Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   ...   4   5   6   7   8   9   10   11   12

Bakı şəhəri, 25 iyul 1997-ci il 

№ 312-IQ 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI  

1.   30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 7, maddə 505

2.   23 dekabr 2005‐ci il tarixli 32‐IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 2, maddə 64

3.  

20  oktyabr  2009‐cu  il  tarixli  893‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009‐cu il, №289

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

20 oktyabr 2009‐cu il tarixli 893‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan”  qəzeti,  27  dekabr  2009‐cu  il, №289)  ilə  preambuladan  ʺAzərbaycan 

Respublikası ərazisindəʺ sözləri çıxarılmışdır. 

20 oktyabr 2009‐cu il tarixli 893‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009‐cu il, №289) ilə II fəslin adında, 1‐ci, 5‐ci, 6‐cı, 

10‐13‐cü,  16‐cı,  20‐ci,  23‐cü,  27‐ci,  29‐cu,  30‐cu  və  33‐cü  maddələrin  mətnində, 3‐cü, 

14‐cü,  15‐ci,  17‐ci,  18‐ci,  19‐cu,  21‐ci,  25‐ci,  28‐ci,  32‐ci,  35‐ci  və  41‐ci  maddələrin 

adında  və  mətnində  ismin  müvafiq  hallarında  ʺsənaye  mülkiyyəti  obyektiʺ  və 

ʺsənaye  mülkiyyəti  obyektləriʺ  sözləri  müvafiq  olaraq  ʺixtira,  faydalı  model  və 

sənaye nümunəsiʺ və ʺixtira, faydalı model və sənaye nümunələriʺ sözləri ilə əvəz 

edilmişdir. 

20 oktyabr 2009-cu il tarixli 893-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 1-ci maddənin ikinci abzas 

çıxarılmışdır. 

20 oktyabr 2009-cu il tarixli 893-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 1-ci maddənin üçüncü abzası yeni 

redaksiyada verilmişdir. 




Əvvəlki redaksiyada deyilirdi: 

ixtira––  sənayenin  və  təsərrüfatın  digər fəaliyyət  sahələrində  konkret  problemin 

praktik həllinə imkan verən, patent qabiliyyəti şərtlərini ödəyən yeni həll; 

20 oktyabr 2009-cu il tarixli 893-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 1-ci maddənin dördüncü abzası yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

faydalı  model  ––  istehsal  vasitələrinin  və  istehlak  əşyalarının,  yaxud  onların tərkib 

hissələrinin konstruktiv həlli; 

20 oktyabr 2009‐cu il tarixli 893‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan”  qəzeti,  27  dekabr  2009‐cu  il,  №289)  ilə  1‐ci  maddənin  yeddinci 

abzası yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

üsul  ––  bir‐biri  ilə  bağlı  proseslərin  müəyyən  ardıcıllıqla  maddi  obyekt  üzərində 

yerinə yetirilməsi; 

20 oktyabr 2009-cu il tarixli 893-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 1-ci maddənin səkkizinci abzası 

yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

maddə –– süni surətdə yaradılan maddi törəmə; 

20 oktyabr 2009‐cu il tarixli 893‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009‐cu il, №289) ilə 3‐cü maddənin üçüncü hissəsi 

yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

İctimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olan ixtira, faydalı model və 

sənaye nümunəsi patentlə mühafizə edilmir. 




30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  7,  maddə  505)  ilə  4‐cü  maddənin  üçüncü 

bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

3.

 Müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin maliyyələşdirilmə mənbələri Azərbaycan 



Respublikası dövlət büdcəsindən ayrılan vəsait, patent rüsumları və göstərdiyi xidmətlərə görə 

ödənişlərdir. 

20 oktyabr 2009‐cu il tarixli 893‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan”  qəzeti,  27  dekabr  2009‐cu  il,  №289)  ilə  5‐ci  maddənin  adında  və 

mətnində,  28‐ci,  29‐cu,  31‐ci,  32‐ci,  34‐cü  və  37‐ci  maddələrin  mətnində  ismin 

müvafiq  hallarında  ʺApellyasiya  komissiyasıʺ  sözləri  müvafiq  olaraq  ʺApellyasiya 



şurasıʺ sözləri ilə əvəz edilmişdir. 

20 oktyabr 2009-cu il tarixli 893-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 6-cı maddənin 3-cü bəndi yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

3.  Patent  müvəkkili  patent  sahibi  və  ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin 

müəllifi ola bilməz. 

20 oktyabr 2009‐cu il tarixli 893‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009‐cu il, №289) ilə 7‐ci maddənin 1‐ci bəndi yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

1.  Aşağıdakı obyektlər ixtira sayıla bilər: 

qurğu; 

üsul; 


maddə; 

mikroorqanizm ştammı; 

bitki və heyvan hüceyrələrinin kulturaları; 

əvvəllər məlum  olan  qurğunun,  üsulun, maddənin,  mikroorqanizm  ştammının  yeni 

təyinatla tətbiqi. 

20 oktyabr 2009-cu il tarixli 893-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 7-ci maddənin 2-ci bənddə "ixtira 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə