91
özünəməxsus qərradlıqla yatırtdı (18, 200).
Rza xan uzun illər müxtəlif qruplaşmalarda iştirak etmiş, bir çox
rəqiblərini aradan götürməklə hakimiyyət başına keçməyə yol açmışdı. Xalq
ondan narazı idi, çünki demokratik qüvvələrin aradan götürülməsində şəxsən
iştirakı ona qarşı nifrət yaratmışdı.
Rza xan uzun illər ölkədə şahlıq edən Qacar sülaləsinə son qoymaq üçün
bütün hiylə və bacarığını işə salıb bir çox planları, o cümlədən respublika
şüarını ortaya atmışdı. «O zamankı qəzetlər Əhməd şahın əleyhinə məqalələr
dərc edir, hətta «Sitareyi-İran» şahın karikaturasını çəkir və yazır ki, Əhməd
şah heç zaman ölkəyə şahlıq etməmiş və ondan bizə şah olmaz (27, 95).
Bunun əksinə olaraq başqa bir mətbu orqanı Rza xanı ifşa edir. Belə ki,
Rza xanın yalançı «respublika» şüarı irəli sürüləndə öz çıxışları ilə müxalifət
mövqeyində olan Mirzəzadə Eşqi ortalığa atılan şüarın mahiyyətini hiss
etdiyindən redaktoru olduğu «Qərni bustom» (XX əsr) adlı həftəlik qəzetində
kəskin bir məqalə dərc etdirir və «respublika» tərəfdarlarının karikaturasını
verir. Dövlət dərhal qəzetin həmin nömrəsini müsadirə etmiş, redaktor isə həbs
olunmuşdu (27, 97).
Mərkəzləşmiş dövlət yaratmaq adı altında əslində hərbi diktatura quruluşu
yaratmış Rza xan 1924-cü illərdə İranda qondarma «respublika hərəkatı»
zamanı ölkənin, xüsusilə Azərbaycan əyalətinin inqilabi əhvalından
özünəməxsus üsullarla bəhrələnməklə, 1925-ci ilin sonlarında Qacar sülaləsinin
dağılmasına və məharətlə hazırlanmış «ssenari» əsasında özünün İranın irsi şahı
elan edilməsinə nail oldu (18, 200).
***
Rza xan hökumətin Mərkəzləşmə siyasətinin ideologiyasını hazırlayırdı.
İlk növbədə İran əhalisini vahid etnik birlik elan etmək lazım gəlirdi.
Bu elmi cəhətcə 1921-ci ildə Berlin şəhərində Kazımzadənin «İranşəhr»
adlı jurnalının fəaliyyətində geniş əks olunurdu. İlk dəfə «Fars ədəbiyyatı
tarixi» kitabını yazan əslən azərbaycanlı Şəfəq Rzazadə, onun qələm dostu və
92
soydaşı K.Kazımzadə sübut etməyə çalışırdılar ki, azərbaycanlılar mənşəcə
farsdırlar, türk dili onlara zorla qəbul etdirilib.
Paniranistlərin fəal ideoloqlarından biri Mahmud Əfşar (yenə də
azərbaycanlı – P.M) 1925-ci ildə Tehranda «Ayəndə» («Gələcək») jurnalını
nəşr edir. Birinci sayda milli birlik və müstəqilliyi əldə bayraq tutaraq İranın
qeyri-fars xalqlarının tezliklə assimlyasiya olunması ətrafında çıxış edir. Onun
fikrincə dil cəhətdən milli yekcinsliyə nail olmaq üçün ibtidai məktəblərdə pan
farsizm təəsübü ilə yazılmış İran tarixinə geniş yer vermək və milli rayonlarda,
xüsusilə Azərbaycan və Xuzistanda farsca ucuz kitabçalar və hökumət
qəzetlərini nəşr etmək lazımdır. Bundan əlavə o qeyri-fars xalqları fars
rayonlarına köçürmək, qeyri-fars toponimlərini, farsla əvəz etmək, ordu, dövlət
idarələri və məhkəmələrdə qeyri-fars dilini qadağan etməyi məsləhət görürdü.
Hər iki müəllifin milliyyət və milli birliyə aid ideyaları üst-üstə düşürdü.
Bu ideyanı «sapı özümüzdən olan baltalar» (İ.Şıxlı) – Ə.Kəsrəvi, T.Ərani,
M.Qənizadə də müdafiə edirdi. İranın milli birliyinin azərbaycanlı baş ideoloqu
Ə.Kəsrəvi bir az da irəli gedərək M.Əfşarın proqramının məntiqiliyini elmi
cəhətdən əsaslandırmağa çalışmışdı.
Bu siyasətin «nəzəri əsası» S.Ə.Kəsrəvinin 1925-ci ildə yazılmış «Azəri və
ya Azərbaycanın əski dili» daha sonra iki başqa kitabçasında hazırlamışdı. Bu
qondarma nəzəriyyəyə görə guya türklər Azərbaycana Səlcüqlular dövründə
gəlmiş və türklər buranın fars köklü yerli sakinlərinin əski farscasının bir qolu
olan azəri dilini aradan çıxarmışlar. Kəsrəvi İran ərazisində yalnız bir dil-fars
dilinin olduğunu iddia etməklə, hakim Pəhləvi sülaləsinə İranda yaşayan və
azlıqda qalan xalqların ana dilinin qadağan olunması üçün şərait yaratmışdı.
Əhməd Kəsrəvi kimilər azərbaycanlıların dilini soy-kökünü təhrif etməklə
kifayətlənməyib, Arazın ikiyə böldüyü xalqın ayrı-ayrı millətdən olmasını da
iddia edirdi. O, cızma-qara yazılarında Azərbaycan xalqının varlığını inkar
etməyə cəhd göstərirdi. Fars millətçiləri, indinin özündə də Azərbaycanın yerli
sakinlərinin kökcə türk olduqlarını danır, onların dilcə türkləşmiş farslar
(azərilər) olduğunu söyləyirlər. Buna görə də onlar türk, türk dilli yerinə İranda
93
ilk dəfə Kəsrəvinin işlətdiyi Azərbaycan dili və ya azəri dili anlayışlarını irəli
sürür. Onu da qeyd etmək vacibdir ki, bu millətçilərin işlətdiyi termin Şimali
Azərbaycanda başa düşdüyümüz mənada olmayıb, Azərbaycanın fars köklü
sakinlərinin dili – tat dili mənasındadır.
Kəsrəvi bu nəzəriyyəyə Avropa tədqiqatçılarını cəlb etməyə çalışsa da,
tezliklə məşhur şərqşünaslar Kəsrəvinin fikirləri ilə razılaşmayıb onu rədd
etdilər. Kəsrəvi 40-cı illərdə bu fikrindən imtina etdi. Azərbaycan türklərinin
soykökü və dili tarixinin saxtalaşdırılması işi sonralar karənglər enayətullalar
kimi paniranist ideoloqlar tərəfindən davam etdirildi (39, 165).
1921-1925-ci
illərdə Demokratik hərəkatın yatırılmasından sonra
Azərbaycanın Mərkəzə tabe etdirilməsi başlandı. Ş.M.Xiyabaninin rəhbərliyi ilə
və ondan sonrakı azərbaycanlıların üsyanının səbəblərindən biri də
Azərbaycanda yerlə dövlət orqanlarının kütləvi surətdə farslaşdırılması
siyasətinə qarşı olmuşdur.
30-cu illərin əvvəllərində İranda yerləşən assimilyasiya siyasəti haqqında
«Peykar» qəzeti yazırdı ki, İranın əhalisi qeyri-fars olan geniş rayonları,
xüsusən Azərbaycan, Kürdüstan, Ərəbistan (Xuzistan) bu gün də hər cür
hüquqdan məhrumdurlar. Burada yaşayan uşaqlar qeyri-ana dilində olan
məktəblərdə oxumağa məcburdurlar. Həmin rayondan məclisə seçilmiş
nümayəndənin mandatı fars dilini bilmirsə, təsdiq edilmir. Bütün dövlət
məmurları farslardan təyin olunurlar və onlar bu rayonların əhalisinə qul kimi
baxırlar. Onların ərizə və şikayətləri mütləq fars dilində tərtib edilməli və
baxılmalıdır. Hüquq – mühafizə orlanları fars dilində tərtib olunmayan ərizələri
qəbul etmirlər, bu da milliyyətcə fars olmayan şəxslərin qeyri-qanuni surətdə
məhkum olunmasına səbəb olur (99, 01.07.1931).
30-cu illərin əvvəllərində Azərbaycan dilində kitab nəşri qadağan olunmuş
və Azərbaycan dilində olan kitabları yığıb məhv etmək sahəsində geniş
kampaniya başlamış, Azərbaycan dilinin məktəblərdə, idarələrdə işlədilməsi
qadağan edilmişdir (108, 1983, № 6, 51-52, 46).
Dostları ilə paylaş: |