110
istəyirdi. Yazırdılar ki, bizim dərdimizi, arzularımızı özümüz qədər bilən bu
adam kimdir? Bizi onunla görüşdürün.
Söhbət şair Süleyman Rüstəmdən gedirdi. O, çox sonralar qələmə aldığı
«Arazın o tayında» başlıqlı xatirələrində yazırdı: «Bir ay müddətində yaşadığım
bir neçə şeri mətbuata verməkdən çəkindim. Təbrizdəki şairlərlə tanış olmadan,
onların satirik qüdrətlərini bilmədən, bunu etməkdən çəkindim..
Təbrizdə şairlər vardı. Mən M.M.Etimad, Ə.Fitrət və Hilal Nasiri ilə tanış
oldum. Bu şair dostlarımla görüşdən sonra Süleyman Hikmət imzasıyla şerlər
dərc etməyə başladım. İlk şerim «Vətən yandı» idi (49, 276).
Adı çəkilən şer «Vətən yolunda» qəzetinin dekabrın 19-da çıxan (№33,
1941) sayında çap olunmuşdur. həmin sayda onun digər bir «Qalacaq» adlı şeri
də dərc olunmuşdu. Dekabrın 21-də onun qəzetdə növbəti «Dərdli qadın» əsəri
işıq üzü görmüşdü.
«Vətən yolunda», «Azərbaycan» qəzetlərinin oxucuları S.rüstəmin
şeirlərini həm maraqla izləyib oxumaqla yanaşı, həm də fikirlərini,
təəssüratlarını bölüşürdülər. S.Rüstəm yazırdı ki, Təbriz qəzetlərində çap
etdirdiyim şeirlər haqda Tehranda təhsil alan azəri tələbələri məktublar
göndərirdilər. «Vətən yolunda» qəzetimizə təzə şeirlərim haqda fikirlərini
yazırdılar (49, 31).
Təbrizdə Azərbaycanlıların məktəblərdə öz ana dilində deyil, fars dilində
təhsil alması, üstəlik də məktəb daxilində öz doğma ana dilində danışmağa cürət
edən cocuqların məktəbdən xaric olunması onu çox kədərləndiribmiş. Bundan
mütəəssir olan şair «Bir məktəbin qapısında şeri»ni yazır:
Öyrəndim ki, körpənin günahı yalnız budur,
O, Təbriz məktəbində, vətənində elində,
Yoldaşıyla danışıb doğma anan dilində
Təbrizdə cəmi bir il yaşayan şairin sonrakı illərdə orada gördükləri və
keçirdiyi ağrılı-şirinli hissləri, duyğuları uzun illər unuda bilməmişdi.
Görün nə qəribə bir qismətim var,
111
O taylı, bu taylı Süleymanam mən.
deyən şair yaradıcılığında «Cənub həsrəti» geniş bir silsilə təşkil etmişdi.
Hələ 1945-ci ildə qələmə aldığı «Birdir» adlı şerində Azərbaycan Milli
Hökumətin qurulmasından qürur duyaraq
Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin,
Əziz doğma vətən birdir, o sahildə, bu sahildə
fikrini söyləyən şair uzun illər gizlədilən bir sirri-bölünmüş vahid Vətən
Azərbaycan həqiqətini bütün dünyaya çatdırmaq istəyirdi. S.Rüstəm yazırdı ki,
«Vətən yolunda» qəzetinə mənim adıma tək-tük qəribə imzasız məktublar
gəlirdi. Bir məktub müəllifi yazırdı ki, azəri dilində şeİr yazmaq olmaz Şeir
yalnız fars dilində yaranar (49, 314).Sonra S.Rüstəm qeyd edir ki, görünür bu
nadan dünya mədəniyyətindən, ədəbiyyatından xəbərsizdi. Cahildi...Təhqiramiz
məktuba şair «Dəymə» şeri ilə cavab verir.
Mən sənin dilinə dəymirəm, sən də
Gəl mənim bu ana dilimə dəymə,
Sənin də bağın var, gülün var, çəkin
Bağımda əkdiyin gülümə dəymə!
Bu şer bütün Güney Azərbaycan gənclərinin, məktəblilərinin dilində əzbər
olmuşdu.
Milli Hökumət süquta yetirilən günlərdə şahidlərin dediyinə görə «Dilimə
dəymə» şerini oxuyan gənclərə əzab verə-verə öldürürdülər.
1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın ayrılıq
həsrətini: «araz, ayrılıq, həsrət» motivlərinin ədəbiyyata gətirilməsinin
bünövrəsi ilk dəfə «Vətən yolunda» qəzetinin səhifəlrində qoyulmuşdur. Bu
ədəbi proses Süleyman Rüstəmin qəzetin səhifələrində çap olunmuş
«Təbrizim», «Arazın dərdi», «Qardaşımın dərdi», «Araz qırığında», «Yandı»,
«Vətənim» şeirləri ilə başlamışdır. Bunun davamı olaraq Rəsul Rzanın «Vətən
nəğməsi», Məmmd Rahimin «Vətən həsrəti», paralel olaraq güneyli şairlərdən
Mirmehdi Etimadın «Yaşamaz»,Əli Fitrətin «Azərbaycan», M.B.Niknamın
«Şanlı vətənə», Hilal Nasirinin «Köşkü-balaban» şeirlərində ikiyə bölünmüş
112
millətin faciəsindən danışılırdı.
113
V F Ə S Ġ L
MƏTBUAT MĠLLĠ HÖKUMƏTĠN H AKĠMĠYYƏTĠ ĠLLƏRĠNDƏ
(1945-1946)
1945-ci ilin ortalarında Güney Azərbaycanda demokratik hərəkatın II
mərhələsi başladı. Bu mərhələdə İranın hakim təbəqələri demokratik hərəkatın
qarşısını almaq üçün vəziyyəti gərginləşdirməyə çalışırdılar. Azərbaycanın
şəhər, qəsəbə, kəndlərində təhlükəsizliyi təmin etmək, mürtəce qüvvələrin
basqınlarını dəf etmək məqsədilə bir sıra yerlərdə fədai dəstələri yaranmağa
başladı. 1945-ci ilin sentyabrında daha öncələr Xiyabaninin təsis etdiyi
Demokrat Fərqəsi Azərbaycanın tanınmış demokratlardan bir qrupu ADF-ni
bərpa etdilər. Başda Seyid Cəfər Pişəvəri olmaqla ADF-nin yaradılması
haqqında bəyanat verildi. Bəyanatda partiyanın proqram prinsipləri izah edilir
və demokratik İran tərkibində Azərbaycana inzibati-təsərrüfat, mədəni
muxtariyyət verilməsi tədbirləri irəli sürülürdü.
ADF-nin orqanı olan «Azərbaycan» qəzeti vasitəsilə Azərbaycan xalq
qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası
Pişəvərinin rəhbərliyi altında həyata keçirilirdi. 1945-ci il dekabrın 12-də 21
Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli
Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin
edilmişdir. Hökumət 10 nazirlik, ali məkhəmə və baş prokurordan ibarət idi.
Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət
hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-
oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini
təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün
iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti
olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və
abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri,
hətta dünyanın bir sıra mətbuatı da təsdiq edirdi. Vaşinqtonda çıxan «Middle
East» jurnalı milli hökumətin islahatları haqda yazırdı: «Üsyançıların rəhbəri və
Dostları ilə paylaş: |