Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə43/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   39   40   41   42   43   44   45   46   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
99 
 
Vərəm plevritinin diaqnostikasına dair tövsiyələr 

 
Döş qəfəsinin rentgenoqrafiyası, KT-na üstünlük verilməklə; 

 
Plevral ekssudatın hüceyrə tərkibinin müayinəsi; 

 
Plevral ekssudatda VM-nin mikroskopiya və əkmə üsulu ilə müayinəsi; 

 
Plevral ekssudatın biokimyəvi müayinəsi (qlükoza, pH, ADA, İFN-qamma); 

 
Plevranın punksion biopsiyası: 
o
 
Kazeoz qranulyomalar aşkarlamaq üçün histoloji müayinə; 
o
 
Punksion  materialdan hazırlanmış  yaxmaların turşuya davamlı  bakteriyaları 
aşkarlamaq üçün mikroskopik müayinəsi; 
o
 
Yaxmaların VM-yə görə əkmə müayinəsi. 

 
Punksion  biopsiyanın  nəticələri  mənfi  olarsa,  lakin  plevranın  vərəminə  və  ya 
bədxassəli  zədələnməsinə  şübhə  qaldıqda  plevranın  torakoskopik  biopsiyası  tövsiyə 
olunur; 

 
Yuxarıda  göstərilən  metodlar  informativ  olmadıqda  vərəmi  aşkarlamaq  üçün  əlavə 
olaraq PZR müayinəsinin aparılması tövsiyə olunur. 
Vərəm plevritinin müalicəsinə dair tövsiyələr 

 
Vərəmin kimyəvi terapiyası aparılmadan da bəzən ekssudatın sorulması mümkündür, 
lakin, bu hallarda təsadüf edilən residivlərin səviyyəsi daha yüksək olur. 

 
Vərəm plevritinin müalicəsi AKV adi formalarında aparılan müalicəyə uyğun aparılır. 
o
 
müalicə rejimi: 2HREZ/4HRE 

 
DD VM aşkar edildiyi hallarda müvafiq müalicə rejimi təyin edilir.  

 
VƏD-lərin plevra daxilinə yeridilməsi tövsiyə olunmur. 

 
Plevral  ekssudatın  rezorbsiyası  6-12  həftə  müddətində  baş  verir,  buna  görə  də  onun 
evakuasiyası  yalnız  plevral  boşluğa  toplanan  mayenin  miqdarı  çox  olduqda  və 
tənəffüs aktında kompression çətinliklər meydana çıxdığı hallarda göstərişdir. 

 
Nadir  hallarda  bronxopulmonal  fistulalar,  plevranın  empiyeması,  fibrotoraks  kimi 
fəsadlar  formalaşa  bilər  ki,  bunlar  da  AV-nin  cərrahi  müalicəsinə  dair  protokola 
uyğun xüsusi cərrahi müalicə metodlarının təyinini tələb edir. 
 
Vərəm perikarditi 
AKV-nin  bu  klinik  forması  əksər  hallarda  İİV-ə  yoluxmuş  xəstələr  arasında,  nadir 
hallarda  isə  digər  xəstələrdə  müşahidə  olunur.  Vərəm  perikarditi  vərəm  infeksiyasının 
mediastinal limfa vəzilərindən, ağciyərlərdə və onurğada olan ocaqlardan yayılması nəticəsində 
inkişaf edir. Ləng inkişaf edən formalarda adətən perikard boşluğuna toplanan mayenin təsiri 
nəticəsində  təngnəfəslik,  periferik  ödemlər  şəklində  ürək-damar  pozğunluqları  meydana  çıxır. 
Bəzi hallarda xəstəlik kəskin başlayaraq özünü yüksək hərarət və ürək nahiyəsində qəfil ağrılar 
ilə  biruzə  verir.  Müayinə  zamanı  bu  xəstələrdə  ürək  hüdudlarının  böyüməsi,  taxikardiya, 
perikardın sürtünmə küyü, parodoksal nəbz (dərin nəfəsalma zamanı A/T-in enməsi və nəbzin 
dolğunlaşması), boyun venalarının genişlənməsi kimi simptomlar müşahidə edilir. 
Diaqnostika  nöqteyi-nəzərindən  perikardın  biopsiyası  perikardial  ekssudatın  müayinəsinə 
nisbətən 
daha 
informativdir. 
Vərəm 
əleyhinə 
kimyəvi 
terapiya 
ilə 
yanaşı 
qlükokortikosteroidlərin  təyini  xəstəliyin  simptomlarının  daha  tez  itməsini  və  perikard 
boşluğundan mayenin daha tez sorulmasını təmin edir. 
Vərəm perikarditinin diaqnostikasına dair tövsiyələr 

 
Döş  qəfəsinin  icmal  rentgenoqramması,  divararalığının  KT  müayinəsinə  üstünlük 
verilməklə; 

 
Exokardioqrafik müayinə; 

 
Perikardial punksiya və perikardial mayenin müayinəsi; 
o
 
vərəm  perikarditi  üçün  vərəm  plevritində  olduğu  kimi  hüceyrə 
elementlərinin  sayının  artması  və  qlükozanın  miqdarının  azalması 
xarakterikdir; 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
100 
 
o
 
mikroskopik  müayinələrin  nəticələrinin  müsbət  olması  xarakterik 
deyil; 
o
 
VM-nin əkmə üsulu ilə aşkarlanması yalnız 25-50% hallarda mümkün 
olur; 
 
