yanaşı əməliyyatların
aparılması zamanı işçilərin müxtəlif vəziyyətlərdə olmalarından asılı olmayaraq onların
yorğunluğu hiss edilməməlidir. Əks təqdirdə TQ və CT işlərinin yerinə yetirilmə keyfıyyətı aşagı
düşür. Praktiki olaraq avtomobilin imtinasız işləyən elementlərinə bu xüsusiyyətin tətbiq
edilməsi məcburi deyil. Məsələn, səs siqnalı demək olar ki, tamamilə imtinasız işləyir. Buna görə
də onun harada yerləşdirüməsinin mənfi təsiri yox dərəcəsindədir.
2. Avtomobil elementlərinin qarşılıqlı əvəz olunma xususiyyəti - təmirəyararlılığın elə bir
xüsusiyyətidir ki, bir qrup eyni adlı elementlərdən (detallardan, qovşaqlardan) hər hansı birini
götürüb heç bir əlavə hazırlıq işləri aparmadan (nizamlama işləri istisna olmaq şərtilə) yerinə
qoyulduqda o, öz normal işləmə qabiliyyətini saxlaya bilsin.
3. Aqreqat və detalların unifikasiya xüsusiyyəti - eyni təyinatlı müxtəlif konstruksiyalı
avtomobil elementlərinin sayının minimuma endirilməsinə deyilir. Unifıkasiya xüsusiyyəti TQ
və CT proseslərini sadələşdirir, ehtiyat hissələrinin nomenklaturasını azaldır. Bu xüsusiyyət
avtomobilin bərkitmə elementlərinin (bolt, sancaq, qayka və s.) miqdarının və yağlama
materiallarının çeşidlərinin azaldılması baxımından böyük əhəmiyyətə malikdir. Eyni funksiyanı
yerinə yetirən elementlərin sayının azaldılması sənayedə onların hazırlanma texnologiyasını
sadələşdirir, istismarda istifadə ediləcək avadanlıqların və alətlərin sayını azaldır.
46
4. Qaraj avadanlığının varisliyi - istismar və xidmət müəssisələrində olan, TQ və CT
zonalarında işlədilən avadanlıqların avtomobilin tipindən və markasından asılı olmayaraq
istifadə edilməsi üçün yararlığı xüsusiyyətidir. Avtomobilin açıq birləşmələrində işlədilən
yağdanların eyni konstruksiyaya malik olmaları onların bütün avtomobillərdə işlədilməsinə
imkan verdiyi kimi, müəssisələrdə eyni adlı qaraj avadanlığının da tətbiq edilməsinə şərait
yaradır. Bu xüsusiyyət eyni ölçülü bərkitmə elemetnləri üçün də əsasdır.
Təmirəyararlılığı qiymətləndirən əsas parametrlər bunlardır: orta bərpa olunma vaxtı, TQ-
un aparılma vaxtı, TQ və CT-in xüsusi əmək tutumu, dəyəri, bərpalar axınının parametri, texniki
hazırlıq və istifadə əmsalları.
Təmirəyararlılıq baxımından bütün avtomobil elementləri iki böyük qrupa bölünür: a)
bərpa olunmayan və b) bərpa olunan elementlər.
İşləmə qabiliyyəti təmir vasitəsilə bərpa edilə bilməyən detallara
bərpa olunmayan
elementlər deyüir. Bunlara rezin-texniki məmulatlar (tormoz qəlibləri, araqatlar, kipgəclər),
elektrotexniki məmulatlar (lampalar, qoruyucular, şamlar), tez yeyilən detallar (üzüklər, içliklər),
hərəkətin təhlükəsizliyini təmin edən detallar (sükan dartqılarının kürəli barmaqları, şkvoren
oymaqları) və s. aiddir.
Parametrləri buraxıla bilən maksimum qiymətlərinə çatdıqdan sonra təmir yolu ilə yenidən
bərpa edilə bilən avtomobil hissələrinə
bərpa olunan
elementlər deyilir. Bu elementlərə misal
olaraq avtomobilin aqreqatlarını, mühərrikin dirsəkli valını və silindrlər blokunu, tormoz
mexanizmi və s.-ni göstərmək olar.
Texniki sənədlərdə verilmiş istismar göstəricilərini nəql etmə və müəssisə ərazisində
saxlanılma müddətində avtomobilin mühafizə edilmə xüsusiyyətinə onun
Dostları ilə paylaş: |