Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
95
-
Ümumi zəiflik;
-
Dəri örtüyünün avazıması;
-
Arıqlama;
-
Gecə tərləmələri.
Yerli simptomlar prosesin lokalizasiyasından asılı olaraq müxtəlif və çox saylıdır. Yerli
simptomlara əsasən prosesin lokalizə olunduğu orqanda ağrı və həmin orqan və sistemlərin
funksional pozğunluğunun olması aiddir.
Anamnez. AKV-nin diaqnostikasında vərəmli xəstə ilə təmasın və ya əvvəllər latent və
ya fəal formalı vərəmlə xəstələnmə haqqında məlumatın olması mühüm əhəmiyyət kəsb edir.
Xəstəlik mənbəyində DD mövcudluğu və ya yarana bilməsi üçün risk əlamətlərinin olması
haqda ehtimalın olması xüsusi diqqət tələb edən məqamlardandır.
AKV-yə şübhə yaradan əsas məqamlar cədvəldə öz əksini tapmışdır.
İİV- infeksiyası
Xroniki limfadenopatiya (xüsusən boyun nahiyyəsində)
Ekssudativ plevritlər (plevral mayedə limfositlərin üstünlüyü ilə, VM-nin əkmə üsulu ilə
aşakrlanmaması və plevral vərəqələrin qalınlaşması ilə)
Oynaqların bir tərəfli iltihabı (VM-nin əkmə üsulu ilə aşkarlanmaması ilə)
Döş qəfəsi daxili strukturların cəlb olunması ilə müşayiət edilən
onurğa osteomieliti
Onurğa beyni mayesində pleositoz, yəni limfositlərin və zülalların artması, qlükoza və
xloridlərin azalması
Perikard boşluğuna naməlum səbəbdən maye yığılması, sıxıcı perikardit, perikardın
kalsifikasiyası
Kron xəstəliyi və amebiazın differensial diaqnostikası
Assit mayesində limfositlərin üstünlüyü ilə və əkmə müayinəsində VM-nin aşkar
edilməməsi ilə müşayiət edilən assit
Daimi, müalicəyə tabe olmayan piuriya
Xüsusi müayinə metodları. Diaqnostik müayinələrin sonrakı mərhələsində xüsusi
instrumental və laborator müayinə metodlarından istifadə edilir.
AKV-də bakteriya ifrazına nadir hallarda təsadüf edildiyindən diaqnostik məqsəd ilə
müxtəlif müayinə metodlarının: rentgenoqrafik, bakterioloji, histoloji, biokimyəvi, USM və
digər metodların birgə tətbiqi vacibdir. Bu kompleks müayinə nəticəsində xəstəliyin
etiologiyası, törədicinin xüsusiyyətləri, xəstəliyin lokalizasiyası, vərəm prosesinin ölçüsü və
xarakteri müəyyən edilir. AKV yaranma ehtimalı immun siteminin vəziyyəti ilə sıx əlaqədar
olduğu üçün İİV müayinənin aparılması zəruridir.
AKV ilə xəstələnənlərin xüsusi müayinəsi üsullarına dair tövsiyələr (Burean Tuberkulosis
Control New York City Department of Health and Mental Hygiene.
Clinical Policies and
Protocols 4
th
Edition March 2008 –na əsasən)
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
96
Vərəmin şübhə olunan
formaları
Tövsiyə edilən müayinə metodları
Sümük-oynaq
sisteminin
vərəmi
Rentgenoqrafiya, sümük və oynaqların MRT
müayinəsi, artrosintez, sümük toxumalarının və sinovial
qişalarının biopsiyası
Vərəm meningiti
Onurğa beyinin punksiyası, KT, MRT
Ağciyər
rentgenoqramlarında
kiçik
ocaqlı dəyişikliklər
Bəlğəmin
induksiyası,
bronxoskopik
müayinə
vasitəsilə bronxların yuyuntusunun VM-yə müayinəsi,
transbronxial
biopsiya,
mədənin
yuyuntu sularının
müayinəsi
Vərəm perikarditi
Exokardioqramma,
biokimyəvi
göstəricilərin
(laktatdehidrogenaza, zülal, qlükoza, PH), hüceyrə
tərkibinin,VM-ni təyin etmək üçün mikroskopiyanın və
əkmə üsulunu tətbiqi ilə perikardın punksiyası, perikardın
biopsiyası
Periferik limfa vəzilərinin
(xüsusi
ilə
boyun
limfa
vəzilərinin) vərəmi
Limfa vəzilərinin nazik iynəli və ya ekssizision
biopsiyası
Vərəm peritoniti
Qarın boşluğunun USM və ya KT müayinəsi, qarın
boşluğunun
biokimyəvi
göstəriciləri
-
zülal, qlükoza, PH, hüceyrə tərkibini və VM-ni təyin etmək
üçün mikroskopik və əkmə üsulu ilə müayinələrin
aparılması məqsədilə qarın boşluğunun parasentezi,
peritonun biopsiyası
Vərəm plevriti
DQR, biokimyəvi göstəricilər (laktatdehidrogenaza,
zülal, qlükoza, PH), hüceyrə tərkibini, VM təyin etmək
üçün mikroskopik və əkmə üsulu tətbiqi məqsədilə plevral
punksiya, plevranın biopsiyası
Müalicənin
prinsipləri
1.
Bəzi prinsipləri nəzərə alınmaqla AKV müalicə rejimi AV müalicə rejimi ilə eynidir.
2.
AKV müalicəsində VƏD-lərin intermittə edici rejimi tövsiyə edilmir.
3.
Əksər hallarda DD spektrini təyin etmək mümkün olmadığı üçün 1-ci sıra VƏD ilə 6 aylıq
standart müalicə rejiminin tətbiqi tövsiyə edilir : 2HREZ/4HRE.
4.
MSS-in, sümük-oynaq sisteminin vərəminin müalicəsi zamanı AV-nin müalicəsinə nisbətən
daha uzun müddət tələb olunur.
5.
Müalicə əsnasında klinik, laborator və instrumental müayinələrin nəticəsində müsbət
dinamika aşkar olunmadıqda DD vərəmin olması haqqında qərar çıxarılır, “uğursuz müalicə”
kimi qeydiyyatdan keçirilərək mövcud müalicə rejiminə 3 ədəd 2-ci sıra VƏD-lər: inyeksion
preparatlar (Km, Am, Cm), flüorxinolonlar (Lfx, Mfx) və tiamidlər (Eto, Pto), əlavə edilərək
yeni rejimlə müalicə təyin edilir.
6.
VM-nin və onların DHT-nin təyini mümkün olduğu hallarda “AV-nin kimyəvi terapiyası”
üzrə klinik protokola əsasən, ağciyərdən kənar orqanların ayrı-ayrı formalarına
uyğunlıaşdırılmış müalicə rejimi təyin edilir.
7.
Xüsusi hallarda (vərəm meningiti və perikarditi) VƏD-lərlə yanaşı qlukokortikosteroidlərin
təyini tövsiyə olunur.
8.
AKV-nin müalicəsi zamanı preparatların sorulmasının zəif olması və VM-nin DD olması
aparılan müalicəyə qarşı orqanizmin verdiyi cavab reaksiyasının zəif olması ilə nəticələnə bilər.
9.
Kimyəvi terapiyanın aparılma şərtlərindən ən vacibi preparatların gündəlik dozalarının
qəbulunun nəzarət altında aparılmasıdır.