Vərəm perikarditinin müalicəsinə dair tövsiyələr 

 
Vərəm perikarditinin müalicəsi AKV digər formalarında olduğu kimi aparılır  
o
 
müalicə rejimi: 2HREZ/4HRE 

 
VM-nın DD-ğı aşkarlandığı hallarda müvafiq müalicə sxemi təyin olunur;  

 
Yaşlı  xəstələrə  vərəm  əleyhinə  terapiya  fonunda  sutkada  60  mq  olmaqla  və  6-12 
həftə ərzində dozanı tədricən azaltmaqla (əgər eyni zamanda perikardial ekssudatın 
miqdarı azalarsa) prednizolon təyin olunur; 

 
Xroniki  konstriksiya  inkişaf  edərsə,  perikardın  drenaj  olunması  və  ya 
perikardektomiya göstərişdir. 
 
Sümük-oynaq sisteminin vərəmi 
AKV-nin  klinik  formaları  arasında  sümük-oynaq  sisteminin  vərəminə  35%  hallarda 
təsadüf  edilir.  Ən  çox  onurğa,  sonra  isə  iri  oynaqların  (bud-çanaq  və  diz  oynaqları)  birtərəfli 
zədələnməsi və digər sümüklərin osteomieliti müşahidə edilir. 
Spinal  zədələnmələr  arasında  onurğanın  döş  hissəsinin  vərəminə  daha  çox  təsadüf 
edilir.  Bir  qayda  olaraq  infeksiya  fəqərələrin  ön-daxili  hissələrindən  başlayaraq  yaxında 
yerləşən  fəqərəarası  disklərə  və  qonşu  fəqərələrin  cisimlərinə  yayılır.  Bu  da  öz  növbəsində 
onların  bir-birinə  pərçim  olmasına  və  onurğanın  əyilməsinə  (gibbus)  səbəb  olur.  Müalicə 
aparılmazsa  və  ya  gecikmiş  diaqnostika  əksər  hallarda  infeksiyanın  ətraf  toxumalara 
yayılmasına, paravertebral və ya bel əzələləri nahiyəsində absesin əmələ gəlməsi ilə nəticələnir. 
Xəstələr  zədələnmiş  nahiyədə  ağrıların  olmasından,  ümumi  intoksikasiya  əlamətlərinin 
müşahidə  edilməsindən  şikayət  edirlər.  Çox  vaxt  onurğa  beyninin  sıxılmasının  nəticəsində 
paraplegiya əlamətləri inkişaf edir.  
 
İri  oynaqların  vərəmi  sümük-oynaq  sisteminin  vərəmi  arasında  təsadüf  edilmə 
tezliyinə  görə  2-ci  yeri  tutur.  Ən  çox  bud-çanaq  və  diz  oynaqlarının  vərəminə  təsadüf  edilir. 
Xəstəlik  yarımkəskin  gedişata  malik  olub,  oynaqlarda  şişkinliyin,  ağrının  olması  və  hərəki 
pozğunluqlarla  xarakterizə  olunur.  Sümük  toxumasının  osteomieliti  bilək  tunel  sindromunun, 
tendovaginit, üz sinirinin iflici kimi ağırlaşmalarla müşayiət olunur. Xroniki hallarda abseslərin 
və  xarici  irinli  fistulların  formalaşması  mümkündür.  Ümumi  simptomlar  adətən  müşahidə 
edilmir. Rentgenoqramlarda ətraf toxumaların ödemləşməsi, osteoporoz və osteopeniya (sümük 
toxumasının sıxlığının azalması), oynaqarası sahələrin daralması, qığırdaq səthlərinin eroziyası 
təyin  edilir.  MRT  müayinəsi  sümük  toxuması  və  ətraf  toxumaların  vəziyyəti  haqqında  daha 
ətraflı  məlumat  verdiyi  üçün  seçim  metodu  olmalıdır.  Belə  xəstələrin  əksəriyyətində 
ağciyərlərdə vərəmin qalıq əlamətləri müşahidə edilir. 
 
Sümük-oynaq sisteminin vərəminin erkən diaqnostikası üçün TSH həkimlərinin yüksək 
sayıqlığının olması zəruridir. Onurğanın döş hissəsinin ləng gedişatlı osteomielit əlamətləri və 
ya iri oynaqların septik mono-artritləri zamanı qeyri-spesifik bakterial infeksiyanı aşkarlamaq 
məqsədi  ilə  aparılan  əkmə  müayinələri  mənfi  nəticə  verdikdə  ilk  növbədə  vərəmə  şübhə 
yaranmalıdır. Oynaqların punksiyası zamanı alınan sinovial mayenin VM-ni aşkarlamaq üçün 
əkmə  üsulu  ilə  müayinəsi  və  biopsion  materialın  histoloji  müayinəsi  80%  hallarda  müsbət 
nəticə verir. 
Sümük-oynaq sistemi vərəminin diaqnostikasına dair tövsiyələr 

 
Aktiv  AV inkar etmək üçün ağ  ciyərlərin rentgenoqrafiyası  və  bəlğəmin  bakterioloji 
müayinəsi; 

 
Onurğanın,  oynaqların  və  sümük-oynaq  sisteminin  digər  şöbələrinin  rentgenoqrafik 
müayinəsi (MRT-na və ya KT-ya üstünlük verilməklə); 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə