təyin edən metodları, texniki vasitələri və alqorimləri, qalıq resursunun proqnoz edilməsini,
həmçinin diaqnostika sistemlərinin hərəkət tərkibinin texniki istismar proseslərində istifadə
50
Diaqnostika etmə
- obyektin (avtomobil, aqreqat, mexanizm, sistem) texniki vəziyyətini
onu sökmədən, xarici əlamətlərə görə, onun vəziyyətini xarakterizə edən kəmiyyətlərin
ölçülməsi və onların normativlərlə müqayisəsi yolu ilə təyin edilməsi (texniki diaqnozun
qoyulması) və onun saz, imtinasız iş resursunun qiymətləndirilməsi prosesidir. O, avtomibillərin
texniki qulluq və təmir sistemini onların texniki vəziyyəti haqqında fərdi informasiya ilə təchiz
edir və beləliklə, bu sistemin elementidir. Diaqnostika prosesi üç əsas mərhələdən ibarətdir:
-
diaqnostik simptompların və paramrtrlərin qiymətlərinin onların nominal
qiymətlərindən fərqinin (meyllənməsinin) təyin olunması;
-
bu fərqlərin yaranma səbələrinin və xarakterinin təhlili;
-
saz iş resursunun qiymətinin müəyyən edilməsi.
İkinci mərhələ texniki diaqnozun qoyulmasını və ya diaqnostik nəticənin verilməsini əhatə
edir.
Dostları ilə paylaş: