123
parçalar verilirdi. «Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal
Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində
yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi» (45, 173).
«Azərbaycan» qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə
bilmişdi. Bunlardan Firudin İbrahimi, M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms,
Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar.
Firqənin sədri S.C.Pişəvəri «Azərbaycan» qəzetinin və ana dilində nəşr
olunan mətbuatın təşkilatçısı olmuşdur. «Azərbaycan» qəzetində ən möhkəm və
məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılmışdır. O,
«Azərbaycan» qəzetinə yaxından rəhbərlik etmişdi (55, 22).
S.C.Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm
problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzetdə məqalələr yazır,
kütləvi yığıncaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı.
Mətbuatın və nəşriyyatın ana dilinə, geniş miqyasda yayılması, ilk dəfə
olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmişi və
gələcəyi gündəlik təsərrüfat işləri haqqında məhz ana dilində söz açması ço x
mühüm hadisə idi. Bu cəhətdən «Azərbaycan» qəzetinin xidməti daha böyükdür
(27, 151).
SEYİD CƏFƏR PİŞƏVƏRİ
Seyid Cəfər Cavadzadə (Xalxali) Pişəvəri 1892-ci ildə Xalxalın
yaxınlığındakı Zaviyə kəndində anadan olmuşdur. Atası Xalxalda məşhur olan
Təbatai seyidlərindən idi. O dövrdə İranda, xususilə Azərbaycan kəndlərində
yaşayış səviyyəsi aşağı olduğundan, əhali qazanc məqsədilə Qafqaza, Bakıya üz
tuturdu. Ailəsi Bakının Bülbülə qəsəbəsində köçüb yerləşəndə Seyid Cəfər 13
yaşlarında idi. Təhsil aldığı yerli məktəbdə həm zəkası, həm də zəhmətsevərliyi
ilə hörmət qazanan Cəfərə müəllimləri hərdən dərs keçməyi etibar edirdi.
Məktəbin təsərrüfat işlərində çalışıb evə maddi kömək göstərirdi. «İttihad»
məktəbində təhsilini başa çatdırandan sonra həmin məktəbdə müəllimlik edir.
124
Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə
başlamışdı. İran Sosialist Demokratik Partiyasının Qafqazdakı təşkilatlarında
siyasi fəaliyyət göstərən zamandan mətbuat aləminə qədəm qoyur.
Bakıda nəşr olunan «Açıq söz» qəzetində məqalələrlə çıxış edirdi. İran
xalqlarının ağır vəziyyəti onu da düşündürür, əzilən xalqların azadlıq və
istiqlaliyyət əldə etməsi yollarını axtarırdı. 1918-ci ildən «Azərbaycan
Cüzilayənfəki-İran» qəzetəsində əməkdaşlıq edir, İran xalqlarının ağır
vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr
nəşr etdirir. Pişəvəri özünə daha geniş mübarizə meydanı axtırır. Buna görə
1919-cu ildə İran «Ədalət» firqəsinin Bakıda açılmış «İttihad» mədrəsəsində
müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan N.Nərimanov, Bəhram Ağazadə
və başqaları ilə əlaqə yaradır.
C.Pişəvərinin ilk publisistik yazısı «Hümmət» qəzetində dərc edilmişdir.
Həmin illərdə o «Açıq söz» və «Azərbaycan cazve layinfək» qəzetlərində
ictimai-siyasi məqalələrlə çıxış edirdi. 1919-cu ildən başlayaraq «Hüriyyət»,
«Azərbaycan füqərası», «Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin
əxbarı», «Kəndli», «Kommunist», «Yeni yol», «Yeni fikir» qəzetlərində, habelə
«Tikan», «Məşəl», «Qızıl qələm», «Maarif», «Şərq qadını» jurnallarında çıxış
etmişdir.
C.Pişəvəri Gənc İşçilər İttifaqının orqanı olan «Yoldaş» qəzetinin
redaktoru olur. Satirik felyetonlarında, ümumiyyətlə, bir sıra mətbu
orqanlarında «Müstəar», «Əcul», «Nadi», «Əhməd Pərviz», «M.C.Cavadzadə»,
«M.C.Cavadzadə Xalxali» imzaları ilə çıxış edir.
İran «Ədalət» Firqəsi Mərkəzi Komitəsinin orqanı olan «Hürriyyət»
qəzetinin redaktoru olan dövrdə İran xalqlarını mübarizəyə səsləyir. Bu qəzetdə
şahlıq üsul-idarəsinin satqınlığını açıb göstərir, imperialistlərin müstəmləkəçilik
siyasətini kəskin tənqid edir və 1919-20-ci illərdə «Hürriyyət» qəzetinin
redaktoru olmaqla bərabər İran «Ədalət» Firqəsi Mərkəzi Komitəsinin xarici
bölməsinin katibi seçilir. İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar
1920-ci ilin may ayında Pişəvəri İrana gedir, Gilan əyalətində baş vermiş
125
Cənkəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda
yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur.
1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı olan «Həqiqət»
qəzetinin redaktoru olur. 1923-cü ilə qədər İranın bir çox şəhərlərində nəşr
olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması
ilə əlaqədar «Həqiqət» qəzeti bağlanır. 1923-cü ilə qədər o, İsfahan şəhərində
gizli fəaliyyət göstərir. Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir,
qəzet və jurnalların çap edilməsi çətinləşir. Bu fəaliyyət ağır şəraitdə 9 il davam
edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. Qəsri-Qacar
adlanan zindanda bütün işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini və
ədəbi-siyasi fəaliyyətini davam etdirir. Sonralar orada qələmə aldığı əsərlərinin
bir hissəsi «Zindan xatirələri» adı altında nəşr olunur. II dünya müharibəsinin
başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Ölkədə demokratik
hərəkatın yaradılmasına, mütərəqqi qüvvələrin birləşməsinə şərait yaranır.
Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci
ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir. 1943-cü il may ayının
23-də nəşr etdiyi «Acir» qəzetinin ilk nömrəsini İran ictimaiyyətinə təqdim
edir. Pişəvəri redaktoru olduğu «Acir» qəzeti vasitəsilə Rza şahın, onunla
birlikdə xalqı soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı
ifşa edir.
Pişəvəri İranda nəşr edilən 48 mütərəqqi qəzeti birləşdirib «Cəbheyi-azadi»
(Azadlıq cəbhəsi) yaratmışdır. Bu qəzetlər vasitəsilə Pişəvəri İran xalqlarının
irtica və imperializm əleyhinə mübarizəsinə, ölkənin qüvvələrini birləşdirməyə
çalışmışdır. Alman faşizminin məğlub olması ilə əlaqədar bütün dünyada
inqilabi hərəkat güclənmiş, itstiqlal və azadlıq uğrunda xalqların mübarizəsi
artmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının mübarizəsinə rəhbərlik edə
biləcək, Azərbaycanda bütün təbəqələri birləşdirə biləcək bir təşkilat –
Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabr ayının 3-də yarandı.
Azərbaycan Demokrat Firqəsinin qarşısında duran xətti-hərəkət 12 Şəhrivər
müraciətnaməsi adı ilə elan olundu.
Dostları ilə paylaş: |